BAKU Azərbaycan
28.72 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Bu gün dünya mətbuatının əsas müzakirə mövzularından biri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun sayca 53-cü toplantısıdır. Hər il ənənəvi keçirilən bu tədbir iştirakçı dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilən builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Hər zaman qeyd edildiyi kimi, keçirilən hər beynəlxalq əhəmiyyətli tədbir həm məkan, həm də müzakirəyə çıxarılan mövzunun aktuallığı, eyni zamanda, iştirakçıların say tərkibi baxımından xüsusi diqqət çəkir. Qütbləşmə posesinin daha da dərinləşdiyi hazırkı dövrdə dövlətlər arasında əməkdaşlıq əlaqələrinin çoğrafiyasının daha da genişləndirilməsi əsas çağırışlar sırasındadır.  Dünya İqtisadi Forumunun tarixinə, onun dünya və ölkəmiz üçün əhəmiyyətinə nəzər saldıqda hər il tədbirin günümüzün ən aktual məsələlərinə həsr olunduğunu, həmçinin iştirakçıların sayının daha da artdığını görərik. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna dövlət başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması, Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, həmçinin ölkə Prezidetinin Çinin CGTN televiziya kanalına müsahibəsi həm ölkəmizin, həm də cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisi oldu. Belə ki, Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşdü. Bununla yanaşı, cənab İlham Əliyevin Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri oldu.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, bu görüşlərdə Prezident İlham Əliyev regional vəziyyət haqqında ətraflı məlumat verdi: “Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu oldu. Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyi diqqətdən kənarda qalmır. Təbii ki, bu, xarici siyasətimizin prinsiplərinin dəyişməz olmasının, hıəmçinin, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin öndə dayanmasının göstəricisidir.”

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışdı. Bu aksiyanın legitim əsaslara söykəndiyini qeyd edən dövlət başçısı İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğunu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyini diqqətə çatdırdı.

“Məlumdur ki, Ermənistan və onun havadarları beynəlxalq arenada Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsi iddiaları, ölkəmizin beynəlxalq aləmdən  təcrid edilməsi ilə bağlı tezislərlə çıxış edirlər” söyləyən millət vəkili vurğulayıb ki, amma Davos Dünya İqtisadi Forumu bu iddiaların həqiqətəuyğun olmadığını və Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayının gündən-günə artdığını növbəti dəfə nümayiş etdirdi: “Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı artır. Ölkəmizin iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan neft, qaz, eyni zamanda, elektrik enerjisi ixracatçısıdır. Hazırkı dövrdə əsas hədəf bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanda sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya cəlbediciliyini qorumasında öz sözünü deyir.”

“Builki Davos Forumunda Prezident İlham Əliyevlə görüşmək arzusunda olan tərəfdaşların sayı, təmsil etdikləri coğrafiya Azərbaycanın artan siyasi çəkisinin göstəricisidir. Azərbaycan daim müstəqil siyasəti ilə dünyanın diqqətində olub. Postmünaqişə dövründə Azərbaycana artan diqqət və maraq göz önündədir. Reallıq budur ki, Ermənistan təcrid olunmuş vəziyyətdədir. İki ildən artıqdır Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etsə də qarşı tərəf konkret addım atmaq barədə hələ də düşünmür. Dünya gücləri Azərbaycanın bu təklifini dəstəkləməklə yanaşı, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini bildirirlər”,- deyə Malik Həsənov bildirib.

Diqqəti dövlət başçısı İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsinə yönəldən millət vəkili jurnalistin “Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır sualına ölkə Prezidentinin cavabını böyük qürur hissi ilə qeyd edib: “Prezident İlham Əliyevin “İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm” cavabı  hər vədinin arxasında əməli fəaliyyətinin dayanmasının  fonunda Azərbaycanın qazandığı uğurların təqdimatı oldu. Sözlə əməl birliyi ölkəmizin dayanıqlı inkişafında əsasdır. Cənab İlham Əliyev xalqımızın əldə etdiyi ən böyük nəticələrdən birinin işğal altındakı ərazilərimizin iki il əvvəl azad edilməsi olduğunu bildirdi. Bu, mühüm tarixi nailiyyətdir.”

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər