BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şuşada keçirilmiş Beynəlxalq Media Forumunda iştirak etmiş Motaz Muhi Əbdülhəmid “Mustaqbəl” qəzetində Azərbaycan Milli Mətbuat Gününün Şuşada qeyd edilməsi və Beynəlxalq Media Forumu haqqında geniş məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan jurnalistlərinin hər il iyulun 22-də Milli Mətbuat Gününü qeyd etdikləri, 1875-ci ilin həmin günündə ölkəmizdə ilk qəzetin - “Əkinçi”nin birinci sayının çapdan çıxması barədə məlumat verilib. Müəllif vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövründə mətbuatda senzura ləğv edilib, söz və ifadə azadlığı təmin olunub.

Məqalədə işğaldan azad olunmuş Şuşada keçirilən Beynəlxalq Media Forumunda Prezidentin köməkçisi Hikmət Hacıyevin Azərbaycanın dövlət başçısı İlham Əliyevin mediaya müraciətinin mətnini oxuduğu, bu müraciətdə beynəlxalq mediaya ölkəmiz haqqında xəbərləri etibarlı mənbələrdən almaq barədə çağırışın yer aldığı qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, dövlət başçısı Azərbaycanın müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlət olduğunu bildirib və təəssüflə vurğulayıb ki, məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Prezident İlham Əliyev vurğulayıb ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Müəllif daha sonra Beynəlxalq Media Forumunun xarici ölkələrdən olan iştirakçılarının AZƏRTAC-da olmaları, agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovla keçirilən görüş barədə məlumat verib. O yazıb ki, AZƏRTAC-ın rəhbəri forumun əhəmiyyətindən bəhs edib, informasiyaların etibarlı mənbələrdən alınmasının, o cümlədən rəsmi agentliklərin bu sahədə əməkdaşlığının zəruriliyini vurğulayıb. O əlavə edib ki, bu baxımdan media orqanlarının beynəlxalq media təşkilatlarında fəal iştirakı, onların təşkil etdiyi tədbirlərə qatılması çox vacibdir.

Məqalədə Beynəlxalq Media Forumu çərçivəsində müxtəlif mövzularda keçirilən panel iclasları barədə ətraflı məlumat verilib. Müəllif sonda yazıb: Bakıda azərbaycanlı jurnalistlərin, xüsusən rəsmi AZƏRTAC agentliyinin və onun ərəb bölməsinin Azərbaycan cəmiyyətinin doğru istiqamətdə səfərbər olunması, dost ərəb ölkələri ilə əməkdaşlığa töhfə vermək əzminin şahidi oldum.

Şuşada keçirilən Beynəlxalq Media Forumu haqqında xəbər və məqalələr İƏT Ölkələri Milli Xəbər Agentlikləri Birliyinin (UNA) və Misirin rəsmi MENA, İordaniyanın “Nayruz” agentliklərinin saytlarında, “Əl-Əhram”, “Youm7”, “əş Şarq Əl-Avsat” və digər ərəb KİV-də yayımlanıb.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər