BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Antiterror əməliyyatının birinci ildönümünə həsr olunmuş kitabın təqdimatı keçirildi...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə yazıçı-publisist, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” kitabının təqdimat mərasimini keçirdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbir iştirakçıları Böyük Qələbə, tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını və qonaqları salamladı. O, ölkə başçısının 19 sentyabr tarixli Sərəncamını diqqətə çatdırdı və bildirdi ki, məhz 20 sentyabr tarixində 23 saat 43 dəqiqə davam etmiş və uğurla başa çatmış qısamüddətli antiterror əməliyyatı nəticəsində ordumuz parlaq Qələbə qazanmışdır. L.Məmmədova tədbir iştirakçılarına bildirdi ki, 44 günlük Vətən müharibəsinə və qısamüddətli antiterror əməliyyatının birinci ildönümünə həsr olunmuş kitab kitabxananın “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidlər unudulmur” və “Yaradıcı oxucularımız” layihələri əsasında müəlliflə birgə hazırlanmış və müəllif tərəfindən nəşr olunmuşdur. Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” kitabı 44 günlük Vətən müharibəsi zamanı böyük şücaət göstərən şəhidlərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs edir.

Yazıçı-publisist, şair, “Ön cəbhə əfsanələri...” kitabının müəllifi Sevinc Ağa Xəlilqızı çıxışında qeyd etdi ki, romanın əksər bölmələri şəhid Əmirulla Əliyevin həyat və döyüş yolundan bəhs edir. Kitabda Əmrulla Əliyevin kursant həyatı, müharibədə iştirakı, yazdığı şeirlər əks olunur. “Ön cəbhə əfsanələri...” kitabında şəhid və qazilərimizə aid bölmələr də var. O, kitabın redaktoru və hərbi məsləhətçilərinə təşəkkürünü bildirdi.

Milli Məclisin deputatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Aydın Mirzəzadə tədbirdə iştirak edən bütün şəhid valideynlərinə və xanımlarına təşəkkür etdi. O qeyd etdi ki, əsərin baş qəhrəmanı Əmrulla Əliyevin simasında bütün şəhidlərimiz bizim kimliyimizin simvollarından biridir. Azərbaycan xalqı öz suverenliyini təsdiq edir və igidlər yetişdirə bilir. Şəhidlər bizim simamızdır. A.Mirzəzadə Böyük Qələbəmizdə Ali Baş Komandan İlham Əliyevin rolundan, onun dünyadakı nüfuzundan, Azərbaycan dövlətinin dünya siyasətindəki rolundan söz açdı. Daha sonra o, Sevinc Ağa Xəlilqızını təbrik etdi, yaradıcılıq uğurları arzuladı.

Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış, DİN-in sabiq müavini, polkovnik Həmid Cəfərov çıxışında vurğuladı ki, müəllif əsəri qələmə alarkən, sanki müharibənin içərisində olub. O, S. Ağa Xəlilqızına yaradıcılıq uğurları arzuladı.

Beynəlxalq Sülh səfiri, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı çıxışında bildirdi ki, şəhid valideynləri övladları ilə birgə qəhrəmandırlar. Onlar Vətən uğrunda, Azərbaycan uğrunda, tarixi torpaqlarımız uğrunda mübarizəyə qalxaraq, 30 il düşmən tapdağı altında olan torpaqlarımızı bizə qaytardılar.

“Ön cəbhə əfsanələri...” kitabının hərbi məsləhətçisi, Qarabağ qazisi, DİN-in XTPD-nin komandiri, polkovnik İlqar Hüseynov çıxışında qeyd etdi ki, müharibə itkisiz olmur, amma Vətən, torpaq uğrunda döyüşmək böyük şərəfdir. Bizim qəhrəman oğullar 44 günlük Vətən müharibəsində təkrarolunmaz igidlik göstəriblər.

Şəhid qardaşlar – İman və Bəhram Məmmədovların atası Elman Məmmədov şəhidlərimizi heç bir zaman diqqətdən kənar qalmamasına, unudulmadığına görə təşəkkür etdi.

Şəhid Əmrulla Əliyevin atası Vahid Əliyev şəhidləri, qazi və zabitlərimizi hər zaman diqqətdə saxladıqlarına görə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir və kitabın müəllifinə minnətdarlığını bildirdi.

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının şöbə müdiri Yeganə Qafarova “Ön cəbhə əfsanələri...” kitabının oxucular tərəfindən maraqla qarşılandığını bildirdi və kitabxanada Vətən müharibəsi, qısamüddətli antiterror əməliyyatı haqqında kitablara böyük ehtiyac olduğunu bildirdi.

Bəstəkar, müğənni Arif Səlimov yeni bəstələdiyi “Azərbaycan” mahnısını, Bakı Musiqi Akademiyasının magistrı, xalq artisti Natəvan Şeyxovanın tələbəsi Leyli Əşrəfi “Ey Vətən”, “Dayan zaman”, “Dastana dönən səs” mahnı müsabiqəsinin birinci yer qalibi Günay Məmmədova “Sarı gəlin”, “Ay Laçın” xalq mahnılarını, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “Azərbaycan”, müğənni Aybəniz Çələbi “Yaşa Azərbaycan” mahnılarını ifa etdilər.

Şair Mələk Yazar “Şəhid anası” şeirini, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov vətənpərvərlik mövzusunda yazdığı yeni şeirlərini oxudu.

Tədbirin bədii hissəsində 158 nömrəli tam orta məktəbin şagirdləri – Hüseyn Həsənli, Gülüm Novruzova, Nərmin Tağıyeva, Sənan Quluzadə və Mədinə Quluzadə Sevinc Ağa Xəlilqızının vətənpərvərlik mövzusunda şeirlərini səsləndirdilər.

Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüseynova, Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova və AMEA-nın Folklor İnstitutunun əməkdaşı Elmiyyə Abdullayeva Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” poemasından parçalar və “Könül səhifəm” kitabından “Şuşa” şeirini söylədilər.

Yazıçı-publisist, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Sevinc Ağa Xəlilqızına kitabxananın layihələrində fəal iştirakına görə Fəxri Diplom, bəstəkar, müğənni Arif Səlimova, Bakı Musiqi Akademiyasının magistrı Leyli Əşrəfiyə, “Dastana dönən səs” mahnı müsabiqəsinin qalibi Günay Məmmədovaya Yasamal rayon MKS-nin Fəxri fərmanları təqdim olundu. Yasəmən Möhübbətqızı Sevinc Ağa Xəlilqızına baş redaktoru olduğu redaksiya heyəti adından Diplom təqdim etdi.

Kitabın təqdimatında şəhid ailələri, müharibə veteranları, Qarabağ qaziləri, şair və yazıçılar, jurnalistlər, kitabxanaçılar, geniş ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə Ruben Vardanyanın həbsinə qərar verən Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova da iştirak etdi.

Tədbirdə Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” kitabı haqqında bir videoçarx, şəhid Əmrulla Əliyevin döyüş yolu, şəhid Elvin Səfərov və Sevinc Ağa Xəlilqızının əsərləri əsasında hazırlanan videoçarxlar nümayiş olundu.

Videoçarxlar aşağıdakı keçiddə yerləşdirilmişdir:

//www.youtube.com/watch?v=rd9jITklvY8

//www.youtube.com/watch?v=FFx5Wmc9xIg //youtu.be/g5sCXMZli5s

//youtu.be/nvue00Y5cis

//youtube.com/shorts/BkETx-iXzcM?feature=share

//youtu.be/Xxk4kn5qzI0

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər