BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ermənistan Praqada sülh üçün məcburi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanatı qəbul etdi

 Hazırda Azərbaycan dövlətinin yürütdüyü daxili və xarici siyasət beynəlxalq aləmin diqqət mərkəzindədir. Artıq beynəlxalq arenada Azərbaycanın mövqeyi möhkəmlənib. Prezident İlham Əliyevin diplomatik səriştəsi və qolbal məsələlərlə bağlı irəli sürdüyü təşəbbüslər Azərbaycanın nüfuzunu daha da yüksəklərə qaldırıb. Bu baxımdan Azərbaycan dövlətinin Prezidenti olaraq İlham Əliyevə xüsusi simpatiya var. Biz bunun Sofiya və Praqa görüşlərində bir daha şahidi olduq. Sofiyada dövlətimizin başçısı haqqında deyilən qürurverci sözlər Praqada ona qarşı olan münasibətdə bir daha açıq-aydın görünürdü. Elə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Çex Respublikasının Baş naziri Petr Fialan tərəfindən Praqaya- “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması da bu rəğbətdən irəli gəlir. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında səmərləri və faydalı əməkdaşlığın perspektiv inkişafının göstəricisidir. Prezident İlham Əliyevin  Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində dediyi kimi, Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır: “İlk növbədə, enerji sahəsində. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. 
Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb”. 
 Göründüyü kimi, Avropa son zamanlar Azərbaycana qarşı müsbət şəkildə meyilli siyasət aparır. Əslində, bir növ, Avropa liderləri Azərbaycana geosiyasi olaraq ümid yeri kimi baxırlar. Maraqlı bir siyasi paradoks yaranır: bir vaxtlar Azərbaycanın Avropaya inteqrasiya olunması məsələsi gündəm idi. Lakin Avropanın demokratik olaraq göstərdiyi qeyri-səmimilik, xüsusən Qarabağ məsələsində ikili standart mövqe sərgiləməsi qəbuledilməz idi. Bu gün isə belə desək, Avropa Azərbaycana inteqrasiya etməyə çalışır. Azərbaycan hər zaman Avropaya, ümimiyyətlə beynəlxalq əməkdaşlıqda səmimilik və dostluğa, eyni zamanda siyasi dialoqa üstünlük verir. Görünür, buna görədir ki, Azərbaycan Avropa üçün arzuolunan və etibarlı tərədaş dövlətdir. Bu gün beynəlxaq arenada Azərbaycana inam və etimad var. Bütün bunlar da cənab Prezidentin apardığı düşünülmüş xarici siyasətin, eləcə də ali dəyərlərə xas olan şəxsi keyfiyyətlərinin nəticəsində əldə olunub.
 Praqa görüşləri Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması prosesində dönüş nöqtəsi oldu. Ermənistan hər zaman regionda sabitliyin pozulmasına çalışıb. İllərdir Ermənistanın sülh danışıqlarına məhəl qoymaması elə bu işğalçı ölkənin özü üçün mənfi sonluqla, 44 günlük Vətən müharibəsində məğlubiyyətlə  nəticələndi. Təəssüf ki, bu gün də rəsmi İrəvan sülhün əleyhinədir. Ermənistan nə qədər təxribatlar edib bu prosesə maneə olmağa çalışsa da, Praqa da sülh üçün məcburi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanatı qəbul etdi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Bu, cənab Prezidentin “dəmir yumruq” siyasətinin uğurlu nəticəsidir. Dövlətimizin başçısının dimplomatik çevikliyi və qətiyyəti sayəsində Ermənistanın baş naziri Nikol Paşiyan dalana dirənmiş formada qaldı. Praqadakı dördtərəfli görüş sülh üçün atılan mühüm addım olaraq qiymətləndirilməlidir.  Adətən Qarabağ məsələsinin nizamlanması prosesində liderlərin üçtərəfli görüşü olmuşdur. Belə ki, Vətən müharibəsindən sonra Moskvada və Brüsseldə bir neçə dəfə üçtrəfli görüşlər keçirilmişdir. Bu görüşlərdə mərhələli şəkildə sülhə yaxınlaşma olmuşdu. Praqdakı görüşlərdə Ermənistandan başqa, tərəflərin mövqeyi üst-üstə düşürdü. Belə bir məqamda Paşinyan üç liderin mövqeyinə qarşı gedə bilmədi. Aciz duruma düşən Paşinyan sülhə məcburi şəkildə gəldi. Bununla dövlətimzin başısının Praqada dediyi “sülhə yavaş-yavaş yaxınlaşırıq” fikri özünü doğruldur. 
Diqqət çəkən məqam, Azərbaycan Prezidentinin bu görüşlərdə möveqyinin öndə və mərkəzdə olması idi. Hər zamanki, kimi cənab Prezident Praqa görüşlərində də söz sahibi və haqlı olduğunu sübut etdi. Azərbaycanla Ermənistan arasıda sülh danışlarının aparılması istiqamətində Praqa görüşlərində əldə olunan nəticələr dövlətimizin diplomatik uğurunun təntənəsidir. Praqa görüşləri və qəbul olunmuş Bəyanat sülh üçün normallaşma prosesini daha da sürətləndirəcək. Sülh müqaviləsinin imzalnmasında əsas çətin durum yaradan sərhədlərin delimitasiya olunması, eləcə də Zəngəzur dəhlizinin yaranması məsələsinin Ermənistan-Azərbaycan sərhədinə Aİ-nin mülki missiyasının göndərilməsi ilə daha tez həll olunmasına ümid yaradır.

 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, jurnalist Fuad Hüseynzadə

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər