BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“Azərbaycan gəncinin vətənpərvər ruhda böyüməsi, sağlam və savadlı vətəndaş kimi yetişməsi, idarəetmə sistemində önə çəkilməsi dövlətin gənclər siyasətinin əsas mahiyyətini təşkil edir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi dövrdən başlayan bu xətt bu gün də davam etdirilir. Hələ sovet dövründə Ulu Öndər  gənclərimizin peşəkar kadr kimi yetişməsinə, keçmiş müttəfiq respublikaların nüfuzlu ali məktəblərində təhsil almalarına, müxtəlif vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da gənc nəslə diqqət dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Həmin dövrün xaotik vəziyyəti daha çox gənclərə təsir edə bilərdi. Gəncliyi itirmək isə gələcəyi itirmək demək idi. Uzaqgörən Ümummilli lider gəncləri vahid ideologiya ətrafında birləşdirmək işini ən önəmli dövlət siyasətinə çevirdi. Gəncləri azərbaycançılıq ideologiyası ətrafında toplaya bildi.  “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndərin həyata keçirdiyi çoxşaxəli gənclər siyasəti sayəsində  müsbət nəticələr əldə olundu.  Hüquqi və dünyəvi dövlət quruculuğunda gənclərin imkanlarından istifadə edən və onları yüksək vəzifələrə təyin etməklə üzərlərinə böyük məsuliyyətlər qoyan Ulu Öndər müxtəlif illərdə gənclərlə bağlı müvafiq sənədlər imzaladı.   1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir.

Gənclərə diqqətin daha bir nümunəsi dahi şəxsiyyətin “Prezident təqaüdü”nün verilməsi barədə Qərarı oldu. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşürdü. Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən, “Qızıl kitab” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara  xüsusi təqaüd təsis edildi. Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev 2013-cü il 2 iyul tarixli Qərarı ilə ölkədə “Gənclər üçün Prezident Mükafatı”nı təsis etdi. Prezident Mükafatının elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə 10000 (on min) manat məbləğində mükafatın verilməsi ən gözəl stimul, dəstək və diqqətdir. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı.  

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, müasir azərbaycançılıq ideologiyası əsasında formalaşan gənclərimiz hər zaman xalqımızın, dövlətimizin etimadını doğruldub: “Bu ideologiya ilə tərbiyə alan, böyüyən, püxtələşən gənclərimiz dövlətçilik ənənələrinə, ideologiyasına sədaqət nümyiş etdirirlər. Məhz Vətənə, dövlətə bağlı olan gənclərimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dünyaya nümunə ola biləcək yeni hərb tarixini yazdılar. 44 günlük Vətən müharibəsində tarix yazan, könüllü olaraq döyüşlərə atılan, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün canından keçən gənclərimizlə fəxr edirik. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olması dövlət dəstəyidir. Məhz bu dəstək sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları üçün 200 milyon manat vəsait xərclənmişdir. Prezident cənab İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Gənclərin yüksək təhsili, mükəmməl kadr olaraq yetişməsi dövlət siyasəti olaraq diqqətdə saxlanır. Tələbə kreditlərinin verilməsi ali təhsilə əlçatanlığı təmin edir Göründüyü kimi “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunub. Bu dövlət proqramları nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olublar. Xaricdə təhsil alan gənclərin böyük əksəriyyəti xalqımıza, dövlətimizə bağlıdır və onlar kadr kimi yetişərək ölkəmizin inkişafına töhfə verirlər.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması da gəncliyə diqqət və qayğının göstəricisidir. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident cənab İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzaladı.  Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü “Yüksəliş” müsabiqəsi təsis edildi.  Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başladı. 2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Qanunu qəbul edildi və 2020-ci il “Könüllülər ili” elan edildi. Bunlar gənclərlə bağlı görülən işlərin kiçik bir hissəsidir.

Prezident cənab İlham Əliyev  çıxışlarında Gənc nəslin milli ruhda tərbiyəsi məsələsini xüsusi vurğulayır: “Gənclər Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”.  Cənab Prezidentin işlətdiyi bu tarixi ifadələr gənclər üçün, onları yetişdirənlər üçün yol xəritəsidir.

Bu gün gənclərimizin hərtərəfli dəstəklənməsi dövlətimizin, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.  Leyla və Arzu Əliyevanın daim gənclərin yanında olması, onların təşəbbüslərinə dəstək verməsi, problemlərinin həlli üçün gördükləri işlər təqdirəlayiqdir. Məhz onların timsalında Vətənə, xalqa yararlı olmaq, müstəqil ölkənin quruculuğuna töhvə vermək nümunəsi Ulu Öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” kimi müqəddəs amallarına sədaqətin ifadəsidir.  Ümummilli Liderin yaratmış olduğu milli ideologiya əsasında formalaşmış gənclərimiz  hərb,  siyasi və diplomatik meydanda, incəsənət,mədəniyyət və idmanda, elm və təhsildə, ümumiyyətlə, bütün sahələrdə öz sözlərini deyir, böyük uğur qazanırlar.  Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı cənab İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırır. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. 2025-ci ildə III MDB Oyunlarına Gəncə şəhəri ev sahibliyi edəcək. Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks də tikilir. Bölgələrdə yarışların keçirilməsi üçün yaradılmış və yaradılan şərait gənclərin sağlam ruhda inkişafı üçün dövlət qayğısıdır.

M.Vəliyeva bildirdi ki, 2024-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə, hərbi vətənpərvərlik, milli adət-ənənələr, hüquq, peşə, robototexnika, yaradıcılıq, mühəndislik, məşğulluq, simulyasiya, inklüzivlik və könüllülük kimi əhəmiyyətli sahələri əhatə edən 43 düşərgə  təşkil olunub. Lənkəran şəhəri 2024-cü ildə Azərbaycanın “Gənclər Paytaxtı” elan olundu. 2025-ci il üçün isə Sumqayıt şəhəri “Gənclər Paytaxtı” seçilib. Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu Sumqayıtda tələbə qızlar üçün  “Zərif mühəndislər” təqaüd proqramı təsis edib ki, bu da gənclərə böyük diqqətin göstəricisidir. Möhkəm təməl üzərində qurulan gənclər siyasəti Azərbaycan dövlətinin güclənməsinə, milli ruhun qorunub saxlanılmasına, Vətənə bağlılığa xidmət edir”.

Prezident cənab İlham Əliyevin gənclərə yönəlmiş siyasəti, dəstəyi ildən-ilə daha da güclənir, təkmilləşir, yeni-yeni sahələri əhatə edir. Bu gün Azərbaycan gənci Yeni dövrün yeni reallıqları qarşısındadır. Vətən borcunu ləyaqətlə ödəyir. Ulu Öndərin “Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar”,-fikri reallığa çevrilib. İndi daha böyük reallıqları gerçəkləşdirmək üçün gənclik öz Müasir Liderinə inanaraq, onun ətrafında sıx birləşərək əminliklə gələcəyə addımlayır. Cənab Prezidentin tövsiyələrini əsas götürərək addımlayır: “milli dəyərlərə söykənərək, vətənpərvər ruhda, daha güclü gənclik olaraq”  addımlayır.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər