BAKU Azərbaycan
25.66 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 4-də Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Son üç onillik ərzində Azərbaycan və Portuqaliya ikitərəfli münasibətlərin inkişafına birgə töhfə vermiş və iki ölkə arasında əlaqələrin irəliləyişinin şahidi olmuşlar.AZƏRTAC xəbər verir ki, bu fikirlər diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycan Respublikası və Portuqaliya Respublikası Xarici İşlər nazirliklərinin birgə mətbuat kommünikesində əksini tapıb.Bildirilib ki, bu gün ölkələrimizi ortaq maraqlar və tarixi dostluq əlaqələri birləşdirir. Biz, əlaqələrimizi möhkəmləndirən və ölkələrimiz arasında qarşılıqlı anlaşmaya kömək edən münasibətlərimizin müsbət inkişafını alqışlayırıq.Diqqətə çatdırılıb ki, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi, əlaqələrimizin müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yeni perspektivlər açır. Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlıq və dostluq yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmır. Ölkələrimiz arasında qarşılıqlı dəstək beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qədim tarixə malikdir. Avropa İttifaqı çərçivəsində isə əməkdaşlıq istər ikitərəfli, istərsə də çoxtərəfli sahələrdə genişlənir.

“Fürsətdən istifadə edərək münasibətlərimizi həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatlar çərçivəsində inkişaf etdirmək niyyətimizi bildirmək istərdik. Diplomatik münasibətlərimizin 30 illiyi təkcə qeyd etmək üçün bir səbəb deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli gündəliyin genişləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı öhdəlik nümayiş etdirmək üçün mühüm bir fürsətdir.Biz qarşılıqlı şəkildə hər iki millətə və xalqa sülh, əmin-amanlıq və tərəqqi arzularımızı ifadə edirik”, - deyə kommünikedə qeyd olunub.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər