BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Təşkilata üzv ölkələrin rəhbərləri Paşinyana Azərbaycana qarşı  hər hansı qərar qəbul etməyəcəklərini  bəyan etdilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) oktyabrın 28-də keçirilən növbədənkənar sessiyasında Ermənistan məqsədinə çata bilmədi. Nikol Paşinyanın təşəbbüsü ilə liderlər səviyyəsində keçirilən toplantıda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə dair KTMT Müşahidə Şurasının qərarına əsasən, 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT missiyasının işinin nəticələri müzakirə olunub. Amma Ermənistan Azərbaycanın əleyhinə hansısa qərarın qəbul olunmasına nail olmayıb. Əksinə,  bəzi liderlər Paşinyanı tənqid ediblər. Bu baxımdan, Belarus prezidenti Aleksandr Lukaşenko N.Paşinyana sərt sözlər deyib. A. Lukaşenko KTMT-nin  Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb. O, hər iki ölkəni dost ölkə adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb. Belarusun dövlət başçısı bəyan edib ki, KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil: “Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdə KTMT-nin, digər tərəfdə isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bu gün biz MDB-nin üzvüyük. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır”.

A.Lukaşenkonun fikrincə, Azərbaycan KTMT-də heç kimə düşmən deyil: “Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına düşmən və ya rəqibdir? Yox. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdə KTMT-də “Bizimləsiniz, ya yox?” sualını qaldırmaq, digər tərəfdə isə Azərbaycanı qoymaq olmaz”. O, tərəfləri yekdil fikrə nail olmağa çağırıb. Belarus lideri KTMT üzvlərinə “öz mövqelərini müəyyənləşdirməyi” təklif edən Nikol Paşinyanı tənqid edərək deyib: “Siz tələb edirsiniz  ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün “yol xəritəsi” müəyənləşdirməkdir. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: Prezident İlham Əliyevlə oturun, müzakirələr aparın və qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”.

 Rusiya prezidenti Vladimir Putin isə çıxışında deyib ki, sülhə doğru yeganə mümkün və real yol Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına tərəflərin dönmədən riayət etməsi yolu ola bilər. Putin qeyd edib ki, Rusiya “Bakı ilə Yerevan arasında münasibətlərin kompleks və hərtərəfli normallaşdırılmasına nail olmaq üçün nə mümkündürsə edir”. V.Putin deyib: “Dərhal qeyd etmək istərdim ki, hamıya aydındır, hamı üçün aşkardır: yaxın keçmişdə Rusiya kimi Azərbaycan da, Ermənistan da - biz hamımız vahid dövlətə daxil idik. Bizim həm İrəvanla, həm də Bakı ilə çoxsaylı əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil. Əlbəttə, biz hamımız çox mürəkkəb vəziyyətdəyik. Lakin, əlbəttə, biz Rusiya üçün yaxın dövlətlər arasında problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və bu problemlərin, ziddiyyətlərin dinc yolla həllinə kömək etməyə hazırıq. Ümumiyyətlə, biz Cənubi Qafqazın sakit və sabit inkişaf edən region olmasında maraqlıyıq”.

Rusiya dövlətinin başçısı sülhə doğru yeganə mümkün və real yolun Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına tərəflərin dönmədən riayət etməsi yolu ola biləcəyini vurğulayaraq deyib: “Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli yolunda bu razılaşmaların ardıcıl surətdə yerinə yetirilməsi hesabına Azərbaycan və Ermənistanın münasibətlərinin davamlı normallaşmasına nail olmaq mümkündür”.

 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də bildirib ki, Ermənistan ilə Azərbaycan arasında problemlər yalnız sülh yolu ilə, siyasi və diplomatik vasitələrlə həll edilməlidir.

Göründüyü kimi, Ermənistan bu dəfə də KTMT-də Azərbaycana qarşı hansısa sənədin qəbul olunmasına nail ola bilmədi. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, əslində, bu toplantıda ölkəmizə qarşı heç bir qərarın qəbul olunmayacağı gözlənilən idi. Çünki Azərbaycanın təşkilata üzv olan ölkələrlə çox sıx münasibətləri var. Üstəlik, ən azı Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan və Qırğızıstan belə bir qərara imza atmayacaqdılar. Belə bir təşəbbüslə çıxış etdiyinə görə Ermənistanın özü-özünü hədəfə çevirdiyini deyən R.Alıyevin fikrincə, toplantıda Paşinyanın tənqid olunması buna sübutdur.

Politoloqun fikrincə, Belarus prezidenti Aleksand Lukaşenko açıq şəkildə Ermənistana öz yerini göstərdi: “Digər liderlərin diplomatik formada dediyi fikirləri Lukaşenko açıq, məntiqi dillə Paşinyana izah etdi. Yəni təşkilatın mövqeyi belədir ki, Azərbaycana qarşı heç vaxt qərar qəbul edilməyəcək. Problemi diplomatik yolla həll etmək lazımdır. Lukaşenko, Paşinyana məsləhət gördü ki, tezliklə Prezident İlham Əliyevlə müzakirələr aparıb razılığa gəlsin. Əks halda, Ermənistan üçün bundan sonra daha pis ola bilər. Əgər Paşinyan deyilənlərdən nəticə çıxarmasa, ölkəsini daha çətin vəziyyət gözləyir”.

Həmsöhbətimiz hesab edir ki,   KTMT-nin məlum mövqeyi Ermənistanda bu təşkilata qarşı narazılığı artırır. Ona görə də, rəsmi İrəvan təşkilatı tərk edə biləcəyi haqda fikirlər səsləndirir. “Eləcə də, biz bu ölkədə KTMT əleyhinə çağırışların artdığını müşahidə edirik. Bizim üçün Ermənistanın bu təşkilatı tərk edib-etməməsi heç nəyi dəyişmir. Azərbaycan öz prinsipial mövqeyini dəfələrlə bəyan edib. Regionda söz sahibi Azərbaycandır. Ermənistan üzləşdiyi dərin böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsini imzalamalıdır”.

Nardar BAYRAMLI

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər