BAKU Azərbaycan
28.16 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir”

 Bildiyimiz kimi, parlamentin vəzifələri müxtəlif və çoxşaxəlidir.  İlk olaraq, parlament qanunvericilik hakimiyyətini həyata keçirir. O, qanunverici hakimiyyət orqanı kimi, cəmiyyətdəki dəyərlər arasında konsensus və balansın qorunub-saxlanmasına kömək edən institut rolunu oynayır. Parlamentin başlıca vəzifəsi ölkədə demokratik proseslərin təmini, idarəçiliyin, vətəndaşların sosial həyatının yaxşılaşdırılması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, hüquq və azadlıqların möhkəmləndirilməsi məqsədilə qanunlar qəbul etmək, hüquqi sənədləri dövrün ictimai tələblərinə uyğun olaraq onları təkmilləşdirməkdir. Eyni zamanda, parlament ictimai fikrin formalaşmasında da çox böyük rol oynayır. Həmçinin, beynəlxalq əməkdaşlığın həyata keçirilməsində də parlamentlərin rolu kifayət qədər genişdir. Azərbaycan parlamenti hazırda bu və digər qanunların qəbul olunması istiqamətində fəal iş aparır. Prezident İlham Əliyevin 2020-ci ilin martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında yeni tərkibdə parlamentarilərə verdiyi tövsiyələr öz effektini verir. Bu gün Milli Məclis konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü ilə çıxış edir. Həmin gün cənab Prezident bildirmişdir ki, iqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara adekvat olmalıdır: “Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”. Azərbaycan müstəqil olduğu 33 il ərzində bu istiqamətdə kifayət qədər qanun qəbul edilib ki, cəmiyyət demokratikləşsin, humanistləşsin və siyasi düşüncə inkişaf etsin. Burda 2- 3 qanundan yox, yüzlərlə qanunlar toplusundan söhbət gedir. Çünki bir qanun digər qanunu tamamlayır. Ona görə cəmiyyətin, ümumiyyətlə ölkə həyatının bütün sahələrinin inkişafı ilə vətəndaş cəmiyyətini formalaşdıran qayda-qanunların qabulu parlalel olaraq getməlidir və hazırda bu proses Azərbaycanda gedir. Bu tendensiya hazırda Azərbaycan cəmiyyətində daha proqressiv görünür. Millət vəkillərinin də rolu həmin tendensiyanın inkişafını sürətləndirən qanunlar hazırlayıb qəbul etməkdir. Hər bir millət vəkili, o cümlədən müxtəlif dövlət strukturları, eləcə də QHT-lər və digər lobbiçilik təşkilatları qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna malikdir. Ona görə də bütün millət vəkiləri, o cümldən aidiyyatı qurumlar ölkə də hal-hazırkı durumu dəyərləndirib və ona uyğun olaraq hansı tendensiyaların ölkənin gələcəyi üçün daha mütərəqqi olcağını indidən müzakirə edərək qanunların hazırlanmasını təmin etməlidirlər.

XXI əsr elm və texnikanın sürətlə inkişaf etdiyi əsrdir. Bu dövürdə nəinki Azərbaycanda, hətta inkişaf etmiş ölkələrdə də hər hansı qanuna əlavə və dəyişikliklərin edilməsi labüddür. Bu baxımdan yanaşanda müxtəlif sahələr üzrə  qəbul olunan qanunların gələcəkdə daha da təkmilləşdirilməsinə hər zaman ehtiyac var. Bu yönümdə də böyük işlər aparılır. Məsələn, aparıcı mütəxəssislərin təklifləri öyrənilir, bunlar analiz olunur. Yəni hansı qanunların qəbul olunması zamanın işidir. İnkişaf getdikcə bu qanunlar daha da təkmilləşdirilməli və yenidən işlənməlidir.

Azərbaycan demokratik dövlət kimi inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılmasını özünün prioriteti hesab edir. Bu gün Azərbaycan iqtisadi inkişafına görə regionda lider mövqe tutur. Ölkənin xarici və iqtisadi siyasəti cəmiyyətin maraq və tələblərinə cavab verir. İndiyədək Azərbaycan parlamenti tərəfindən cəmiyyətin maraqlarını müdafiə edən yüzlərlə qanun qəbul edilib. Təbii ki, bunların hər birində millət vəkillərimizin rolu və imzası var.

Bu gün Azərbaycan sosial dövlətdir. Bu istiqamətdə atılan addımlar, qəbul olunan qanunlar da bunu sübut edir. Əhalinin rifah halının qaldırılması üçün dövlət öz büdcəsindən maliyyə ayrır. Prezident İlham Əliyevin dediyi kimi, minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir: “Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur”.

Dövlətin həyata keçirdiyi sosial-iqtisadi kursunun əsas qayəsi ölkənin artan gəlirlərini Azərbaycan vətəndaşının rifahı üçün yönləndirməkdir. Son 20 il ərzində ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların rifahının yüksəldilməsi istiqamətində olduqca böyük işlər görülmüşdür. Bu istiqamətdə əhəmiyyətli irəliləyişi xüsusən artan pensiya və müavinətlərdən açıq-aydın görmək olar.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər