BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

2025-ci ilin 25 sentyabr tarixində Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi tarixi çıxış Azərbaycan dövlətçiliyinin müasir mərhələdə əldə etdiyi nailiyyətlərin, beynəlxalq münasibətlərdə tutduğu mövqeyin və gələcək hədəflərinin aydın ifadəsi oldu. Bu çıxış təkcə ölkəmizin son onilliklərdə yaşadığı mübarizə və qələbələrin deyil, həm də regionda və dünyada sülhə, təhlükəsizliyə və inkişaf proseslərinə verdiyi töhfələrin təhlili baxımından böyük əhəmiyyət kəsb edir.

Prezidentin nitqi Azərbaycan tarixinin üç mühüm istiqamətini – müharibədən sonrakı ədalətin bərqərar olunmasını, sülhün təmin edilməsini və qlobal çağırışlara cavab strategiyasını əhatə etdi. Bu məqalədə həmin çıxışın məzmunu əsasında Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, regional və qlobal proseslərdə rolu sistemli şəkildə təhlil edilir.

Otuz ilə yaxın müddətdə Azərbaycanın təqribən iyirmi faiz torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyon azərbaycanlının doğma yurd-yuvasından didərgin salınması ölkəmizin ən böyük humanitar faciəsi olmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə baxmayaraq, Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməmiş, əksinə, etnik təmizləmə və hərbi cinayətlər siyasətini davam etdirmişdir.

Lakin 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etmiş və 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etmişdir. Müharibə beynəlxalq humanitar hüquqa tam riayət edilməklə aparılmış, mülki əhalinin qorunması təmin olunmuşdur. Nəticədə, noyabrın 10-da imzalanmış kapitulyasiya aktı Azərbaycanın tarixi Qələbəsini və regionda yeni mərhələnin başlanmasını təsdiqləmişdir.

Qələbədən dərhal sonra Azərbaycan Ermənistanla sülh münasibətlərinin qurulmasına yönəlmiş təşəbbüslərlə çıxış etmiş, beynəlxalq hüquqa əsaslanan beş prinsip irəli sürmüşdür. Uzunmüddətli danışıqların yekunu olaraq, 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin paraflanması tarixi nailiyyət olmuşdur. Bu proses ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyaraq, regional münasibətlərin real siyasi əsaslarda inkişafına şərait yaratmışdır.

Regional əlaqələrin gücləndirilməsi məqsədilə irəli sürülmüş Zəngəzur dəhlizi və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” kimi təşəbbüslər nəinki region ölkələrini, həm də qlobal iqtisadi sistemləri birləşdirəcək mühüm infrastruktur layihələridir. Bu addımlar Azərbaycanın sülhü yalnız siyasi deyil, həm də iqtisadi və sosial əməkdaşlıq vasitəsilə möhkəmləndirmək niyyətini göstərir.

İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın dövlət prioritetlərinin önündə dayanır. Ermənistanın dağıtdığı şəhər və kəndlərin bərpası üçün “Böyük Qayıdış” Proqramı həyata keçirilir və artıq on minlərlə insan öz doğma yurduna dönmüşdür. Bununla yanaşı, Ermənistanın yerləşdirdiyi minalar humanitar təhlükə olaraq qalır. 2020-ci ildən bəri yüzlərlə insan mina qurbanına çevrilmişdir ki, bu da beynəlxalq ictimaiyyətdən daha çox dəstək tələb edir.

Azərbaycan, həmçinin itkin düşmüş dörd min nəfərin taleyinin aydınlaşdırılmasını prioritet məsələ kimi qaldırır. Bu, beynəlxalq humanitar hüququn tələbi olmaqla yanaşı, həm də regional sülhün davamlılığı üçün vacibdir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal əhəmiyyətli ekoloji çağırışların həllində öncül mövqeyini təsdiqlədi. Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin əhəmiyyətli dərəcədə artırılmasını təmin etdi. Bu təşəbbüs Azərbaycanın dayanıqlı inkişaf və yaşıl keçid prosesinə sadiqliyinin nümunəsidir.

Bununla yanaşı, Prezident cənab  İlham Əliyev enerji təhlükəsizliyi ilə bağlı realist mövqeyini ifadə etmişdir: dünya yaxın gələcəkdə mədən yanacaqlarından tam imtina edə bilməz. Azərbaycan həm etibarlı qaz təchizatçısı, həm də bərpaolunan enerji sahəsində aparıcı sərmayədar olaraq, qlobal enerji təhlükəsizliyinə balanslı yanaşmanı dəstəkləyir.

Azərbaycanın iqtisadi inkişafı neft və qaz sektorundan asılılığı minimuma endirməklə yanaşı, qeyri-neft sektorunun şaxələndirilməsi və şəffaflıq islahatları nəticəsində daha sabit mərhələyə qədəm qoymuşdur. Beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi müsbət qiymətlər, aşağı dövlət borcu və böyük valyuta ehtiyatları Azərbaycanın iqtisadi dayanıqlılığını təsdiqləyir.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi layihələr, rəqəmsal infrastruktura dair “Rəqəmsal İpək Yolu” təşəbbüsü ölkəmizi beynəlxalq nəqliyyat və informasiya qovşağına çevirməkdədir. Bu təşəbbüslər Azərbaycanın regional inkişaf və qlobal əməkdaşlıq siyasətinin təməl daşlarını təşkil edir.

Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxış Azərbaycanın qlobal miqyasda mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq hüquqa əsaslanan ədalət prinsipinin qələbəsini nümayiş etdirdi. Azərbaycan həm müharibədə qalib gəlmiş, həm də sülhü təmin etmiş bir dövlət olaraq yeni dövrə qədəm qoymuşdur.

Bu gün Azərbaycanın əsas missiyası yalnız öz ərazi bütövlüyünü və suverenliyini qorumaq deyil, həm də qlobal sülh, təhlükəsizlik, enerji sabitliyi və ekoloji dayanıqlılıq sahələrində bəşəriyyətə töhfə verməkdir. Prezidentin sözləri ilə desək, bu uğurlar yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn və ədalətin üstünlüyünün təntənəsidir.

Fatma Çandirova,

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər