BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

20 avqust 2022-ci ildə Azərbaycanda cüdonun 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Zaqatala şəhərində cüdo üzrə ustad dərsi keçirilib. Azərbaycan Cüdo Federasiyasının (ACF) və Zaqatala rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi tədbirdə Zaqataladan olan cüdoçularla yanaşı Şəki, Qəbələ, Qax, Balakən rayonlarından gələn idmançılar da iştirak edib. 

Böyük marağa səbəb olan tədbiri giriş sözü ilə açan ACF Prezidentinin müşaviri Natiq Bağırov bildirib ki, Azərbaycanda cüdonun kütləviləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək Federasiyanın əsas məqsədlərindən biridir. Eyni zamanda N.Bağırov Azərbaycanda cüdonun inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib və bölgələrdə, o cümlədən Zaqatala rayonunda ACF tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə də məlumat verib. 

Daha sonra ustad dərsi çərçivəsində ACF Prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov və V İslam Həmrəyliyi Oyunlarının komanda yarışlarının qızıl medalçısı İbrahim Əliyev müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini yeniyetmə və gənc cüdoçulara, həmçinin Zaqatala şəhərinin sakinlərinə nümayiş etdiriblər. Onlar cüdonun fəlsəfəsi, mahiyyəti və kəmər bağlamaq qaydaları haqqında ustad dərsi iştirakçılarına geniş məlumat veriblər. Cüdo fəndlərinin göstərilməsində Zaqataladan olan cüdoçularla yanaşı ətraf rayonlardan gələn idmançılar da iştirak edib. Bu praktik cüdo fəndlərinə maraq göstərən Zaqatala sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub. 

Xatırladaq ki, bundan öncə Azərbaycan Cüdo Federasiyası ölkəmizdə cüdonun 50 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Gəncə şəhərində də ustad dərsi təşkil etmiş və yaxın gələcəkdə ölkəmizin digər şəhər və regionlarında da analoji tədbirlərin həyata keçirilməsini planlaşdırır.

ACF tədbirin təşkilində göstərilən dəstəyə görə Zaqatala rayon İcra Hakimiyyətinə və şəxsən İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə, Zaqatala rayon Gənclər və İdman İdarəsinə və şəxsən idarə rəisi Araz Əliyevə öz təşəkkürünü bildirir.

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər