05.09.2022 / 19:26
Türkiyə Respublikasının Baş Qərargah rəisi ölkəmizdə səfərdədir
Sentyabrın 5-də Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ölkəmizə səfər edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.