BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”

 Coğrafi mövqeyinə və inkişaf etmiş nəqliyyat infrastruktura sahib olan Azərbaycan, Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən mühüm tranzit ölkəyə çevrilib. 7 oktyabr 2025-ci ildə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bu məslə də diqqətdə olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın Türk dünyası üçün strateji əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu sahədə oynadığı önəmli rolu ətraflı şəkildə təqdim etdi. Onun çıxışı Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində yeni dövrün əsasını qoyur. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələri yalnız regional deyil, həm də qlobal səviyyədə strateji əhəmiyyətə malikdir: “Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb”. Bu fikir, Türk dövlətləri arasında yalnız mədəni və siyasi deyil, eyni zamanda ciddi iqtisadi və logistik platformanın mövcudluğunu göstərir. Azərbaycan bu platformanın əsas dayaqlarından biri kimi çıxış edir.

 Prezident Əliyev çıxışında xüsusilə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətinə toxundu. Bu dəhliz Çin və Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılmasını təmin edir. 2022-ci ildən bu yana Orta Dəhlizlə yükdaşımaların 90% artması bu marşrutun rəqabətqabiliyyətini və artan beynəlxalq marağı göstərir. Bu, yalnız regional deyil, həm də qlobal enerji və logistika şirkətlərinin diqqətini cəlb edən bir göstəricidir.

Prezident Əliyev qeyd etdi ki, yaxın illərdə Ələt Beynəlxalq Ticarət Limanının illik yükötürmə qabiliyyəti 25 milyon tona çatacaq. Hal-hazırda bu liman artıq Xəzər regionunun ən mühüm nəqliyyat mərkəzlərindən biridir. Onun imkanları Orta Dəhlizin dayanıqlılığını təmin edir və multimodal daşımaları mümkün edir. Ələt limanı nəinki yük daşımalarında, həm də sənaye-logistika zonalarının inkişafında mühüm rol oynayır. Burada yaradılan Ələt Azad İqtisadi Zonası, həm region, həm də xarici investorlar üçün cəlbedici platforma kimi çıxış edir.

Azərbaycanın təşəbbüsü və dəstəyi ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında mühüm bir dəmir yolu bağlantısıdır. Bu marşrutla Mərkəzi Asiyadan və Çindən Avropaya yüklər fasiləsiz şəkildə daşına bilir. Bu layihə nəinki nəqliyyatı sürətləndirir, həm də bölgədə alternativ və təhlükəsiz marşrutların yaranmasına töhfə verir – xüsusən də geosiyasi risklərin artdığı bir dövrdə.

Azərbaycanın 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti ölkəmizi hava nəqliyyatında da əsas oyunçuya çevirir. Bu imkanlar multimodal daşımaların effektivliyini artırır, təcili və yüksək dəyərli yüklərin daşınmasında strateji üstünlük yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bu amillər Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsini şərtləndirir. Azərbaycanın müasir infrastruktur imkanları və çevik tranzit siyasəti sayəsində ölkə artıq Avrasiya məkanında logistik hub rolunu oynamaqdadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat şəbəkələrinin inteqrasiyası yaxın gələcəkdə təşkilatın əsas prioritetlərindən biri olacaq. Azərbaycanın bu istiqamətdə təcrübəsi və təşəbbüsləri digər üzv dövlətlər üçün nümunəvi model kimi çıxış edə bilər.

Zirvə Görüşündə cənab Prezident təhlükəsizlik, regional əməkdaşlıq və ortaq hərbi təlimlərin əhəmiyyətinə də toxunaraq yeni bir strateji dövrün başlanğıcını elan etdi. Qeyd olundu ki, təhlükəsizliyin hər bir dövlətin inkişafının təməl dayağı olduğunu vurğuladı. Müasir dünyada beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu, münaqişələrin geniş yayıldığı və yeni təhlükəsizlik çağırışlarının yarandığı bir dövrdə Türk dövlətləri arasında həmrəylik və ortaq müdafiə strategiyalarının qurulmasının zəruriliyi bir daha ön plana çıxarıldı:“Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil,” – deyə Prezident Əliyev çıxışında qeyd etdi. Bu fikirlər təkcə çağırış deyil, həm də Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətləri üçün bir yol xəritəsidir.

 Prezident İlham Əliyev Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinə və dərin hərbi əməkdaşlıq əlaqələrinə xüsusi diqqət çəkdi. Son bir ildə Azərbaycan ilə Türkiyə arasında 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimin keçirilməsi, bu əməkdaşlığın yalnız siyasi deyil, eyni zamanda praktiki və əməli sahələrdə də nə qədər dərin olduğunu göstərir. Bu təlimlər təkcə iki ölkənin müdafiə qabiliyyətini artırmaqla qalmır, həm də Türk dünyasının ümumi təhlükəsizlik sisteminin formalaşmasına töhfə verir.

Zirvə görüşünün ən mühüm məqamlarından biri Prezident Əliyevin irəli sürdüyü təşəbbüs oldu: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”. Bu təklifin gerçəkləşməsi, təşkilata üzv dövlətlərin silahlı qüvvələri arasında qarşılıqlı koordinasiya, əməliyyat bacarığı və taktiki uyğunluğun artırılmasına, eləcə də ümumi müdafiə mexanizmlərinin formalaşmasına xidmət edəcək.

Qəbələ Zirvəsi təkcə siyasi görüş deyil, həm də Türk dünyasının gələcək təhlükəsizlik arxitekturasının formalaşdığı bir məqam kimi tarixə düşəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2026-cı ildə keçiriləcək birgə hərbi təlimlər, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin hərbi-strateji inteqrasiyasına doğru atılmış mühüm addım olacaq. Türk dünyası birliyi artıq sözlərlə deyil, əməli addımlarla möhkəmlənir – təhlükəsizlikdən inkişafa aparan yol isə bu birlikdən keçir.

Prezident İlham Əliyevin Qəbələ Zirvəsindəki çıxışı, nəqliyyat və kommunikasiya sahəsində Türk dünyası üçün yeni strateji dövrün başlandığını göstərdi. Azərbaycanın təşəbbüskarlığı, qurduğu infrastruktur və irəli sürdüyü əməkdaşlıq platformaları Türk Dövlətləri Təşkilatının real iqtisadi və logistik gücə çevrilməsi yolunda mühüm təməl rolunu oynayır. Azərbaycan artıq yalnız bir tranzit ölkə deyil – o, yol açan, yol quran və yol göstərən bir liderdir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər