BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 Bu ilin, Azərbaycan Prezidenti tərəfindən "Konstitusiya və Suverenlik ili" elan edilməsi dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və s. qarşısında yeni vəzifələr qoyurvə fəaliyyət üçün yeni meydanlar açır. Bu mənada məhkəmə hüquq sisteminin də fəaliyyətində yeni perspektivlərin və öhdəliklərin olacağı ehtimalı artır. Məhz bu səbəbdən də son günlər həm Milli Məclisdə, həm mətbuatda, həm də vətəndaş cəmiyyəti institutları arasında Əfv komissiyasının fəaliyyəti, edilən müraciətlərin komissiyada   araşdırılması barədə söhbətlər, müzakirələr eşidilməkdədir. Bu müzakirələr, deyilən fikirlər yaxın zamanlarda (ehtimal ki, Qarşıdan gələn Müstəqillik Günündə) əgv sərəncamının imzalanması ehtimalı yüksəldir. Eyni zamanda aministiya aktı barədə də məsələ gündəmə gətirilir.

  Hesab edirəm ki, əvvəlcə, qısaca amnistiya və əfvetmə barədə geniş oxucu kütləsi üçün arayış versək yerinə düşər: 

  Amnistiya və əfvetmə - məhkəmədən kənar qaydada, qanunverici və icraedici hakimiyyət tərəfindən qəbul edilən, törədilən cinayətin hüquqi nəticəsini aradan qaldıran akt növləridir.

  Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, əfvetmə və amnistiya aktları hökmlərin qanuniliyi və ədalətliliyini şübhə altına almır. Belə ki, amnistiya və əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. 

  Amnistiya və əfvetmənin tətbiqi Azərbaycan Respublikasının Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, amnistiya məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir.

   Azərbaycan Respublikasının qüvvədə olan olan Cinayət Məcəlləsində isə amnistiya, əfvetmə ilə bağlı xüsusi 13-cü fəsil mövcuddur.

   Həmin aktın 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

  Cinayət Məcəlləsinin 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

 Onu da qeyd etməliyik ki, həm amnistiya həm də əvf ölkəmizdə geniş tədbiq olunur. 

 

 

 

 

 

 Belə ki, ölkəmizdə daim humanizm siyasətinə, insan hüquqlarının təmininə önəm verilməsini sübut üçün təkcə onu demək kifayətdir ki, müstəqillik tarixində yeganə ölkə olaraq Azərbaycanda qısa müddət ərzində 70əfv sərəncamının imzalandığını, 11 Amnistiya Aktı qəbul edilmiş və nəticədə isə minlərlə insanın ailələrinə, cəmiyyətə qovuşub, həmin ailələrə sevinc bəxş etməklə yanaşı, törətdiyi cinayətlərə cəzalandırlmış şəxlərə yenidən şans vermis olub. 

  Yuxarıda deyilənləri nəzərə alsaq böyük ehtimalla "Konstitusiya və Suverenlik ili" kimi elan edilmiş 2025-ci ildə həm amnistiya, həm də əfv aktlarının qəbul ediləcəyini söyləmək olar.

  Eyni zamanda, onu qeyd etmək lazımdır ki, amnistiya aktı əfv sərəncamına nisbətən daha çox məhkumu, daha geniş əhali kütləsini əhatə etdiyi üçün və bu sənədlə bağlı həm beynəlxalq təcrübə, həm də hüququn və ölkə qanunverilciyin yaratdığı imkanlar baxımından zaman-zaman müzakirələr, fərqli fikirlər səsləndirilir. 

 Bu əhəmiyyətli tədbirin səmərəsini artırmaq məqsədi ilə mövzu ilə eksepertlərlə, peşəkarlarla məsləhətləşmələrdən sonra nail olduğumuz bəzi təklifləri, müvafiq qurumların, Milli Məclisin, xüsusilə də ali qanunverici orqanda təmsil olunan millət vəkil olan dostlarımızın diqqətinə çatdrımağı zəruri hesab edirəm: 

- Amnistiya ömürlük azadlıqdan məhrum edilmiş və xüsusi ağır cinayət törətmiş şəxslər istisna olmaqla bütün məhkumlara şamil edilsin.  Əlbəttə ki, “Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər”, yəni “Dövlətə xəyanət”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə”, “Casusluq”,  “Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə”, “Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama”, “Dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə”, “Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma”, “Silahlı qiyam”,”Dövlət əleyhinə yönələn açıq çağırışlar”,”Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə”,  (Maddə 274.275, 276, 277, 278, 279, 280, 281, 281-1 ), həmçinin insanlıq əleyhinə, və s. kimi cinayətləri törətmiş şəxslərə şamil edilməsin. 

- Əvvəllər barəsində amnistiya, əfvetmə tətbiq edildikdə şərti məhkum olunmuş şəxs sınaq müddəti ərzində, cəzaçəkmənin təxirə salındığı müddətdə, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad edilənlərə şamil edilməsin:

- Aşağıdakı göstərilənlər azadlıqdan şərti olunma, azadlığın məhdulaşıdrılması, çərimə və s. kimi cəzaılardan azad olunsun:

  Vətən müharibəsi  (1-ci və 2-ci Qarabağ müharibəsi) iştirakçıları, veteranları

           ağır xəstələr, (onkiliji, ürək-damar sisteminin, və s. ağır formaları, HİV, hepatit C)  

  şəhid ailələri

   Vətən müharibəsində, döyüş əməliyyətlarında, dövlət tapşırıqlarını yerinə yetirərkən yaralanmış və ya zədə almış şəxslər.

- Amnistiya həmçinin bu qəbildən olan və təqsirləndirilən şəxs kimi  həbs edilmiş şəxlərə şamil edilsin. 

- Cəzasının bitməsinə bir il və ya bir ildən az qalmış bütün məhkumlar (yuxarıda qeyd olunan istisnalar nəzərə alınmaqla) cəzadan azad olunsunlar

- Cəzasının bitməsinə bir ildən artıq almış bütün məhkumların (yuxarıda qeyd olunan istisnalar nəzərə alınmaqla) cəzasından bir il çıxılsın. Yəni cəza müddətinin bitməsinə yeddi il qalırsa, amnistiya tədbiq edildikədn sonra altı il kimi hesablansın. 

Əlbəttə ki,qeyd olunan təklifləri qanunvericliyin tələblərini daha həssas nəzərə almaqla,   daha ətraflı və geniş qeyd etmək olardı və hətta deyərdim detalları üzərində işləmək və hüquqi baxımdan mükəmməl şəkilə salmaq lazımdır. Amma məqsədim bu təkliflərin hüquqi tərəfindən çox onun ictimai və siyasi mahiiyyətini diqqətə çatdırmaqdır. 

 Şübhəsiz ki, bu təkiflərin əhəmiyyəti və səmərəsi bir neçə istiqamətdə özünü biruzə verə bilər:. 

- Əlbəttə ki, əsas məqsəd ölkədə humanizm prinsiplərinə hörmət olunduğunu, dövlətimizin daim vətəndaşınınqayğısına qalıdığına, insan haqlarına qorunmasına önəm verən prinsiplərə sadiq qaldığını bir daha nümayiş etdirmiş oluruq. 

- azadlığa buraxılanların ailələrinə və cəmiyyətə, normalhəyat tərzinə qovuşmasına, dövlətçiliyə sadiq qalaraq, faydalı əməklə məşğul olmasına şərait yaradacağına, dolayısı ilə səhvə yol vermis vətəndaşlarımıza inandığımızı biruza vermis oluruq.

- Məlumdur ki, aministiya aktı əfv sərəncamına nisbətən çox sayda məhkumu əhatə edir, lakin bu təkliflər nəzərə alınsa aktın əhatə dairəsi daha da genişlənmiş olardı  

- Ölkəmizdə bu sahə ilə bağlı irəli sürülən bir çox hallarda haqsız iddihamlara, iradlara, tutarlı cavab olardı və ölkənin imicinə müsbət təsir etmiş olardı. 

- vətəndaşların məhkəmə hüquq-sisteminə, humanizm prinsipinə əməl edilməsinə inamın yüksəlməsinə müsbət təsir etmiş olardı.

- ölkədə cəzaçəkmə müəssiələrində məhkumların sayının kəskin azalmasına, və CÇM-də mümkün sıxğlığınazalmasın təsir etmiş olardı. Lap kobud hesablamalara görə ölkədə 20 və 30 min məhkum varsa (sayı haqda dəqiq məlumatım yoxudr), bu təkliflər nəzərə alınsa amnistiya bütün məhkuimların təxminən 90%-nə şamil ediləcək. Onlardan da böyük bir hissə (az ictimai təhlükəli cinayətlərlə məhkim olunmuş məhkumlar)azadlığa çıxmaq imkanı əldə edəcəklər. 

- cəzaçəkmə müəssisələrində məhkumların islah prosesinə müsbət təsir edəcək.  

- Nəhayət, heç bir əlavə şərtlər, ayrı seçkilik, uzun-uzadı maddələr kvalifikasiyası, bölgüsü və s. olmadan elan olunan amnistiyanın tədbiqi ilə bağlı azad olunma prosesini və bununla bağlı əlavə söz-söhbətin dedi-qodunun qarşısını almış olardı. 

  

Əhməd N. Abbasbəyli 

Ekspert

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər