BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bu gün müxtəlif siyasi kuluarlarda, siyasi dairələrdə Azərbaycanı sevməyən, ölkəmizdə müəyyən qarşıdurma və yaxud hakimiyyətə can atan qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinin, Qarabağ probleminin həllində Rusiyanın və ya hansısa başqa dövlətin, qüvvələrin rolunun olduğunu vurğulayaraq, Azərbaycan dövlətinin özünün, onun siyasi hakimiyyətinin rolunu kiçiltməyə cəhdlər edilir. Əslində, bu cür düşünənlər çox böyük yanlışlığa yol verir, ədalətsiz, qərəzli yanaşma sərgiləyirlər. Qəribədir ki, ölkəmizə qarşı bu cür əks-təbliğat Ermənistan tərəfindən başladılmışdı. Sonralar bəzi xarici KİV-lər, ölkəmizə qarşı qərəzli mövqe tutan saxta “ekspertlər” bu kompaniyanı davam etdirdilər, bu gün isə daxilimizdə olan bəzi qüvvələr - “sapı özümüzdən olan baltalar” bu “ideyanı” təbliğ etməyə çalışırlar.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, hələ 44 günlük müharibə dövründə, artıq məğlubiyyətin qaçılmaz olduğunu hiss edən Ermənistan tərəfindən başlanmış şantaj və yalan kompaniyasının məqsədi aydın idi: “Belə ki, Ermənistanın hərbçilərinin - başıpozuq dəstələrin və quldur birləşmələrinin Azərbaycan Silahlı Qüvvələri qarşısında acizliyini və çarəsizliyini ört-basdır etmək, Azərbaycanın hərb sisteminin qüdrətinə, əsgər və zabitlərimizin qəhrəmanlığına kölgə salmaq, göstərilən şücaətləri aşağılamaq məqsədilə müxtəlif feyk məlumatlar, böhtan və iftiralar tirajlamağa başladılar. Həmin dövrlər sosial şəbəkələrdə, müxtəlif informasiya saytlarında erməni seqmentlərinin və onların yandaşlarının təşkil etdiyi, yaydıqları feyk məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa, öz düşüncələrinə görə “sübut etməyə“ çalışırdılar ki, günbəgün şəhərləri, kəndləri işğaldan azad edən, erməni silahlılarını qaçmağa məcbur edən, Şuşanı sıldırımlı qayaları dırmaşaraq fəth edənlər Azərbaycan Ordusu deyil, Suriya muzdlu döyüşçülərindən tutmuş, fantastik kino və mifik nağıl qəhrəmanları, yadplanetlilər və sairləri olub. Təəssüf ki, sonralar bəzi xarici saytlar da utanmadan, qeyri-peşəkarcasına bu feyk məlumatları sırımağa çalışırdırlar. Əlbəttə, bu cür gülməli, yalan və böhtan məlumatlara normal, hətta az-çox obyektiv olmağa çalışan, şüuru başında, adekvat olan heç kim inanmadı, hətta bizə “dost olmayan” bir çox ekspertlər belə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını və şücaətini, Ali Baş Komandanın cəsarətini, müdrikliyini etiraf etmək məcburiyyətində qaldılar”.

Ölkəmizə qarşı mütəmadi olaraq bu qəbildən böhtan və iftira kampaniyaların aparıldığının artıq bir ənənəyə çevrildiyini vurğulayan siyasi şərhçi əlavə edib: “Bu cür qərəzli, ədalətsiz, yalan və böhtan xarakterli məlumatlardan bəzi siyasi konyunkturaya və ya hansısa qaranlıq amallara xidmət edən Azərbaycan vətəndaşlarının istifadə etməsi çox təəccüblüdür. Onların məqsədləri nə olursa olsun, Azərbaycan dövlətinin nüfuzu, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqlar və sair kimi müqəddəs duyğularla müqayisədə çox cılız görünür. Digər tərəfdən axı bu cür sərsəmlərin həqiqətdən çox uzaq olduğunu dərk etmək üçün azacıq siyasi təcrübənin, məntiqi və analitik düşüncə təfəkkürünün olması yetərlidir. Sirr deyil ki, Ermənistan-Azərbaycan münaqişəsi, istər Qərb - ABŞ, Avropa İttifaqı, istər Rusiya, istərsə də digər dövlətlər üçün maraqlı idi. Əslində, bu münaqişə region uğrunda nüfuz mübarizəsində böyük qüvvələr üçün həm Azərbaycana, həm də Ermənistana qarşı təsir rıçaqlarından biri idi. Bu səbəbdən də, münaqişənin birdəfəlik həllində maraqlı olanların çərçivəsi çox dar idi. Məhz yalnız bu faktın özü kifayətdir ki, birmənalı şəkildə söyləyəsən ki, bu münaqişənin həllinə Azərbaycan yalnız və yalnız öz gücü hesabına nail ola bildi. Təbii ki, bu prosesdə Azərbaycana siyasi və diplomatik dəstək göstərən, mənəvi dayaq olan dost ölkələri, xüsusilə də qardaş Türkiyəni də qeyd etməklə yanaşı, bu Zəfərin yeganə müəllifi Azərbaycan Ordusu - əsgər və zabitlərimiz və başda Ali Baş Komandan olmaqla ölkənin siyasi rəhbərliyidir. Bu səylərin, uğurun nəticəsində ölkəmizə qarşı daim istifadə olunan bu təsir rıçağı, təzyiq vasitəsi tamamilə aradan qaldırıldı. Bununla da, Rusiyanı, Qərbi və ya digər qüvvələri Azərbaycanı şantaj üsulundan istifadə edərək öz maraqlarına uyğun hər hansı bir siyasi iradə, siyasi təsir çərçivəsinə salmaq imkanlarından məhrum etdi”.

Əhməd Abbasbəyli qeyd edib ki, otuz ildən artıq istifadə etdikləri vasitələrdən məhrum olan, lakin öz niyyətlərindən əl çəkmək istəməyən bəzi qüvvələr yeni üsullar axtarışındadırlar: “Təcrübə göstərir ki, digər dövlətlərə təsir mexanizmlərindən ən populyarı daxili vəziyyəti gərginləşdirmək, ölkədaxili proseslərə müdaxilə, müxtəlif bəhanələrlə daxildə ziddiyyət, qarşıdurma yaratmaq və ya beynəlxalq səviyyədə müxtəlif sanksiyalar tətbiq etmək təcrübəsindən istifadədir. Bu yollarla da öz iradəsini, maraqlarını təmin etmək üçün cəhdlər edilir. Əlbəttə ki, bunun üçün daxildə bəzi qüvvələrdən – “beşinci kalon” adlanan, mənsub olduğu millətin, vətəndaşı olduğu dövlətinin maraqlarını öz şəxsi maraqlarına qurban verən, xarici ağalarının verdiyi qabaqdan qalmış sür-sümüyə, qəpik-quruşa görə Azərbaycana qarşı böhtan və iftiralar yağdıran sürünün xidmətlərindən yararlanmaq ehtiyacı yaranır. Son zamanlar bu savadsız, siyasi proseslərdən tamamilə uzaq, bir damcı belə Vətən, millət sevdası olmayan, leksikonunda küçə söyüşləri ilə dolu olan bu satqın məxluqlar bir çox hallarda özlərini müxalifətçi kimi təqdim edirlər. Amma əslində isə müxalifət dövlətini və millətini sevən, sadəcə siyasi yanaşma tərzi fərqli, ölkənin idarəetməsində alternativ sosial-iqtisadi proqramlara malik, siyasi etik çərçivəsində fəaliyyət göstərən qüvvələrdir və həmin o “məxluqların” müxalifətlə yaxından-uzaqdan əlaqəsinin olduğu heç inandırıcı deyil. Maraqlıdır ki, Azərbaycana xaricdən təsir etmək istəyən bədxah qüvvələr də məhz ölkədə real qüvvələrə deyil, həmin o “araqarışdıranlara” istinad edirlər. Bu mənada belələrinin xidmətindən istifadə edərək, ölkədə müxtəlif bəhanələrlə daxili qeyri-stabillik, narazılıqlar və konfliktlər yaratmaq və bunun ətrafında şou qurmaq, beynəlxalq səviyyədə Azərbaycanı yenə diqqət mərkəzinə gətirmək, yeni iftira və böhtan kompaniyası təşkil etmək, dövlətimizin nüfuzuna zərər vurmaq niyyətlərinin qarşısını zamanında almaq üçün tədbirlər görməyin vaxtıdır”.

Siyasi şərhçi əmin olduğunu bildirib ki, növbəti illərdə də ölkədə atılan addımlar, həyata keçirilən mütərəqqi islahatlar, Azərbaycana qarşı çalışan, onun uğurlarını həzm edə bilməyən, ölkədə daim qarışıqlıq yaratmağa, çalışan, ölkəmizi Suriya və sair kimi ölkələrin taleyini yaşatmağa çalışan qüvvələrin bu cür niyyətləri də boşa çıxacaq, bütün bəhanələrə əsas verə biləcək hər hansı bir problem qalmayacaq. Ölkəmizə qarşı istifadə oluna biləcək bütün bəhanələr, vasitə və alətlər aradan qaldırılacaq. Ölkədə mümkün ola biləcək bütün daxili problemlər - sosial, iqtisadi problemlər, məmur-vətəndaş ünsiyyətində narazılıqlar və s. kimi məsələlər həll ediləcək, dövlətimizin suverenliyi təmin olunduğu kimi, ölkədə şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu da tam təmin ediləcək.

“Fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri də bu nəhəng prosesdə növbəti həlledici mərhələnin başlanğıcı kimi dəyərləndirilir və ölkəmizin tarixində yeni, daha işıqlı, daha mükəmməl bir dövrə keçid olacağına inanıram. Daxili bir inam hissi var, necə ki, bu son üç ildə Azərbaycanın həm hərbi sahədə, həm də diplomatiya sahəsində uğurları qəbul edilir, bir örnək kimi qeyd olunur, növbəti illərdə də demokratiyanın, yaxşı idarəetmənın, açıq hökumət təşəbbüsünün və şəffaflığın bərqərar olması, iqtisadi, sosial və sair sahələrdə əldə edəcəyi daha böyük uğurlarla həm postsovet məkanında, həm də Şərqi Avropada müsbət təcrübə kimi diqqət mərkəzində olacaq”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər