BAKU Azərbaycan
30.38 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Nihad İbadov: "Böyük uğurlar əldə etmək üçün kiçik uğurlardan başlamaq lazımdır"

Sumqayıtdakı Buta Gənclər Klubunun yetirməsi Nihad İbadovun 14 yaşı tamam olub. Gənc karateçi Nihadın bu az yaşında bir çox uğurları olub. Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olan Nihadın bacısı Nuray və qardaşı Mayıl İbadovlar da karate idman növü ilə məşğul olurlar. Nihad İbadovun saytımıza müsahibəsini təqdim edirik.

 

 -İdman sahəsində qazandığın uğurlarına görə özünü kimə borclu hesab edirsən?

- 7 ildən artıqdır ki, idmanın karate növü ilə məşğul oluram. Bu sahədə bir çox uğurlar qazanmışam. İlk növbədə cənab Prezident İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram. Eləcə də Gənclər və  İdman naziri Fərid Qayıbov, federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkür edirəm. Qazandığım uğurlara görə, müəllimim, dünya çempionu, Avropa çempionu Pərviz Quliyevə borcluyam. Bir müəllim kimi onun mənim üzərimdə əziyyəti böyükdür. Pərviz müəllimin verdiyi bütün məsləhət və tapşırıqlara əməl edirəm. Məşqlərdə mütəmadi iştirak edirəm. Yarışlarda qələbə qazanmağımda Pərviz müəllimin böyük zəhməti var. Bütün bunlara görə müəllimim Pərviz Quliyevə ömür boyu minnətdaram. Allah onu qorusun!

 

-Ümumiyyətlə, əldə etdiyin uğurlarından razısanmı? Yəni daha çox uğurlar qazana bilərdinmi? 

-Bu yaşıma görə qazandığım qələbələr az olmayıb. 2019-cu ildə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında həm qızıl, həm bürünc medal, 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında yenə də həm qızıl, həm bürünc medal qazanmışam. Bundan əlavə ölkəmizdə keçirilən bir çox beynəlxalq və yerli yarışlarda iştirak edib, nəticələr vermişəm. Bəli, daha da böyük uğurlar qazana bilərdim. İnsanlar bir anda daha böyük uğurlar əldə etmək istəyirlər. Böyük uğurlar əldə etmək üçün kiçik uğurlardan başlamaq lazımdır. İlk öncə ilk addımı atmalısan ki daha sonra irəliləyə biləsən. Mən hər zaman uğursuzluğum olduqda daha çox çalışaraq, böyük uğurlar əldə etmək üçün çalışıram. Səbrim və əzmkarlığımla daha böyük uğurlar qazanacağıma inanıram. 

 

-Səncə, yaşından aslı olmayaraq hər bir idmançını qələbəyə aparan yol nədən keçir?

-Əvvəlcə onu deyim ki, yaşından asılı olmayaraq idmançı ciddi şəkildə öz məqsəd və istəklərini həyata keçirmək, ən yüksək pilləyə qalxmaq məqsədini qarşısına qoymalıdır. Yəni mütləq öz üzərində işləməlisən. Yeni texniklar, yeni taktiklara öyrənməsən , sabah yarışlarda məğlub ola bilərsən. Həmçinin uğur qazanmaq üçün idmançı məşq etdiyi insanlara da diqqət yetirməlidir. Yaxşı, perspektivli idmançı sizi hər bir başladığınız işdə dəstəkləyəcək, əlindən gəldiyi qədər sizə kömək edəcək. Əksinə pessimist, həyatda heç bir uğur qazanmayan və qarşısında məqsədi olmayan idmançı planlarınızın alt-üst olacağını deyib mənfi fikirlər yaradacaq, sizi gördüyünüz işdən soyudacaq. İdmançı uğur qazanması üçün vaxt və enerji sərf etməlidir. 

 

-Döyüşdə rəqiblərinin əsas hansı cəhətlərinə üstünlük verirsən? 

-Yarışa qatılılırıqsa, tatamiyə çıxıbsa artıq mənim rəqibimdir. Yaşıdlarım arasında kifayət qədər güclü idmançılar var. İdmançı üçün əsas şərt onun təcrübəsidir. Ola bilər ki, rəqibin 14-15 yaşı var, ancaq bu yaşa qədər 100-150 döyüş keçirib, təcrübə qazanıb. Belə idmançılar ilə döyüşmək çox çətindir. İdmançı da var 14-15  yaşı var, az döyüş keçirib, belələri ilə döyüş keçirmək çox rahatdır.

 

-Qarşıda əsas gözlənilən yarışın hansıdır?

-Əsas yarışlarımızdan biri avqust ayının 27-28 Bakıda keçiriləcək "Olimpiya Ümidləri" olacaq. Ondan sonra qarşıdan noyabr ayında Respublika çempionatı keçiriləcək. İnşallah, bu yarışlarda da iştirak edib, uğurlu nəticə əldə edərəm.

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər