BAKU Azərbaycan
27.77 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm səhifələrdən biridir. İkinci Qarabağ müharibəsində qazanılmış bu parlaq Qələbə Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın əzmi və iradəsi, müasir ordumuzun gücü və xalq-iqtidar birliyinin təntənəsi kimi tarixə düşüb

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında 8 Noyabr – Zəfər Günü ərəfəsində qeyri-hökumət təşkilatlarının (QHT) ölkədə gördüyü mühüm sosial fəaliyyətlərdən danışıb. Ramil Əliyev qeyd edib ki, Azərbaycan QHT-ləri birinci Qarabağ müharibəsindən bu günə qədər şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının yanında olublar:

“Biz artıq Zəfərimizin beşinci ilini qeyd etməyə hazırlaşırıq. QHT-lər bu illər ərzində təkcə 44 günlük Vətən müharibəsindən sonra deyil, 1990-cı illərdən bəri şəhid ailələrinə və qazilərə daim mənəvi və psixoloji dəstək göstəriblər. Onların adlarının əbədiləşdirilməsi üçün filmlər çəkilib, kitablar yazılıb, tədbirlər təşkil olunub. İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi də bu istiqamətdə aktiv fəaliyyət göstərir. Biz bu günə qədər 50 qazi, 150 şəhid haqqında film və həyat hekayəsi hazırlayaraq ‘ÖndərTV’ internet televiziyasında yayımlamışıq. Məqsədimiz Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaqdır.”

Ramil Əliyev vurğulayıb ki, dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək qayğı və sosial dəstək QHT-lərin fəaliyyətini daha da gücləndirib:

“Dövlətimizin qayğısı yüksək səviyyədədir, amma QHT-lər də bu prosesdə mühüm rol oynayır. Biz sosial reabilitasiya, psixoloji dəstək və rifah layihələrini həyata keçirərək ailələrin həyat keyfiyyətinin yüksəlməsinə çalışırıq. Azərbaycan QHT-ləri Zəfərdən sonra həm sosial, həm də vətənpərvərlik istiqamətində mühüm təşəbbüslərlə çıxış ediblər. O, xüsusilə ekoloji aksiyalar və ictimai etiraz təşəbbüsləri ilə Azərbaycanın haqlı mövqeyinin müdafiəsində fəallıq göstərildiyini xatırladıb. Gələcəkdə QHT-lərin fəaliyyətinin daha da səmərəli olması üçün dövlət-ictimai əməkdaşlığın genişləndirilməsi və keyfiyyətli layihələrin dəstəklənməsi vacibdir.

QHT-lər əsasən layihə əsasında fəaliyyət göstərirlər. Bu sahədə yeni ideyalar və innovativ yanaşmalar vacibdir. Son beş ildə QHT-lərin fəaliyyəti həm genişlənib, həm də şəffaflaşıb. Prezident İlham Əliyevin çıxışlarında QHT-lərə xüsusi diqqət ayrılması bizə əlavə ruh və motivasiya verir. Əminəm ki, gələcəkdə də QHT-lər dövlətin sosial siyasətinə mühüm töhfə verəcək."

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər