BAKU Azərbaycan
29.13 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbini bitirən polis kiçik leytenantlarının daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilməsi münasibətilə tədbir keçirilib.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Rəşad İsmayılov muхtаr rеspublikаda polis оrqаnlаrının mаddi-tехniki bаzаsının ən müаsir səviyyəyə çаtdırıldığını bildirib. Qeyd edib ki, istər nazirlik, istərsə də bütün ərаzi pоlis оrqаnlаrı üçün müasir iş şəraiti olan inzibаti binаlаr istifadəyə verilib, polisin fəaliyyəti yenidən qurulub. Həmçinin bu sahədə yeni qərarlar qəbul edilib, müşavirələr keçirilib, qarşıya mühüm vəzifələr qoyulub. Bu gün qarşıda duran mühüm vəzifələrdən biri də kadr hazırlığının yüksəldilməsidir. Bu tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması və məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir. Məktəb hüquq-mühafizə orqanlarının orta rəis heyətinə olan tələbatını ödəyir. Burada kursantların gələcəkdə səmərəli fəaliyyət göstərməsi üçün lazımi imkanlar mövcuddur. Tədris korpusunda auditoriyalar, elektron lövhəli siniflər, xüsusi hazırlıq fənləri üçün kabinələr, kompüter sinfi, kriminalistik laboratoriya və digər yaradılan infrastruktur kursantların daha yaxşı təhsil almasına şərait yaradır.

Bildirilib ki, ötən il orta ixtisas polis məktəbini 25 kursant bitirib və daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin ediliblər. Bu il isə məktəbi 30 kursant bitirib, 4-ü fərqlənmə diplomu alıb. Onlara polis kiçik leytenantı rütbəsi verilib. Bu gün orta ixtisas polis məktəbini bitirən 30 polis kiçik leytenantı müvafiq vəzifələrə təyin olunur. Onlar əsasən polis sahə inspektoru vəzifələrində xidmət aparacaqlar.

Nazir qeyd edib ki, polis sahə inspektorlarının fəaliyyəti yenidən qurulub, muxtar respublikada bir icra nümayəndəsi - bir sahə inspektoru prinsipi əsas götürülür. Bu sahədə müxtəlif tədbirlər həyata keçirilib, sahə inspektorlarına xidməti çantalar və planşetlər təqdim edilib.

Diqqətə çatdırılıb ki, yeni təyin olunan polis kiçik leytenantları xidməti fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, əhali ilə sıx təmasda olmalı, hüquqpozmalara meyilli şəxslər araşdırılmalı, qanunvericilikdə nəzərdə tutulan məsələlər dərindən öyrənilməli, polis sahə inspektorlarına köməkliklər göstərilməlidir.Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis kiçik leytenantlarına tövsiyələrini çatdırıb, onları vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb.

Tədbirdə polis kiçik leytenantları Ruzi Əhmədov və Samir Ələsgərov çıxış edərək minnətdarlıq ediblər.Sonra vəzifəyə yeni təyin olunan polis kiçik leytenantlarına xidməti çantalar təqdim olunub.

 

 

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər