BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 “Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yaradılması ideyası Prezident İlham Əliyev tərəfindən verilmişdir. Bu da türk dünyasının birliyində  öz müsbət nəticələrini verir”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, hazırda bütün türk dövlətləri TÜRKPA-nın işində fəal iştirak edir: “Sevindirici haldır ki, parlamentin bu proseslərə təsirinin gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin ideyalarını Türk Dövlətləri Təşkilatı üzvləri dəstəkləyirlər. Bildiyimiz kimi, TÜRKPA-nın ilk plenar iclası 2009-cu ilin sentyabrında Bakıda keçirilib. Həmin iclasda qəbul edilmiş qərarlar təşkilatın güclənməsi və inkişaf etməsi üçün möhkəm təməl yaratmışdır. TÜRKPA-nın yaradılması indiki məqada türk dövlətlırinin qüvvələrini birləşdirmək üçün atılan effektiv addımdır. TÜRKPA həmçinin türk dövlətlərinin parlmentlərini bir çətir altında birləşdirir. Bu da parlament diplomatiyasının rolu və təsir gücünü getdikcə daha da artır. Artıq  TÜRKPA-nın adı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları sırasında çəkilir. Hazırda TÜRKPA-ya Azərbaycan sədrlik edir. TÜRKPA özünün yol xəritəsini böyük uğurla həyata keçirir. İyunun 6-da Bakıda TÜRKPA-nın “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclasında ikinci yol xəritəsi imzalanıb. Prezident İlham Əliyev 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında deyib ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Cənab Prezident türk dünyasının birləşməsi istiqamətində türk dövlətlərinin böyük səylər göstərdiklırini də vurğulayıb. Son illər türk dövlətlərinin Prezidentlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verib”. 

Politoloq  bildirib ki, xüsusən Türk Dövlələri Təşkilatının  zirvə görüşləri zamanı əldə edilmiş razılaşmalar parlamentlərarası əlaqələrin inkişafına da zəmin yaradıb: “İnanırıq ki, gələn ay Türk Dövlələri Təşkilatının Şuşada keçiriləcək növbədənkənar Zirvə Toplantısında qəbul olunacaq mühüm qərarlar əlaqələrin möhkəmlənməsində mühüm mərhələ olacaq. Əminik ki, bu toplantısında aparılacaq fikir mübadiləsi, qəbul olunacaq qərarlar təşkilatın müasir tələblərə uyğun fəaliyyət göstərməsinə töhfəsini verəcək”.

 

 

 

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər