Dünya
10.09.2022 / 18:20
TBMM sədri koronavirusa yoluxdu
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop koronavirusa yoluxub.
“Xeber7" məlumat verir ki, bu barədə o, Tviter hesabında məlumat yayıb. Şentop bildirib ki, Covid-19 testinin nəticələri pozitiv çıxıb:
“Kovid testim müsbət çıxdığı üçün KKTC Parlament sədri cənab Zorlu Töre və onu müşayiət edən heyətlə keçirməyi planlaşdırdığımız görüşü telefonla gerçəkləşdirdik. İkitərəfli əlaqələrimizi, regional prosesləri və parlamentlərarası əməkdaşlığımızı müzakirə etdik”.