BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı nəticəsində müxtəlif istqiamətlərdə əməkdaşlıq üçün geniş imkanlar yaradılıb

Hazırda Azərbaycan dövləti nəinki region, eyni zamanda lider ölkələr sırasında beynəlxalq nüfuzunu gündən-günə gücləndirir.  Eyni zamanda Azərbaycan həm regionda, həm də türkdilli dövlətlər arasında aparıcı mövqeyini qoruyur. Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasi fəaliyyət və irəli sürdüyü təşəbbüslər nənki qəbul olunur, həmçinin icra olunur. Bununla yanaşı, Azərbaycanın irəli sürdüyü təklif və təşəbbüslər türk dünyasının inkişafına da öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri bu istiqamətdə əməkdaşlığın tərkib hissəsinə daxildir. Nəzərə çatdıraq ki, 2022-ci ilin aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda səfərdə olarkən Prezident İlham Əliyevlə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar. Bu Bəyənnamənin praktik baxımdan icrası üçün Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şura yaradılıb. 
Bişkekdə Prezident İlham Əliyevin və Prezident Sadır Japarovun iştirakı ilə məhz Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud və geniş tərkibdə iclasları keçirilib. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında bildirib ki, bu gün Türk dünyası yeni potensial əldə edir: “Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq”. 
Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasları başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bu imzalanmış sənədlər iki dövlət arasında siyasi, ticari-investisiya və digər sahələrdə fəal əməkdaşlığın inkişafını daha da sürətləndirəcək. 
Bu gün Qırğızıstan Azərbaycanla iqtisadi sahədə də əməkdaşlığa maraqlıdır. Bu baxımdan imzalanmış sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” diqqət çəkir. Bişkekdə sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılmasının önəmini xüsusi vurğulayıb: “Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək”.
Azərbaycanla Qırğızıstan arasında mədəni-humanitar sahədə də əlaqələr inkişaf etməkdədir. Prezident İlham Əliyevin Qırğızıstan səfəri çərçivəsində iki dövlət arasında dostluq rəmzi olaraq Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışı bunun bariz nümunəsidir. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı xüsusi qeyd edilməlidir. Səfər zamanı 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günləri, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəlinib. Bu haqda cənab Prezident deyib: “Artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunub. “Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək”.
Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı nəticəsində müxtəlif istqiamətlərdə əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. İki dövlət və xalq arasında dostluğun və əməkdaşlığın dərinləşməsinə töhfə verən rəmzi layihələrin mühüm əhəmiyyəti vardır. Bütün bunlar Azərbaycanla Qırğızıstanın ikitərəfli münasibətlərinin gələcək inkişafına çox müsbət təsir edəcək. 

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

   


 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər