BAKU Azərbaycan
28.72 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

    İndiki vəziyyətdə Azərbaycan dövləti inkişaf dinamikasını saxlamağa çalışır

 Ötən il dövlətimizin iqtisadi qüdrətinin, idarəetmə qabiliyyətinin səviyyəsinin qiymətləndirilməsi baxımından əlamətdar bir il kimi çağdaş tariximizə daxil olub. Hazırda bahalaşma dünya iqtisadiyyatını bürüyərək istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərib. Bu bahalaşma qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurub. Bu dalğa Azərbaycanın yerləşdiyi bölgədəki ölkələrin də iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxarıb. Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibədə bu məsələyə də toxunub. Prezident qeyd edib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. “Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq”,-deyə dövlət başçısı əlavə edib.

 Əslində, bu situasiya hər bir ölkənin iqtisadi və siyasi gücünü ortaya qoyub. Hansı ölkənin nəyə qadir olduğunu çox açıq şəkildə göstərir. Lakin bütün bu çətinliklərə, əlverişsiz xarici mühit amillərinə baxmayaraq, Azərbaycan dövləti tərəfindən həyata keçirilən çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz qiymət artımının fəsadlarını uğurla dəf etməyə nail olub. İqtisadi sabitlik də qorunur. Ən prioritet məsələ olaraq işğaldan azad olunan rayonlarda yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Ümumiyyətlə, bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra olunur.  Bu faktı cənab Prezident də müsahibəsində qeyd etdib: “Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır”.

Azərbaycan dünya iqtisadi proseslərinə sürətlə qoşulmaqdadır. Hazırda aparılan ciddi sosial-iqtisadi islahatlar Azərbaycanı hərtərəfli inkişaf etdirməyə imkan yaradıb. Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımız qorunur. Qarşıda duran bütün infrastruktur layihələri həyata keçirilir. İndiki vəziyyətdə Azərbaycan dövləti inkişaf dinamikasını saxlamağa çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  məqsəd ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir: “İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər”.

Dövlətimiz iqtisadiyyatımızı uğurla inkişaf etməyə davam etdirir. Hazırda Azərbaycan MDB məkanında ən sürətlə inkişaf edən ölkə olaraq qolbal layihələrdə aparıcı rol oynayır. İqtisadi artımı gücləndirmək üçün daxili istehsala üstünlük verilir. Bu, inflyasiya artımının da qarşının alımasında önəmli məsələdir. Cənab Prezident müsahibəsində inflyasiyanın bu gün bütün dünyada ciddi bir problemə çevrildiyini deyib: “Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın”.

 Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətli və çoxşaxəlidir. Bu da ölkəni istənilən iqtsiadi risklərdən qoruyur. Bu reallığı həyata keçirilən sosial və infrastruktur layihələri təsdiqləyir. Hələ bir neçə il bundan qabaq Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanımışdır. Bu da Azərbaycan üçün böyük iqtisadi uğurdur. Ölkəmizin iqtisadi artımını Cənab Prezidentin müsahibəsində qeyd etdiyi rəqəmlərdə də görmək olur: “Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir”. Azərbaycan dövlətinin bu uğurlarının təməlində güclü siyasi iradə, iqtisadi islahatlar və düşünülmüş strategiya dayanır. Bu gün Azərbaycanın hərtərəfli inkişafında xalqımızın maraqları təmin edilir. Buna görə də ölkəmiz ildən-ilə güclənir. Hazırda bunun hesabınadır ki, Azərbaycanla hesablaşırlar.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

 

 

 

 

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər