BAKU Azərbaycan
27.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk dünyası ilə konsolidasiyanı dövlətimizin xarici siyasət doktrinasının prioritet istiqaməti elan etməsi, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvünə çevrilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində artan geooperator rolu regionlararası keyfiyyətcə yeni inteqrasiya modeli formalaşdırmışdır. Mərkəzi Asiya respublikaları ilə müttəfiqlik münasibətlərinin transregional müstəvidə dərinləşməsi, o cümlədən Azərbaycan Prezidentinin Qırğız Respublikasına dövlət səfəri və Dövlətlərarası Şuranın iclası çərçivəsində qəbul olunmuş normativ-hüquqi aktlar, aydındır ki, iqtisadi-siyasi alyansın institusional dayaqlarını sarsılmaz edir. Məlumdur ki, bu geostrateji proseslərin funksional dayanıqlılığı birbaşa mədəni-humanitar drayverlərə, "soft power" mexanizmlərinə və dövlətin çevik mədəniyyət diplomatiyasına söykənir.

Bildiyimiz kimi, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistanla imzalanmış strateji tərəfdaşlıq, bilateral və çoxşaxəli sazişlər təhsil, kulturoloji varislik, gənclər siyasəti və rəqəmsal transformasiya sahələrindəki öhdəlikləri beynəlxalq-hüquqi normaya çevirir. Mərkəzi Asiya dövlətlərinin, xüsusən Qırğızıstanın işğaldan azad edilmiş ərazilərdə təhsil-mədəniyyət infrastrukturlarının bərpasında iştirakı dövlətlərarası hüquqi tərəfdaşlığın ali mənəvi-humanitar və simvolik kapital təzahürüdür. Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının istifadəyə verilməsi, Nizami Gəncəvi və Çingiz Aytmatov irsinin toponimik və təhsil məkanlarında əbədiləşdirilməsi xalq diplomatiyasının normativ-institusional təminatını formalaşdırır.

Heç şübhəsiz ki, bu addımları yalnız xoş niyyətin ifadə olunduğu jest çərçivəsində qiymətləndirmək doğru olmaz. Çünki mədəniyyət, incəsənət, təhsil və dil identikliyi ilk növbədə dövlətlərarası konvergensiyanın təməl sütunudur. Bu proses UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında 2003-cü il və Mədəni Özünüifadə Formalarının Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyaları, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 17-si olan Tərəfdaşlıqlar hədəfinin beynəlxalq-hüquqi prinsiplərinə tam uyğundur. Məlumdur ki, dil və əlifba birliyi istiqamətində 34 hərflik Ortaq Türk Əlifbası layihəsinin hüquqi-linqvistik müstəvidə tətbiqi, vahid terminoloji komissiyaların fəaliyyəti və hüquqi anlayışların unifikasiyası həyata keçirilir. Təhsil və elmi inteqrasiya sahəsində Türk Universitetlər Birliyi və Orxun mübadilə proqramı vasitəsilə akademik mobillik, diplomların qarşılıqlı nostrifikasiyası və birgə elmi-tədqiqat klasterlərinin qurulması təmin olunur. Milli musiqi və sənət sənayesində muğam, komuz, dombra və məqam tradisiyalarının mühafizəsi ilə yanaşı, WIPO - Ümumdünya Əqli Mülkiyyət Təşkilatı standartlarına uyğun əqli mülkiyyət hüquqları qorunan vahid rəqəmsal musiqi pəncərəsinin və birgə sənət leybllərinin təsisi nəzərdə tutulur. Kreativ iqtisadiyyat və informasiya suverenliyi sahəsində isə kinematoqrafiya üzrə birgə istehalat, rəqəmsal mədəniyyət arxivlərinin unifikasiyası və vahid audiovizual məkan formalaşdırılır. Xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Türk dünyasının mədəni-humanitar inteqrasiyasında və ümumi irsin beynəlxalq müstəvidə təşviqində konseptual platforma rolunu oynaması, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr, UNESCO və ISESCO kimi qlobal təşkilatlar çərçivəsində muğam, aşıq sənəti, xalçaçılıq və digər mənəvi dəyərlərin beynəlxalq status alması, eləcə də Türk respublikalarında humanitar, təhsil və bərpa layihələrinin icrası ilə bu geokültür xəttinin effektiv reallaşdırılması, Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb. 

Lakin, təbii ki, qarşıda dövlət başçısının özünün iradəsinin ehtiva olunduğu status-kvonun möhkəmlənməsi üçün Bakı, Bişkek, Daşkənd və Astana şəhərlərində daimi fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin diplomatik və hüquqi statusunun unifikasiyasının sürətləndirilməsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və Türk Akademiyası xətti ilə musiqi, ədəbiyyat, tərcüməşünaslıq və teatr layihələri üçün supranasional donor fondları təsis olunması, eyni zamanda Şuşa və İssık-Kul festival platformalarının institusional inteqrasiyasının təmin edilməsi, yaradıcı heyətlər üçün inzibati-gömrük və miqrasiya prosedurları optimallaşdırılması kimi icrasını gözləyən ciddi vəzifələr mövcuddur. 

Aydındır ki, bu situasiya, o cümlədən dövlət başçısının konseptual siyasi iradəsi, imzalanan normativ-hüquqi sazişlər, beynəlxalq konvensiyalara söykənən mexanizmlər və çoxşaxəli mədəniyyət diplomatiyamız bir-birini tamamlayan sinergetik bir sistemdir. İqtisadi-geopolitik sazişlər tərəfdaşlığın institusional karkasını təşkil edirsə, musiqi, incəsənət və humanitar əlaqələr bu karkasa sivilizasion məzmun və mənəvi ruh qazandırır. Bu strateji sintez Türk dövlətlərinin qlobal multipolyar nizamda vahid, dayanıqlı və rəqabətədavamlı geokültür mərkəzi kimi təsbit olunmasını təmin edir.

İbrahim Zahidli, 
siyasi şərhçi 
Geneva EU Business Scool” məzunu

Son xəbərlər

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib

Bakıda Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

Beynəlxalq Şeflər Liqasının rəhbər heyəti Kırıkkaledə bir araya gələcək

Türk dünyasının siyasi gücü və birliyi

Dövlətçiliyimizin tarixi və milli iradəmizin təcəssümü

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Bütün xəbərlər