BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Müstəqil Azərbaycanın əbədi və güclü dövlət olmasının əsasında güclü iqtisadi inkişaf durur. Dövlət quruculuğunun ilk illərində Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafın təməlini qoymaq üçün Ermənistanla atəşkəsə nail oldu. Ümummilli Liderin səyləri nəticəsində əldə olunan sabitlik ölkəmizə xarici investisiyaların qoyuluşuna böyük imkanlar qazandırdı. Bu, müstəqil Azərbaycan üçün yeni iqtisadi inkişaf yolu idi. “Əsrin müqaviləsi” ilə başlanan yol geləcək üçün böyük perspektivlər açdı. Bu yol bugünkü iqtisadi inkişafın təməlidir. Bununla dövlət quruculuğuna, uğurlu xarici siyasətə, sosial rifaha və ən əsası gələcəyin Zəfərinə geniş imkanlar açıldı.

İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. 30 ilin işğalı arxada qaldı, indi ölkəmiz genişmiqyaslı quruculuq, inkişafa qədəm qoyub və nəticələr göz qabağındadır.

Azərbaycan yeni dövrün reallıqları ilə addımlayır. “Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Builki iqtisadi artım 4,3 faiz təşkil edib. Dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Ona görə də düşünmək olar ki, neft-qaz sahəsində də yeni inkişaf modeli gözlənilir. Qeyri-neft sektorunun inkişafında da müsbət tendensiya müşahidə olunur. Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir”, - cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin çıxışında söylənən bu fikirlər iqtisadi inkişaf tempindən xəbər verir.

Dayanıqlı iqtisadi inkişaf milli təhlükəsizliyin təmin olunması və o cümlədən, hərbi sahənin inkişafı üçün geniş imkanlar açır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatlarından sonra dövlət suverenliyimizin tam təmin edilməsi təbii olaraq bütün investorlara müsbət mənada əminlik və yeni imkankar yaratdı. Bizim ənənəvi sənaye mərkəzlərimiz olan - Bakı, Sumqayıt, Gəncə və s. şəhərlərimizdə sənaye parkları genişlənir və orada yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması müsbət haldır. Həmçinin, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücününün və inkişafınının göstəricisidir.

23 sentyabrda Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev öz çıxışında bildirib: “Yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Biz xarici mənbələrdən daha az asılı olmalıyıq”.

Növbəti gün Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub. Beynəlxalq əhəmiyyətli bu tədbir həm də Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişi idi. Bu, söz və əməlin ifadəsi, cənab İlham Əliyevin “Bizim sözümüz bizim imzamızdır” fikrinin təsdiqidir. Ermənistana havadarlıq edən Fransa isə onu silahlandırmaq əvəzinə, Haitinin təzminat tələbinə cavab versin.

“Büdcə dövlətimizin imkanlarını əks etdirir. Heç bir yerdən heç bir yardım almırıq. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faizdir. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq” - müşavirədə söylənən bu fikirlər iqtisadi inkişafın yönəldiyi ünvanları aydın göstərir. Bu ünvanda vətəndaşların sosial rifah halı xüsusi vurğulanır, gələn il minimum əməkhaqqının və pensiyaların artırılması da büdcədə nəzərdə tutulur.

Azərbaycanın əsas hədəfi iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Artıq ölkəmizin iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Yeni dövrün yeni reallığı da məhz daha güclü Azərbaycan qurmaqdır!

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər