BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

Prezident İlham Əliyev: “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var”

Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra regional və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətidə aktiv iş aparıb. Bu gün artıq dövlətimiz dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvüdür. Azərbaycan ərəb dünyasına aid beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Bu baxımdan ərəb dövlətlərinin mühüm beynəlxalq təşkilatı olan Ərəb Dövlətləri Liqası ilə də əlaqələrin sıxlaşması dövlətimiz üçün prioritetdir. Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeytidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2022-ci ilin iyunun 17-də Bakıda Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib. Əhməd Əbul Qeyt Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlətimizin başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb.

2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan bu təşkilatda müşahidəçi statusuna malikdir. 2007-ci ildə Prezident İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. 2014-cü ildə isə Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Ər-Riyad şəhərində imzalanmış Memorandumu təsdiq edib. Bu sənəd tərəflərin tarixi, mədəni və sivilizasiyalararası əlaqələrin dərinliyini nəzərə alaraq, habelə siyasi, iqtisadi, ticari, maliyyə, texniki, sosial və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmlidir.

Bu ilin noyabrın 1-ə qədər Ərəb Dövlətləri Liqasına Tunis Respublikası sədrlik edirdi. Həmin gün Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında təşkilata sədrlik Əlcəzairə verilib. Qeyd edək ki, Prezident İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Prezident İlham Əliyev Zirvə toplantısında çıxışında qeyd edib ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir: “Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir”.

Azərbaycan ərəb dünyası, eləcə də Ərəb Dövlətləri Liqası ilə əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan Ərəb Dövlətləri Liqası ilə siyasi, istisadi, mədəni və s. sahələrdə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. “Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik”,-deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan hər zaman islam həmrəyliyinin yaranması üçün təşəbbüskarlıq edib. Ölkəmiz beynəlxalq arenada islmafobiyaya qarşı  sərt mövqe nümayiş etdirib. Dövlətimiz islam dünyasının birliyinə, bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev Zirvə toplantısında bu haqda da öz fikirlərini bildirib: “Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir”.

Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq inkişaf etməkdədir. Bunun üçün Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə xarici ticarət dövriyyəsinin statsitikasına diqqət edək. Belə ki, 2022-ci ilin 8 aylıq göstəricilərinə əsasən bu dövriyyə 570,8 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsində Tunis (72,3%), Birləşmiş Ərəb Əmirlikləri (13%), Liviya (4%) ən yüksək paya malik ilk üç ölkədir. Adıçəkilən ölkələrə ixracın əksəriyyətini xam neft və neft məhsulları təşkil edir. Zəngin neft-qaz ehtiyatlara malik ərəb ölkələrinin dünya iqtisadiyyatında böyük payı var. Dünyada ən çox neft hasil edən ölkələr də Ərəb Dövlətləri Liqasında birləşib. Buna görə də neft-qaz ölkəsi olan Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığının güclənməsi geniş perspektivlər vəd edir.

 

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər