BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsinə xidmət edir

Azərbaycan və Qırğızıstan dil, din, tarix və adət-ənənə baxımından bir-birlərinə yaxın dövlətlərdir. Hazırda hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Qarabağ münaqişəsi ilə bağlı daima Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Təsadüfi deyil ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb.

Bu gün Azərbaycanla Qırğızıstan arasından münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Xatırladaq ki, bu ilin aprel ayında Qırğız Respublikasının prezidenti Sadır Japarov ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Bakıda Prezident İlham Əliyevin və prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və digər sənədlər imzalanıb. Bu sənədlərin izalanmasından sonra münasibətlər daha da sıxlaşıb. Bunu oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatdan da görmək olur. Cənab Prezident qeyd edib ki, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb: “Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub”.

 Qırğız Respublikasının Prezidenti Sadır Japarovun da mətbuata bəyanatında bu fikirlər üstünlük təşkil edib. Bu o deməkdir ki, iki dövlət və prezident arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri mühüm rol oynayır. Artıq strateji tərəfdaşlıq ruhunda iki dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurulub. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında bu məsələlərə də toxunub. “Biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişə əlimizi nəbzimizdə tutmaq və hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək”, -deyə cənab Prezident çıxşında vurğulayıb.

İki dövlət arasında nəqliyyat-logistika, İKT, təhsil, turizm və idman sahələrində də perspektivdə bir sıra işlərin görülməsinə ehtiyac var. Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması bu istiqamətdə fəaliyyətlərin strateji xarakterini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin çıxşında vurğuladığı kimi, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb: “İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır”.

 Prezident İlham Əliyevin Qırğızıstan səfəri çərçivəsində qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparılıb. İki dövlət arasında dostluq əlaqələri və mədəni münasibətlərin inkişaf perspektirvləri  xüsusi vurğulanmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin “ölkələrin inkişafında humanitar amilin strateji status” fikri diqqət çəkir. Bununla dövlətimizin başçısı hər iki xalqın eyni soy kökə, mədəni dəyərlərə malik olduğundan “xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq” deyib.

Prezident İlham Əliyev Qırğız Respublikasına ilk dəfə dövlət səfəri edib. Səfər zamanı imzalanmış 10-a yaxın Azərbaycan-Qırğızıstan sənədləri strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsinə xidmət edir. İnanırıq ki, bu səfərdən sonra Azərbaycan-Qırğızıstan dövlətlərarası münasibətləri daha da möhkəmlənəcək.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin baş həkimi tibb üzrə fəlsəfə doktoru Talıbova Cəmilə Xalid qızı

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər