BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

"Rusiya ilə Ukrayna arasında gedən müharibə yalnız iki ölkə üçün deyil bütün dünya dövlətlərinə mənfi təsir göstərməkdədir. Buna görə də yaxşı olardı ki, həm beynəlxaq təşkilatlar həm də dünyanın böyük dövlətləri  bu müharibəni dayandırılması ilə bağlı konkret addımlar atsın".

"Xeber 7" məlumat verir ki, bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, əslində bu müharibənin başlaması və bu vaxta kimi davam etməsi, bu qədər mülki vətəndaşın həlak olması, yaralanması, şəhərlərin viran qalması faciədir: "Analiz etsək görəcəyik ki, bu müharibənin başlanması və davam etməsi nə Rusiyaya nə də Ukraynaya sərf edir. Hazırda müharibənin dayanmasını lazım bilməyən qüvvələr bu münaqişəni başladan və indi də davam etdirənlərindir! Əziyyət çəkənlər isə mülki vətəndaşlar, həlak olan əsgərlərin ailə üzvləri, müharibədən mənfəət qazananlar isə qeyd etdiyimiz kimi münaqişəni başladanlardır. Əslində bu proses bizə yad deyil, çünki 30 ildən çox bir dövrdə biz də ikili siyasətdən və məkirli siyasi planlardan əziyyət çəkmişik. Açığını desək hələ də ölkəmiz üçün bu məkirli siyasi oyunlar davam edir. Ancaq bizim uğurumuz ondadır ki, dövlətimizin başcısı cənab İlham Əliyevdir! Hansısa bir xarici gücün hesabına deyil, öz xalqının dəstəyi və etimadı ilə hakimiyyətə gəlib və bu gündə xalq ətrafında sıx birləşib. Bu cür xalq-hakimiyyət birliyi hər ölkəyə nəsib olmur. Ona görə də əminliklə deyə bilərəm ki, Prezident cənab İlham Əliyev atmış olduğu qətiyyətli addımların gücünü məhs xalqdan alır! Hesab edirəm ki, hər bir ölkə rəhbəri idarəçilikdə xalqın güvənərək, onu düşünərək addımlar atmalıdır, hansısa xarici gücə arxalanıb addımların atılması ölkəni fəlakətə gətirib çıxardır. Bu gün dünyada müxtəlif proseslər gedir, bu həm siyasi, həm iqtisadi, həm informasiya, həm də hərbi sahədə özünü göstərir. Bu gün Rusiya-Ukrayna müharibəsinin də xalqlar arasında getmədiyini və müxtəlif mənafelər və siyasi, iqtisadi oyunların nəticəsində baş verdiyinin şahidiyik.

Bu müharibənin payız aylarında dayanması gözlənilir, ona görə ki, bilirsiniz Avropanın qaza olan ehtiyacının böyük bir hissəsini Rusiya qarşılayır, böyük güclər də çox güman ki, qış aylarında avropa dövlətlərinin qaza olan tələbatını nəzərə alaraq müharibənin dayanması ilə bağlı əməli addımlar atacaqlar. Ancaq onu da qeyd edək ki, hər iki ölkənin xalqları arasına səpilmiş bu zəhər toxumları hələ uzun illər bəlkə də əsirlər boyu xalqların biri birinə olan münasibətinə təssüflər olsun ki, özünü büruzə verəcəkdir".

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər