BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə daxil olmasını və daha dərin inteqrasiyanı nümayiş etdirir. Bu tərəfdaşlıq iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və logistika, texnologiya və rəqəmsal infrastruktur, eləcə də mədəni və humanitar əlaqələri əhatə etməklə geniş spektrdə əməkdaşlıq imkanlarını artırır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində cənab Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib. Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir.“ Bu gün Azərbaycanla Çin arasında münasibətlər uğurla inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri cənab Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir”.

Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olan Azərbaycan, o cümlədən Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb”.

Çin şirkətlərinin yalnız xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar, belə ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi ilə bağlı müqavilə imzalanıb. Bununla da Mərkəzi Asiya ilə Azərbaycan və potensial olaraq Çin enerji kabeli ilə bir-birinə bağlanıb. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti bir aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.

Bəli, Azərbaycan–Çin əlaqələri çox­şaxəli struktura malikdir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ­rinədək bir sıra məqamlar var. Məsələn, Azərbaycanda elektrik mühərrikli avto­busların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə iş­birliyinə start verilib. Avtobusların yerli istehsalına isə bu il başlanılması planlaşdırılır. Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindaonun, Sumqayıt ilə Sian və Myenyan şəhərlərinin, Çunçin şəhərinin Cyancin rayonunun, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhərinin, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonunun əməkdaşlığına dair sənədlərin imzalanması isə nikbin mənzərəyə xüsusi ovqat qatır. Habelə, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını, Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrasının mövcudluğunu, ölkəmizin ali məktəblərində Konfutsi institutlarının uğurlu fəaliyyətini də qeyd etməliyik.

Bütün bunlarla yanaşı, bir məqamı da xüsusi vurğulamağa ehtiyac var. Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir. Bundan başqa, 2023-cü ilin aprelində Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Yalnız bir dəfə yaşayırsan” poeziya kitabının Çin dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib. Nəzərə alaq ki, bu nəşr Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən ölkələrin mədəni və humanitar sahələrdəki əməkdaşlığının gözəl nümunəsi kimi qiymətləndirilib.

Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma var: “Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə qeyd olunub ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında münasibətlər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətə, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır, separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir.

Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirir.

Fuad Hüseynzadə

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər