BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Zafer Partiyasının sədri Ümit Özdağ bildirib: “Azərbaycan və Türkiyə yalnız eyni soydan gələn iki ölkə deyil. Eynizamanda, geosiyasi baxımdan bir-birini tamamlayan, uzunmüddətli ortaq maraqlara malik iki dövlətdir. Bu səbəbdənAzərbaycanla münasibətlərimizin pozulmasına çalışanlar, Türkiyənin də geosiyasi baxımdan zəifləməsinə çalışırlardeməkdir. Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”.

Özdağ verdiyi açıqlamada son dövrlərdə Türkiyə ilə Azərbaycan arasına nifaq salınmasına yönəlmiş cəhdlərdəndanışaraq, bu gərginliyə səbəb olan ilk əlamətlər ortaya çıxan andan etibarən, təxminən bir aydır ki, ictimaiyyəti buməsələ ilə bağlı məlumatlandırdığını, xəbərdar etdiyini və atılması zəruri olan addımlarla bağlı, eyni zamanda Türkdünyasının təəssübkeşi kimi öz qiymətləndirmələrini bölüşdüyünü bildirib.

Özdağ fikirlərini belə ifadə edib:

“Əgər xəbərdarlıqlarım vaxtında nəzərə alınsaydı və lazımi addımlar atılsaydı, vəziyyətin bu həddə çatmasının qarşısınıalmaq mümkün olardı və Azərbaycan Prezidenti iştirak etmədən Türk Dünyası Zirvəsinin keçirilməsi vəziyyəti iləüzləşməzdik. Lakin yol verilmiş səhvləri düzəltmək üçün hələ də gec deyil. Azərbaycanda 29 Oktyabrın böyük coşqu iləqeyd edilməsi və Azərbaycan Prezidentinin Respublika Günü münasibətilə ünvanladığı təbrik mesajında Türkiyə-Azərbaycan strateji tərəfdaşlığına güclü vurğu etməsi Azərbaycan rəhbərliyinin Türkiyəyə qarşı narazı olmadığını vədialoqa açıq olduğunu göstərir.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident Ərdoğanın Azərbaycanın xarici işlər naziriCeyhun Bayramova göstərdiyi xüsusi diqqət və verdiyi səmimi mesajlar da yerində idi. Xüsusilə Prezident Ərdoğanın“Türk dünyasının ailə fotosunda ayrılığa yer yoxdur. Əzəldən-əbədə qədər qardaşıq” sözləri doğru və mənalı mesajdır.

Onsuz da Türkiyə ilə Azərbaycan arasında qalıcı bir problemin olması da düşünülə bilməz. Mövcud siyasi şəraitdənqaynaqlanan bəzi məsələlər, yanlış anlaşılmalar və fanatik şəxslərin açıqlamaları müvəqqətidir, onların təsiri çox çəkməz.

“AZƏRBAYCANIN QARDAŞIMIZ OLDUĞU QƏDƏR MÜSTƏQİLDÖVLƏT OLDUĞU DA DƏRK EDİLMƏLİDİR”

Türkiyə-Azərbaycan münasibətlərində gec-tez sağlam düşüncə və qardaşlıq qalib gələcək. Lakin bunun baş verməsi üçün,əlbəttə, heç birimizin unutmamalı və dərs çıxarmalı olduğu bəzi mühüm məqamlar var.

Birincisi, Azərbaycanın qardaş ölkə olduğu qədər müstəqil dövlət olduğu da dərk edilməlidir. Azərbaycan öz daxiliişlərini özünün uyğun bildiyi şəkildə tənzimləyir. Xarici əlaqələrində də öz maraqları istiqamətində istədiyi dövlətləəməkdaşlıq etmək onun ən təbii haqqıdır. Biz Azərbaycanın dəyərini üçüncü bir ölkə ilə münasibətlərinə görə müəyyənetmirik. Əksinə, üçüncü ölkələrin dəyərini Azərbaycanla münasibətlərinə görə müəyyən edirik.

İkincisi, Qarabağ Zəfəri Azərbaycan xalqının və ordusunun qələbəsidir. Qarabağ müharibəsini əvvəldən axıra qədəryaxından izləmiş biri kimi bildirmək istəyirəm ki, Azərbaycan əsgərinin bu müharibədə göstərdiyi cəsarət və qəhrəmanlıqyaxın dövrün dünya hərb tarixinə damğa vuracaq səviyyədədir. Xüsusilə sıldırım dağlarla əhatə olunmuş Şuşanın azadedilməsi filmlərə mövzu olmağa layiq dastansı qəhrəmanlıq hekayəsidir.

“TÜRK RESPUBLİKALARI İLƏ BAĞLIQİYMƏTLƏNDİRMƏLƏRİMİZİ DƏ DƏYİŞMƏLİYİK”

AK Parti iqtidarı 24 illik hakimiyyəti dövründə ən doğru qərarlarından birini verərək Qarabağ müharibəsindəAzərbaycana güclü dəstək göstərib. Mən bu barədə indiyədək həmişə müsbət fikirlər bildirmişəm. Əslində, bu, həm milli,həm də siyasi baxımdan onsuz da atılmalı olan addım idi.

Deməli, bu qələbədə bizim də payımız varsa, bu, bizim üçün yalnız qürur mənbəyidir. Nitekim Azərbaycan xalqı vərəhbərliyi də qələbənin qürurunu bizimlə səxavətlə bölüşüb. Qələbə tədbirlərində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyəbayrağı da dalğalandırılıb.

Qələbədən sonra Azərbaycan 10 noyabrda keçirilməsi nəzərdə tutulan Zəfər Bayramının tarixini “Atatürkün vəfatınınildönümündə bayram qeyd edilməz” deyərək 8 noyabra dəyişib, Prezident Ərdoğanı da fəxri qonaq kimi ən hörmətliyerdə qəbul edib. Bütün bunlar Azərbaycan xalqının və rəhbərliyinin qələbənin əldə olunmasında göstərdiyimiz dəstəyənə qədər minnətdar olduğunun göstəricisidir.

Bundan artığını istəmək nə doğru, nə də ədalətlidir.

Üçüncüsü, həm Azərbaycan, həm də digər Türk respublikaları ilə bağlı qiymətləndirmələrimizi dəyişməliyik. Türkiyədəbu mövzuda aparılan müzakirələr təəssüf ki, əksər hallarda qardaşlıq və pafoslu vətənpərvərlik ritorikası səviyyəsindəqalır.

“TÜRK RESPUBLİKALARININ GEOSİYASİ REALLIĞIBİZİMKİNDƏN FƏRQLİDİR”

Azərbaycanın və digər Türk respublikalarının tarixini, siyasi sistemlərini, ictimai quruluşlarını, geosiyasi mövqelərini vəehtiyaclarını bilmədən, bunları nəzərə almadan aparılan pafoslu müzakirələr bizi reallıqdan uzaqlaşdıra bilər.

Hər bir Türk respublikasının geosiyasi reallığı bizimkindən fərqlidir. Dost və düşmən anlayışları, təhdid qavrayışları vəəməkdaşlıq ehtiyacları bir-birindən fərqlənir. Bunların heç biri ilə bağlı “Sən niyə bu ölkə ilə əməkdaşlıq edirsən və yaetmirsən?” demək haqqına sahib deyilik.

Dördüncüsü, Azərbaycan da daxil olmaqla, bütün Türk respublikaları müstəqilliklərinə, suverenliklərinə və milliqürurlarına bizim qədər bağlıdırlar. Çünki onlar da türkdürlər. Bu səbəbdən Türk respublikalarına münasibətimizdə sevgivə qardaşlıq duyğuları ilə yanaşı, hörmət və anlayış hisslərinə də yer verməliyik.

Eyni zamanda, xarici siyasətin yalnız emosiyalar əsasında deyil, rasional yanaşma və qarşılıqlı maraqlar əsasında idarəedilməli olduğunu da dərk etməliyik.

Beşincisi, Azərbaycan və Türkiyə yalnız eyni soydan gələn iki ölkə deyil. Eyni zamanda, geosiyasi baxımdan bir-birinitamamlayan, uzunmüddətli ortaq maraqlara malik iki dövlətdir. Bu səbəbdən Azərbaycanla münasibətlərimizinpozulmasına çalışanlar, Türkiyənin də geosiyasi baxımdan zəifləməsinə çalışırlar deməkdir.

Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil. Sosial şəbəkələrdəAzərbaycan əleyhinə danışan və yazan şəxslərin hesablarına daxil olub paylaşımlarına baxın. Bu şəxslərin Türkiyə,Cümhuriyyət və Atatürk haqqında bircə müsbət paylaşımına belə rast gəlməzsiniz.

“BİR İNSANIN ŞKTC-YƏ VƏ TÜRK RESPUBLİKALARINAMÜNASİBƏTİ BİR LAK MUS KAĞIZIDIR”

Azərbaycanla aramıza salınmaq istənilən nifaqın aradan qaldırılması mümkündür və hətta heç də çətin deyil. Bunun üçünPrezident Ərdoğan və Prezident Əliyev tərəfindən atılacaq bir neçə addım kifayət edəcək.

İlk növbədə, iki qardaş ölkə arasında nifaq salan şəxslərə və sosial media hesablarına qarşı qanunvericiliyin nəzərdətutduğu hüquqi tədbirlər görülməlidir.

Hər iki ölkənin rəhbərliyindən və parlamentlərindən qardaşlığımızı və strateji tərəfdaşlıq münasibətlərimizi vurğulayansəmimi mesajların verilməsi aradakı incikliyin aradan qaldırılmasına töhfə verəcək.

Son olaraq, Prezident Ərdoğanın noyabrın 8-də Bakıda keçiriləcək Zəfər Bayramı tədbirlərində iştirak etmək üçünAzərbaycana səfər etməsi, ölkəmizə dəstəyimizi və strateji müttəfiqliyimizə sadiqliyimizi vurğulaması böyük fayda verər.

“Azərbaycanın dünyada yeganə həqiqi ailəsi Türk dünyasıdır” deyən Prezident Əliyevin Prezident Ərdoğanı ZəfərBayramı tədbirlərinə dəvət edəcəyinə inanıram.

Əziz vətəndaşlarım, bunu heç vaxt unutmayın: bir insanın Azərbaycana, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) vəTürk respublikalarına münasibəti bir lakmus kağızıdır. Bunlar haqqında pis danışan şəxs Türkiyənin və Türk millətinindostu ola bilməz.
Azərbaycan bizim can qardaşımızdır və əbədi olaraq belə qalacaq”.

Ankaheber.net

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər