BAKU Azərbaycan
30.12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Gülnarə Rəhimova: “Bakıda Azərbaycan və Rusiya  prezidentlərinin iştirakı ilə imzalanan sənədlərə əsasən atılacaq addımlar qarşılıqlı fəaliyyətlərə öz müsbət təsirini göstərərk”

 Xəbər verildiyi kimi, avqustun 18-19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərində olub. Səfər müddətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə məhdud və geniş tərkibdə görüşlər keçirib, həmçinin bir sıra sənədlər imzalanıb. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ilə bağlı saytımıza açıqlama verən
Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova bildirib ki, iki dövlət arasında bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur: “Azərbaycan və Rusiya tarixən dost və qonşu dövlət olublar. Bu gün müttəfiq ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunuq. Çünki 2022-ci ilin fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri  tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” uğurla yerinə yetirilir. Belə ki, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq dərinləşdiriləşdirilib, eləcə də irimiqyaslı tədbirlər keçirilib. Bakıda dövlət başçıları da görüşlərində bu Bəyannamənin uğurla yerinə yetirildiyini qeyd ediblər. Ümumi olaraq ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunluqlarını ifadə ediblər. Hazırda həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq gücləndirilir. Həmçinin humanitar əlaqələrin inkişafına diqqət yetirlir. Əminik ki, Prezident Vladimir Putinin bu səfəri ikitərəfli əlaqələrinin inkişafı üçün əhəmiyyətli faydası olacaq. Avqustun 19-da Bakıda iki dövlətinin başçısının iştirakı ilə imzalanan sənədlərə əsasən atılacaq addımlar da qarşılıqlı fəaliyyətlərə öz müsbət təsirini göstərərk”. 

Gülnarə Rəhimova bildirib ki, Azərbaycan və Rusiya liderləri iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin inkişafını da müzakirə ediblər və bəyanatlarında konkret layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər veriblər: “Biz bir təşkilat olaraq Rusiya ilə Azərbaycan arasında müxtəlif layihələrin inkişafına töhfə verməyə və iki ölkənin qarşılıqlı faydalı maraqları çərçivəsində çalışırıq. Yaxın gələcəkdə təhsil sahəsində bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq. Bakıda və analoji olaraq Moskvada Azərbaycan-Rusiya müştərək Universitetinin açılması cəmiyyətin kadr çatışmazlığını aradan qaldırmağa kömək edəcək.
Valadimir Putinin Cənubi Qafqazda Rusiyanın ən dost ölkəsi olan Azərbaycana səfəri yüksək səviyyədə təşkil olunub və uğurla başa çatıb. Fəxr edirik ki, bu işdə bizim də xidmətlərimiz var.  
Rusiya Prezidentinin səfərinin gündəliyi ikitərəfli münasibətlərin inkişafının bariz nümunəsidir. Rusiya və Azərbaycanın çoxtərəfli formatlarda inteqrasiyası - BRİCS, ŞƏT, Avrasiya İqtisadi İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT- çox vacibdir".

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər