BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Rusiyanın teleməkanı Azərbaycanla bağlı təxribat xarakterli məlumatların yayımlanmasına davam edir. Ötən gün yenə həmin telekanalın efirində Azərbaycan əleyhinə süjet yayımlanıb. Belə ki, telekanal Bako Saakyanı “artsax”-ın 2007-2020-ci illər prezidenti kimi təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya dövlət kanalları "Dağlıq Qarabağ Respublikası"nın xəritəsini göstərmişdi. Bundan az sonra Putin açıqlama verdi və onun fikirlərindən bəlli oldu ki, telekanallar nəinki onun razılığı ilə, hətta göstərişi ilə belə verilişlər verirlər. Putin öz çıxışında bildirmişdi ki, Ermənistan danışıqlarda "Dağlıq Qarabağ"la bağlı şərtlər irəli sürərsə, Rusiya hərəkət etməyə hazırdır. Azərbaycan isə nədənsə hələ də həmin kanalların ölkə ərazisində yayımını məhdudlaşdırmır.

“Xeber 7” məlumat verir ki, Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya telekanallarının Azərbaycanla bağlı göstərmiş olduğu qərəzli mövqe və ümumiyyətlə Azərbaycana qarşı düşmənçilik mövqeyi ilk deyil,b u dəfələrlə olub. Azərbaycan telekanalları da eyni ilə onlara cavab verməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi, ölkəmizdə olan Rusiya səfirini çağıraraq, nota verməlidir. Rusiya Xarici İşlər Nazirliyinə bununla bağlı etiraz bildirilməlidir. O, qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycan telekanalları da eyni münasibətdə olmalıdır.

“Bunu xüsusən özəl kanallar etsə, daha yaxşı olar. Özəl kanallarda bizim çox yaxşı jurnalistlərimiz, aparıcılarımız, siyasi analitiklərimiz var və onlar çox yaxşı mövqe nümayiş etdirə bilərlər. Bununla yanaşı çox doğru olardı ki, həmin televiziyanın tezliyinin Azərbaycan da yayımlanması bir müddətlik bağlanılsın və ümumiyyətlə kəskin etirazlar bildirilsin. Belə məqamlarda mətbuat orqanlarına, televiziyalara və siyasətçilərə etirazlar olunmayanda onlar özlərində daha da cürət tapıb, daha da irəli gedirlər və bu kəskin, qərəzli mövqelərini artırırlar. Ona görə də mütləq şəkildə onlara cavab verilməlidir, bu bir mənalı olaraq belə olmalıdır. Oturub hansısa tapşırığı gözləmək lazım deyil”,- deyən politoloq hesab edir ki, bu kimi hallar dövlətlər arasında münasibətlərin pozulmasına gətirib çıxaracaq.

Ramiz Alıyev bildirib ki, Azərbaycan iş adamlarının böyük bir problemi ondan ibarətdir ki, xaricdə müəyyən yatırımlar edərkən, mətbuata və mediaya yatırımlar etməyiblər.

“Əslində biz görürük ki, Türkiyədə televiziyanın alınması və açılması Azərbaycan üçün necə faydalı oldu. Bu, çox yaxşı haldır. Məsələn, Türkiyədə “Haber Global” şirkəti var ki, Azərbaycanla bağlı Vətən müharibəsində dünyaya Azərbaycanın haqq səsini çatdırdı. Hər bir azərbaycanlı bu fikirlə razıdır ki, Azərbaycanın haqq səsini çatdıran qardaş ölkənin telekanalları ilə yanaşı, məhz rəhbərliyin Azərbaycan olması bu məsələni daha da artırdı. Məncə belə yatırımlar ermək lazımdır” - deyə politoloq qeyd edib.

Ramiz Alıyevin fikrincə, xarici ölkələrdə televiziyalar, mətbuat orqanları və media nümayəndələrini ələ almaq lazımdır.

“Diaspor təşkilatları var, bunu edə bilərlər, o gücə malikdirlər. Ancaq təəssüflər olsun ki, bunu etmirlər. Ermənistan tərəfdarı diaspor nümayəndələri ilk olaraq və çox yaxşı formada media sahəsini ələ keçiriblər və media sahəsi ilə yaxşı işlər qura bilirlər. Rusiyada bizim kifayət qədər böyük iş adamlarımız var. Maliyyəsi yüksək olan və biznes dövriyyəsi çox yüksək olan iş adamları var ki, onlar bunu edə bilərlər. Ancaq təəssüflər olsun ki, etmirlər və etmək də istəmirlər. Gələcəyi düşünmək lazımdır. Görürsünüz ki, erməni diasporu necə gücə sahibdir, necə yalan da olsa, şantaj da olsa dövlətlərin səlahiyyətli şəxslərini inandıra bilirlər. Amma bizim diaspor erməni diasporundan o qədər güclü deyil. Niyə? Çünki erməni diasporu uzun illərdir ki, diaspor fəaliyyəti ilə məşğuldur. Uzun müddətdir erməni diasporu müxtəlif ölkələrdə yerləşib, həmin ölkələrdə müəyyən orqanlarda mövqelər tutub. Həmin ölkələrin media nümayəndələrini ələ keçiriblər, həmin media subyektlərini psixoloji mənada ələ keçiriblər. Fikir verin, dünyanın nə qədər ölkəsinin nüfuzlu televiziyalarında, medialarında ermənilər çalışır. Böyük bir səlahiyyətə malikdirlər. Amma bizim xaricdə yaşayan iş adamlarımız, diaspor nümayəndələrimiz bunu etmirlər və bu da acınacaqlı bir vəziyyətdir”,- deyən politoloq qeyd edib ki, bu baxımdan vəziyyət çox acınacaqlıdır.

Xatırladaq ki, Vladimir Putinin 22 fevral 2022-ci il tarixində imzaladığı, Moskva bəyannaməsinin 1-ci bəndində deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Görünən odur ki, yenə Vladimir Putin ikili münasibət sərgiləyir. Hətta dünən Soçi görüşündə də tam razılaşmaların baş tutmadığını dilə gətirən Putin, teleməkanda Azərbaycan əleyhinə materialların hazırlanmasına tapşırıq verməklə nə mesaj vermək istəyir?

İlahin, Bizimyol.info

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər