BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bu gün Cənubi Qafqazı yenidən həssas regiona çevirmək üçün böyük güclərin yeni manevrləri ilə qarşılaşmaqdayıq. Rusiyanın, İranın qarşılaşdığı çətinliklərdən dolayı, eləcə də Yunanıstanın “əl oyunculuğu” regiona yeni maraqların mövcudluğunu göstərir. Bu tarixi siyasi vəziyyətdə Gürcüstan Azərbaycanla strateji müttəfiqliyini yeni mərhələyə daşımaqla ölkəmizin beynəlxalq nüfuzundan yararlanmaqda, Ermənistan isə ənənəvi olaraq böyük güclər arasında manevr edərək Azərbaycana qarşı qisasçı mövqe sərgiləməkdə, gah Rusiyaya, gah Fransaya, gah da İrana quyruq bulamaqdadır.

Zəfər tarixini yazmış Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistana sarsıdıcı zərbə vurmaqla "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində təslim olmağa vadar etdi. İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatdıqdan sonra diplomatik müstəvidə aparılan danışıqlar ölkəmizin tam üstünlüyü ilə davam edir. Keçirilmiş bütün görüşlər və onların gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər bir daha göstərir ki, Azərbaycanın maraq və mənafeləri dövlət başçısı tərəfindən qətiyyətlə təmin edilir.

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasındakı görüşü çərçivəsində Azərbaycanın dövlət mövqeyini qətiyyətlə ifadə etdi və sülhməramlı niyyətini bir daha ortaya qoymuş oldu. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoymuş oldu və artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək zamanıdır. Bu görüş regional məsələlərə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən ikitərəfli görüşdə dövlət başçısı iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannaməni xatırladaraq, çoxillik münaqişəyə son qoyulduğunu bildirib. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetdiyini diqqətə çatdıran Prezident Azərbaycanın nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürdüyünü qeyd edib:"Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür".

Soçi şəhərində üçtərəfli görüşdə 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatı müzakirə olunub. O cümlədən, humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olunub. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək, onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğu qənaətinə gəlinib.

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi diqqətə çəkilib və mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılıq əldə olunub. Bunun reallaşmasında Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcəkdir.

Soçi görüşünün nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bu və digər məsələlərlə yanaşı, o da qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiqlik təsdiq olunub. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq da əldə olunub. Bəyanatda Rusiyanın sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyi diqqətə çəkilib.

Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə    və  həll etmək barədə razılığa gəlinib.

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi də diqqətdən kənarda qalmayıb. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılığın əldə olunması əhəmiyyət daşıyır. Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi təqdirdə  isə məsələlərin müsbət məcrada davam etməsinə töhfə olacaq.

Hesab edirəm ki, Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olması təqdirəlayiqdir.

Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bildirən dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox ciddi addımlar tələb edən format olduğunu vurğulayıb. Azərbaycan sülhə və təhlükəsizliyə nail olmaq üçün bundan sonra da öz vədinə sadiq qalacaqdır.

Əminliklə qeyd edməliyik ki, əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin edərək, ədalətli mövqe sərgilədi.

Beləliklə, Azərbaycan qlobal arenada öz mövqelərini möhkəmləndirdi. Mövcud qlobal böhranlar dövründə ölkə prezdentinin simasında Azərbaycan özünün enerji təhlükəsizliyinə yeni töhvələr verməklə dünyada sabitləşdirici qüvvə kimi özünü uğurla təqdim etməkdədir.

İkinci Qarabağ savaşı ilə ölkəmiz əslində Ermənistanla sülh şəraitində yaşamaq iradəsini ortaya qoymuş oldu. Bununlada posrmünaqişə dövrünü yeni mərhələyə daşımaq imkanı təmin edilmişdir və hər üç Cənubi Qafqaz respublikası yeni regional əməkdaşlıq məkanının formalaşması sahəsində geniş perspektivlərə malikdir. Ermənistan üçün yaranan unikal imkanlar göstərilən geopolitik reallıqlara rəğmən ciddi dəyərləndirilməlidir.Bu Ermənistanın gələcəyi üçün qızıl açardır.

Həsən Bayramov, pedaqoji elmlər doktoru, professor

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər