BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ermənilər Füzuli rayonunun müdafiəsi üçün çətin keçidli sədlər qurmuşdurlar və heç gözləmirdilər ki, Azərbaycan Ordusu belə asanlıqla onların müdafiəsini yarıb darmadağın edəcək

30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyon insanının öz torpaqlarından qovulması beynəlxalq hüququn artıq işləməməsi, ikiüzlü siyasətin nəticəsi idi. BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə Ermənistan tərəfindən icra edilməsə də, Azərbaycan Ordusu bu qətnamələrin icrasını təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan şanlı Zəfər qazanmaqla bunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində çox böyük əzmkarlıq göstərdi. Müzəffər Ordumuz bu müharibədə xilaskarlıq missiyasını uğurla davam etdirdi. Oktyabrın 17-də Füzuli rayonunun işağldan azad edilməsi Azərbaycan Ordusuna əlavə mənəvi güc qazandırdı.

 Füzuli uğrunda hələ ilk Qələbə Ulu Öndər Heydər Əliyevin əmri ilə qazanılmışdır. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Düz 27 il idi ki, füzulililər doğma ata-baba topaqlarının tamamilə erməni işğalından azad olunmasını gözləyirdilər. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bu sevinci füzulililərə, ümumiyyətlə, dünya azərbaycanlılarına yaşatdı. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzulinin azad olunması ilə digər rayonlar üçün sanki qapı açılmışdır. Bu rayonun azad olunması müharibənin taleyinin həllində böyük rolu olmuşdur. Çünki düşmən maksimum Füzuli rayonunu əldən vermək istəmirdi. Ermənilər illər idi ki, Füzuli rayonunun müdafiəsi üçün çətin keçidli səddlər qurmuşdurlar və heç gözləmirdilər ki, Azərbaycan Ordusu belə asanlıqla onların müdafiəsini yarıb darmadağın edəcək.  

 Erməni vəhşiliyinin təzahürləri Füzulidə də açıq-aydın görünür. Erməni işğalında olan rayonlardan ən çox Füzuli dağıntılara məruz qalıb. Ermənilər bu rayonda daşı daş üstə qoymayıblar. Füzuli rayonuna gələn hər bir əcnəbi qonaq erməni vəhşiliyini görür. Artıq dünya bu vandallığı inkar edə bilməz. Ermənilər məqsədli şəkildə işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini buraxmırdılar. Prezident İlham Əliyev bu haqda danışarkən deyib ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır: “Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb”.

Cənab Prezident işğaldan azad olunmamışdan əvvəl Füzuli rayonunun bizdə olan hissəsinə 12 dəfə səfər etmişdir. Füzuli rayonu işğaldan azad edildikdən sonra isə dövlətimizin başçısı bu rayonda 9 dəfə olub. Bu səfərlərində ölkə başçısı bir sıra obyektlərin təməlqoyma və açılışında iştirak edib. Hətta təməlini qoyduğu bir neçə obyektin artıq açılışı da olub. Bunlardan Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanın açılışını qeyd etmək olar. Göründüyü kimi, digər rayonlar kimi, Füzuli rayonu da Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir.

Hazırda Azərbaycan dövləti Füzuli rayonunu və kəndlərini də yenidən bərpa edir. Ötən iki il ərzində bu baxımdan Füzulidə çox böyük işlər görülüb. Paralel olaraq Füzuli rayonunda da minatəmizləmə işləri aparılır. Rayonda infrastruktur layihələri icra olunur. Bununla Azərbaycan dövləti ermənilərin dağıtdığı Füzuli rayonuna yeni həyat verir. Cənab Prezidentin tapşırığı ilə işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işləri aparılır. Azərbaycan dövləti bütün bu işləri öz hesabına edir. Bu da dövlətimizin iqtisadi gücünün daha bir göstəricisidir.

 

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər