BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında regionda yaranan vəziyyətlə bağlı bir sıra əsas məsələləri diqqətə çatdırıb.  Ölkə rəhbəri  nitqinin əvvəlində Azərbaycanın ərazilərinin işğal dövründə bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmadığını bir daha xatırladaraq, bunun səbəbini münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olması ilə əlaqələndirib. Prezident İlham Əliyev daha sonra  Minsk qrupunun 28 illik fəaliyyətinin heç bir nəticə vermədiyini, indi göründüyü kimi, bu qurumun başlıca vəzifəsinin münaqişənin nizamlanması, deyil, onun dondurulması məqsədi daşıdığını vurğulayıb. “Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”, -deyə Azərbaycan lideri bildirib. 

Yeri gəlmişkən, Ermənistan-Azərbaycan münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunan ATƏT-n Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində dövlətimizin başçısının vurğuladığı kimi, məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da uzun bir dövrdə aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində saxlanılıb. Məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.
Beləliklə, cəzasızlığı görən Ermənistan isə daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyib, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atıb.  
Prezidenti İlham Əliyev çıxışında münaqişədən sonrakı vəziyyətə toxunaraq, bununla bağlı həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırıb. “Sentyabrda - demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb...”.
Bəli, bu gün Ermənistan siyasi rəhbərliyinin həmin hadisəyə öz mənafeyi baxımından şərh verməsinə baxmayaraq, silahlı toqquşmada əsas günahkar işğalçı tərəf olub. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisininin bir qarışını belə ələ keçirmək niyyəti güdməyib. Bunu həmin hadisənin nəticəsi də aydın göstərib. Belə ki, Azərbaycan sözügedən erməni təxribatından sonra nə bir şəhəri, nə də bir kəndi işğal etməyib.   Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırılıb.  
Yuxarıda xatırladılan hadisə ilə bağlı onu da deyək ki, Azərbaycan bu silahlı təxribatı cavabsız qoymayıb.  Ərazi bütövlüyümüzə təhlükəni neytrallaşdırmaq, hərbi qulluqçuların, habelə   şərti dövlət sərhədinin yaxınlığında həyata keçirilən bərpa layihələrinin icrasında iştirak edən mülki şəxslərin təhlükəsizliyi üçün adekvat addımlar atıb.  Özü də bu zaman Ermənistanın provokasiyalarına cavab tədbirləri məhdud xarakter daşıyıb və ancaq legitim hərbi hədəflərə yönəlib. 
Belə bir şəraitdə Ermənistan həmişə olduğu kimi, yenə də öz fitnəkarlığını pərdələmək üçün davamlı dezinformasiya yaymağa üstünlük verib. İşğalçı ölkədə həyasızlıq o həddə çatıb ki,  erməni sosial şəbəkələrində Ermənistan ərazisində məhv edilən mülki obyektlərin foto-şəkilləri yerləşdirilib. Əslində isə həmin “faktlar” 2020-ci ilin payızında Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket zərbələri ilə dağıdılan Azərbaycan mülki obyektlərinin, xüsusən şiddətli raket atəşinə məruz qalan Bərdə şəhərinin fotoşəkilləri olub. 
Prezident İlham Əliyev çıxışında postmünaqişə vəziyyətinin digər aspektlərinə, məsələn,  azad edilmiş ərazilərin bərpası məsələsinə də toxunub. Ölkə rəhbəri Qarabağ və ətraf ərazilərin-kənd və şəhərlərin  işğal dövründə yerlə bir edildiyini, bu torpaqlarda demək olar ki, bir salamat bina qalmadığını, 67 məsciddən 65-nin dağıdıldığını diqqətə çatdırıb. Dövlət başçısı bütün bunların isə Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verdiyini vurğulayıb.  
Azərbaycan lideri çıxışında ölkəmizin haqq mübarizəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu, bu istiqamətdə fəal iştirak etdiyini, predmetli danışıqların aparılmasını qarşıya əsas məqsəd kimi qoyduğunu, lakin buna baxmayaraq, işğalçı ölkənin bu prosesə o qədər də maraq göstərmədiyini diqqətə çatdırıb. 

 

Şirincan MƏMMƏDLİ,
“Tərəqqi” medalı təltifçisi

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər