BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edib

 Hazırda Azərbaycanın daxili və xarici siyasəti yalnız özü tərəfindən müəyyənləşdirilir və heç bir xarici qüvvə buna müdaxilə edə bilmir. Ermənistan isə Azərbaycanla heç bir halda müqayisəyə gəlmir. Ermənitsana daimi xarici havadarlarının təsir və təzyiqi hiss olunmaqdadır. Bir növ Ermənistan xaricdən idarə olunan ölkəyə çevrilib. Ölkənin heç bir tale yüklü məsələsini Ermənistan rəhbərliyi həll etmək gücündə deyil. Ayrıca dövlətlə xalqın istəkləri də eyni deyil. Bu gün erməni xalqı hazırkı iqtidarın siyasətini qəbul etmir. Ermənistan rəhbərliyi müharibə faktoruna üstünlük verərək regionda təhlükəziliyə mane yartdı. Buna görə də uzun illər Azərbaycanın sülüh çağırışlarına Ermənistan adekvat cavab vermədi. 2020-ci ilin 27 sentyabrında isə Ermənistan bütün danışlar prosesini pozararq Azərbaycana qarşı müharibəyə başladı. 44 gün ərzində qüdrətli Azərbaycan Ordusu Ermənistana sarsıdıcı zərbələr endirdi. İşğal olunmuş torpaqlarımızı geri almaqla Azərbaycan dövləti Ermənistan üzərində tarixi Qələbə qazandı. Bununla erməni miflərinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları Üçtərfli Bəyanatla Qarabağ münaqişəsinə son qoyuldu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində bəyanatın tarixi əhəmiyyəti olduğunu deyib: “Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”.

44 günlük Vətən müharibəsi son 20 ildə dövlətlərarası ən böyük toqquşma oldu. Qarabağ məsələsinin nizamlanması dünya tarixinin əsas hadisəsini çevrildi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Münaqişənin uzunmüddətli həlli və regionda sabit sülhün bərqərar olması 10 noyabrda imzalanmış birgə bəyanatda öz əksini tapıb. Bu bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Hazırda Cənubi Qafqaz yeni geosiyasi proseslərin mərkəzidir və Azərbaycan burada öz mövqeyini və nüfuzunu qoruyub saxlamaqdadır. Qarabağ məsələsi ilə bağlı 10 noyabr Bəyanatından sonra imzalanmış üçtərəfli bəyanatlar da Azərbaycanın istəyinə cavab verir. Müharibədən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bu cür bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması Azərbaycanın ərazi suverenliyinin tanımasının sübutudur. Bu baxımdan Azərbaycan danışıqlar prosesinin dinamikasını qorunub saxlamağa çalışır. Təəssüf ki, Ermənistan nizamlanma prosesini pozur, eləcə də sülh sazişinin bəndlərini yerinə yetirmir. Lakin Ermənistan sülh prosesini uzatmaqla bu ölkəni daha da bataqlığa aparır.

Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edib. Bu gün Qarabağın gələcək inkişafı Azərbaycan dövləti üçün prioritetdir. Artıq Böyük Qayıdış strategiyası icra olunmağa başlayıb. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bütün bunlar 2020-ci ilin noyabrında imzalanmış bəyanatın nəticəsidir və göstərir ki, Qarabağa sabitlik və sülh gəlib. Bu da həmin ərazilərin Azərbaycanla reinteqrasiyasını sürətləndirib. Artıq Cənubi Qafqazın iqtisadi və insan potensialının reallaşdırılması üçün münbit mühit yaranıb.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər