BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində monoetnik Ermənistan dövləti yaradılıb. Azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar isə dağıdılıb. Bir sözlə, Ermənistan həm azərbaycanlılara, həm də Azərbaycan mədəniyyətinə qarşı soyqırımı aktı törədib. Təəssüf ki, fəaliyyətini humanitar siyasət üzərində quran bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın tarixi-mədəni abidələrini yerlə-yeksan etməsinə susqunluq nümayiş etdirir, bu günə qədər həmin məsələyə münasibət bildirməyib.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.Hüquq müdafiəçisi bildirib ki, humanitar siyasətlə məşğul olan beynəlxalq təşkilatlar mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədinə xidmət edirlər. Əslində, belə qurumlar millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edirlər. Təbii ki, yeni nəslə sülh və insanlıq sevgisi vermək şübhəsiz ki, mədəniyyət və elm yolu ilə mümkündür. Mədəniyyət və elm insanlığa doğru yol göstərir. Dünyanı sülhə, insanlığa xoşbəxtliyi gətirəcək yol, azadlıq, mədəniyyət və elm yoludur: “göründüyü kimi, belə beynəlxalq təşkilatların proqramında necə xeyirxah, sülhməramlı, xalqlar arasında dostluq münasibətlərini yaxşılaşdıran, bu yolda bütün vasitələrdən yararlanmaq kimi gəlişi gözəl sözlər, ifadələr var. Bu proqramda millətlərarası ayrı-seçkilik, xüsusilə dini zəmində fərqləndirmə barəsində bir kəlmə də yoxdur. Ancaq Ermənistanın soydaşlarımıza və tarixi-mədəni abidələrimizə qarşı törətdikləri vandal aktlarına qarşı ciddi tədbir görən beynəlxalq təşkilata rast gəlmədik.Ç.Qənizadə deyib ki, Ermənistanda monoetnik dövlət yaradılandan bəri təkcə həmin torpaqlardan azərbaycanlılar köçürülməyib. Eyni zamanda, İslam dini ilə bağlı müqəddəs abidələrimiz, məscidlər, mədrəsələrin əksəriyyəti imkan düşdükcə ermənilər tərəfindən dağıdılıb. İrəvan şəhəri daxil olmaqla, Qərbi Azərbaycan torpaqlarında kifayət qədər dini-tarixi abidələr var idi. Onlar bununla da kifayətlənmədilər. Saxtakarlığa əl ataraq həmin torpaqlarda olan alban abidələrini erməniləşdirməyə başladılar. Alban abidələri ermənilərin qədim tarixi kimi təqdim edildi. Lakin bu, əbədi ola bilməzdi. Ancaq işğalçı ölkəyə elə gəlirdi ki, işğal etdikləri Azərbaycan ərazilərində havadarlarının köməyi ilə əbədi məskən salacaqlar. Bundan istifadə edib mədəni abidələrimizi yer üzərindən silmək istəyirdilər.Hüquq müdafiəçisi Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 1990-cı illərdən sonra geniş vüsət aldığını, işğal dövründə həmin ərazilərdəki vandalizmlə paralel aparıldığını bildirib. Deyib ki, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı erməni faşizmi məqsədyönlü dövlət siyasəti aparıb: “Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan ordusu Azərbaycanın misilsiz mədəniyyət abidələrini məhv etmişdir. Bunu faktlar da təsdiqləyir: “Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292 və yerli əhəmiyyətli 330 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 min 200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır.

Komitə sədri Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərə səfər edən xarici jurnalistlər, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrinin gördüklərindən dəhşətə gəldiyini vurğulayıb. Bununla yanaşı, İrəvanda Azərbaycan irsi dağıdılmış, toponimlərimiz məhv edilmiş, Azərbaycana məxsus mədəniyyət abidələri ya yerlə-yeksan edilmiş, ya da erməniləşdirilmişdir.

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər