BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Türkiyədə SOCAR-ın ofisinə etirazçıların hücumu məqsədli şəkildə təşkil olunub. Əslində bu, həm də Azərbaycan-Türkiyə münasibətlərində süni şəkildə gərginlik elementləri yaratmağa da hesablana bilər. Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.


Deputat fikirlərini davam etdirərək həm vurğuladı:  nəzərə almaq lazımdır ki, SOCAR Türkiyə iqtisadiyyatındə kifayət qədər təsir rolunu və yerini artıq təsdiq edir. Belə ki, SOCAR Türkiyə 2008-ci ildən başlayaraq əməkdaşlıq etdiyi tərəfdaş şirkətləri ilə birgə qardaş ölkənin iqtisadiyyatına 18 milyard ABŞ dollarına qədər sərmayə yatırmışdır. Bu sərmayələrin istiqamətləri olduqca uğurlu müəyyənləşdirilmişdir və yaxşı nəticələri ümumilikdə Türkiyə iqtisadiyyatına töhfə verməkdədir. Belə olan halda SOCAR Türkiyə ətrafında baş verənlər həm də onu göstərir ki, qardaş ölkənin iqtisadiyyatına da qəsd etmək niyyəti güdülür. Bildiyimiz kimi, qardaş Türkiyə iqtisadiyyatında müəyyən bir durğunluq mövcuddur. Belə şərtlər daxilində “SOCAR Türkiyə” qrupunun hər il Türkiyənin kəsirinin 2 milyard ABŞ dollarına qədər azalmasını şərtləndirməsinin nə dərəcədə təsir olduğunu əsaslandırmaq üçün əlavə arqumentlərə əsas yoxdur. Ayrıca olaraq, şirkət Türkiyədə istehsal sahələrinin yaradılması məsələsinə xüsusi diqqət yetirir. Deməli, bununla Türkiyədə təchizat bazarlarının da xarici istehsalçılardan asılılığını əhəmiyyətli dərəcədə azaldır.  Türkiyədə müşahidə olunan iqtisadi durğunluq həm də işsizliyin artmasına səbəb olmuşdur. “SOCAR Türkiyə” hazırda Türkiyədə məşğulluğu təmin edən əsas şirkətlərdən biridir. Belə ki, “SOCAR Türkiyə” ümumilikdə 10 000 nəfədən artıq insanın işlə təmin edir ki, bu da kifayət qədər ciddi göstəricidir. Ötən ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə də ən yaxından dəstək verənlərdən biri də məhz “SOCAR Türkiyə” şirkəti olmuşdur. Bütün qeyd etdiklərimiz şirkətin qardaş ölkənin iqtisadiyyatı və ümumiyyətlə, cəmiyyəti üçün verdiyi töhfələrin çox az qismidir. Göründüyü kimi, Azərbaycan-Türkiyə uğurlu əməkdaşlığını həzm etməyən dairələr SOCAR-ın Türkiyədəki ofisinə hücumlar təşkil etməkdən də çəkinmir. Bu dairələr çox yaxşı bilirlər ki, Azərbaycan hər zaman barışın və sülhün tərəfdarıdır. Müvafiq olaraq, bir dövlətlə əməkdaşlığ heç bir halda digər dövlətə və ya dövlətlərə qarşı yönəlmir. Ölkəmiz həm İsraillə, həm də Fələstinlə konstruktiv münasibətlərin tərəfdarı olduğunu öz praktiki addımları ilə nümayiş etdirir. Təkrar olaraq, vurğulmaq lazımdır ki, SOCAR a qarşı qurulan oyunlar qaçılmaz şəkildə həm də Türkiyə iqtisadiyyatına qarşı edilən hücumdur. Azərbaycan-Türkiyə səmimi qardaşlığını, əməkdaşlığını heç bir qüvvə sarıda bilməz. Azərbaycan-Türkiyə birliyi çox təsirli amildir. 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər