BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 Azərbaycan dövlətinin şəhərsalma və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində yürütdüyü siyasət təqdir olunur    

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra qarşılaşdığımız ən ağrılı hadisə erməni vandallarının işğal altında olan rayonlarımızda etdikləri dağıntıları görmək oldu. Ermənistanın milli-mədəni abidələri, yaşayış məskənlərini dağıntılara məruz qoyması dünyada tayı-bərabəri olmayan vandalizm aktıdır. Elə şəhər və kəndlər var ki, yerlə yeksan olunub. İnsanlar öz ata-baba torpaqlarına, böyüyüb boya-başa çatdıqlara yerlərə gedib öz evlərini belə, tapa bilmirlər. Əlbəttə ki, bu, hər bir Azərbaycan vətəndaşına böyük acı verir…Hazırda Azərbaycan dövləti sürətli şəkildə işğaldan azad olunan rayonlarda abadlıq-quruculuq işləri həyata keçirir. Prezident İlham Əliyev mütəmadi şəkildə bu rayonlara səfər edərək yeni-yeni obyektlərin təməlqoyma mərasimində iştirak edir. Artıq bəzi dövlət əhəmiyyətli obyektlərin işğaldan azad olunan rayonlarda ölkə başçısının iştirakı ilə açılışı olub. Xüsusən yeni yol və tunellərini çəkilişi, Füzuli Beynəlxalq Hava Limanının, bir neçə hərbi hissələrin açılışı mühüm əhəmiyyət daşıyır. Bütün bunlar strateji əhəmiyyət daşıyan obyektlərdir. Və bununla Azərbaycan Qarabağda müasir şəhərsalma işini həyata keçirir. Bu istiqamətdə dövlətimiz beynəlxalq təcrübəni də öynəyir. Eyni zamanda beynəlxalq aləmin işğaldan azad olunan rayonlara diqqətini çəkmək üçün bu torpaqlarda forum və konfranslar da keçirilir. Bu baxımdan oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi diqqət çəkir.
Bildiyimiz kimi, Ümumdünya Şəhər Forumu BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir. Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev təşəbbüs irəli sürmüşdür ki, Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə Azərbaycan ev sahibliyi etməyə hazırdır. Məhz Prezident İlham Əliyevin təklifi əsasında Azərbaycan Milli Şəhərsalma Forumu Ağdamda təşkil edilib. Cənab Prezident açılış mərasimində çıxışında Ermənistanın Qarabağ regionunda apardığı dağıntılara geniş yer verib. Ölkə başçısı qeyd edib ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb: “30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”.
2020-ci il noyabrın 10-da məğlub Ermənistanın kapitulyasiya aktını imzalmasına baxmayaraq,  yenə də hərbi cinayət və təxribatlarını davam etdirir. Dövlətimizin başçısı bu məsələyə də toxunaraq konrans iştirakçılarına Ermənistanı bir daha ifşa edib. “Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir”,-deyə cənab Prezident öz fikirlərini əsaslandırıb. Vətən müharibəsidən sonra erməni terroru nəticəsində yüzlərlə soydaşımız şəhid olub. 13  sentyabr təxribatları bunun əyani sübutudur. Bununla Ermənistan yenə də heç bir beynəlxalq qanun və normalara məhəl qoymur və sülhün yaranması, iki ölkə arasında münasibətlərin normallaşması prosesini pozamğa çalışır. 
Çox müsbət haldır ki, Qarabağ regionunda keçirilən belə forumlarda əcnəbi qonaqlar vandalizm faktları ilə birbaşa tanış olurlar. Elə 400 nəfərdən çox əcnəbi qonağın iştirak etdiyi Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi də bu baxımdan önəmlidir. Cənab Prezident də öz çıxşanda qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür: “İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi”.
Bu gün Azərbaycan dövlətinin işğaldan azad olunan rayonlarda həyata keçirdiyi şəhərsalma işi təqdir olunur. Forumda iştirak edən qonaqlar Prezident İlham Əliyevin Qarabağın dirçəlişi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirirlər. Qarabağda qısa müddət ərzində aparılan bərpa-quruculuq işləri qonalarda böyük təəssürat yaradıb. Bütün bunlar da Azərbaycan dövlətinin postmünaqişə dövrünün tərkib hissə olaraq şəhərsalma və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində yürütdüyü siyasətin uğurudur.    


Rüstəmova Aybəniz Vilayət qızı, 
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər