BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bu gün Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı təşkil edilmiş belə proseslər Avropa Şurasının, eləcə də bütövlükdə Avropanın mənafeyinə ziddir. Əslində, ilk növbədə, elə Ermənistanın maraqlarının əleyhinədir. Feyk foto və videolardan tutmuş, müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında Azərbaycana qarşı başladılan bu kampaniya bir çirkli ssenaridir. Bütün bunların uğursuz tamaşa olduğunu hər kəs aydın görür. Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin etmək istiqamətindəki rolu və əhəmiyyəti son dövrlərdə kəskin şəkildə artıb. Ermənistanla Azərbaycan arasında yekun sülh razılaşmasının əldə olunması istiqamətində intensiv iş gedir. Artıq Fransanın və Avropa İttifaqı Şurasının prezidentləri vasitəçilik missiyası ilə ən aktiv şəkildə bu prosesdədirlər. Elə onların və Ermənistanla Azərbaycan rəhbərlərinin ötən həftə baş tutmuş görüşü də buna əyani sübutdur.Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun payız sessiyasında “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, xüsusilə mülki yaşayış məntəqələrinə və infrastruktura zərbələr” adlı cari məsələyə dair müzakirələrdə çıxışında söyləyib.Proseslər belə bir məcrada getdiyi halda qəfildən stəkanda fırtına yaratmaq nəyə xidmət edir? Niyə Azərbaycana qarşı bu çoxistiqamətli, həm də iftiraya, yalana, saxtakarlığa əsaslanan həmlələr edilir? Həm də niyə bu taetrlaşdırılmış siyasi oyun məhz indi baş verir? kimi sualların cavabının sadə olduğunu deyən R.Hüseynov bildirib ki, həmin sadə cavablar digər “Bütün bunlar kimin marağındadır?” sualı ilə bilavasitə bağlıdır. Qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın verə biləcəyi töhfələrə qarşı belə siyasi iftiralar təkcə Azərbaycan əleyhinə işləmir. İlk növbədə, elə Avropaya qarşı fitnəkarlıqdır. Guya Ermənistanın halına yanan və belə qondarma yollara əl atanlar, əslində, Ermənistanın və erməni xalqının əleyhinə işləyirlər. Məcburən ya bilməyərəkdən, yaxud səhv yönəldilərək bu xəstə axına qoşulanlar arasındakı erməni deputatlar, əslində, özlərinin milli maraqlarına əks getdiklərini niyə dərk etmək istəmirlər? Əksinə, düzgün olmayan impulsiv davranışları ilə araqarışdıranların işinə rəvac verirlər. Özünün Azərbaycana qarşı 30 illik təcavüzkarlıq stajı olan ölkənin indi öz torpaqlarını azad etmiş Azərbaycana işğalçı deməsi gülməlidir.“Təxribat məqsədilə Azərbaycana qarşı silahlı hücumlar edən və hələ delimitasiyası aparılmamış həmsərhəd bölgələrdə ağır məğlubiyyətə düçar olan Ermənistan, hadisələrin mahiyyətindən bixəbər olanları inandırmağa çalışır ki, guya onların “torpağı” zəbt edilib. Həmin uydurmanı daha geniş çərçivədə tirajlamaq üçün səy göstərirlər. Assambleya rəhbərliyinə bu barədə məktub göndərir və ardınca da təzyiqə keçirlər. Eyni məktubu Assambleya rəhbərliyinin nə qərara gələcəyini gözləmədən siyasi qruplara, bütün komitələrə yollayırlar. Çünki hazırda Azərbaycana qarşı canfəşanlıq edən şəbəkənin məqsədi məhz indiki dövrdə bacardıqca gərginliyi artırmaqdır. Tapşırıq belə verilib. Ssenaridə belə yazılıb. Assambleyada eyni tora düşənlərə müraciət edirəm. Heç vəchlə yol verməyin ki, sizi siyasət şahmatının qara işləri yerinə yetirən piyadalarına çevirsinlər. Onsuz da bu başladılan çürük kampaniya da lap tezliklə iflasa uğrayacaq. Feyk informasiya şəbəkəsi darmadağın ediləcək. Azərbaycanın heç bir ölkəyə qarşı torpaq iddiası yoxdur. Ermənistanın 30 il ərzində işğal altında saxlayaraq xarabalığa çevirdiyi, indi azad etdiyimiz torpaqlarımıza yenidən həyat verməyimizə, o yerləri dirçəltməyimizə mane olmayın. Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesini pozmayın. Yaxınlaşan böyük sülhün qarşısını almayın. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verəcəyi faydaların əngəllənməsinə gətirib çıxaran hərəkətlərdən çəkinin”, - deyə avropalı parlamentariləri rasional olmağa çağırıb.

Vurğulayıb ki, yüzlərlə qondarma məktub və feyk videolar, fotolar, riyakar bəyanat və çıxışlar həqiqətin qarşısında acizdir. Qalib Azərbaycanı böyük yolundan heç bir qüvvə döndərə bilməz. Belə hərəkətlər bu yalana və saxtakarlığa dəstək olan hər kəsin, eləcə də Assambleyanın nüfuzuna xələl gətirir. Belə təhriklərə uyub düz yoldan azmaq olmaz. Tanrı həqiqəti qorusun! Və əlbəttə ki, qoruyacaq!

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər