BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”

Dünya azərbaycanlıları 8 Noyabr- Zəfər Gününün ikinci ildönümünü də böyük çoşğu və sevgi ilə qeyd etdilər. Azərbaycanda və xarici ölkələrdə Zəfər Günüün ikinci ildönümü ilə bağlı saysız tərdbir və görüşlər, rəsmi qəbullar keçirildi. Eyni zamanda həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin iştirakı ilə Zəfər Günü münasibətilə Şuşada tədbir təşkil olunmuşdu. Şuşada bu tədbirin keçirilməsinin rəmzi mənası var. Cənab Prezidentin tədbirdəki çıxşında qeyd etdiyi kimi Vətən müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi: “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər...Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Qarabağı Şuşasız təsəvvür etmək olmur. Eləcə də Vətən müharibəsində Şuşasız qələbə də mümkün deyildi. Elə Vətən müharibəsinin ilk günündən Zəfər yolu Şuşaya gedirdi. Azərbaycan əsəgəri Şuşa arzusu ilə döyüşürdü. Bu, həm də zirvəyə doğru, Zəfər zirvəsinə doğru döyüşə-döyüşə irəliləmək idi. Böyük Qələbə Şuşanın azadlığı ilə tamam oldu. Azərbaycan əsgəri Şuşa zirvəsinə əli yalın çıxıb. Dünya hərb sahəsinin ekspertləri əsgərlərimizin bu şücaətinə hələ də heyran qalıblar. Artıq Azərbaycanın bu döyüş təcrübəsi müxtəlif ölkələrin hərbi məktəblərində öyrənilir. Bununla bir daha demək olar ki, Azərbaycan Ordusunun döyüş taktikası örənək xarakteri daşıyır.  

Azərbaycan 2020-ci ildə Ermənistanla ədalətli müharibə aparırdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu inamla döyüşürdü. Ordumuzun bu mübarizliyini cənab Prezident Şuşadakı nitqində “Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır” deyərək qiymətləndirib. Bu, torpaqlarımızın azadlığı, haqq uğrunda döyüş idi. Hər gün yeni şəhərlərin, kəndlərin, qəsəbələrin, yüksəkliklərin azad edilməsi xalqımızda Qələbəyə böyük inam yaradırdı. Bütün bunlar da əsgərlərimizə böyük ruh yüksəkliyi verirdi. Azərbaycan əsgəri, Azərbaycan zabitinin amalı erməni işğalına son qoymaq idi. Müzəffər Azərbaycan Ordusu bu amalına çatdı və bununla Vətən müharibəsində tarixi zəfər çalındı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv etdi. “Dəmir yumruq” əməliyyatı uğurla yerinə yetirildi. Cəbhə xəttindən rayon və kəndlərimizin azad olunması xəbərlərin gəlməsi dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanırdı. Birlik və həmrəyliyimiz daha da güclənirdi.  Prezident İlham Əliyevin çıxşında da bu məqam xüsusi vurğulanıb: “Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq”.

 Vətən müharibəsində Böyük Qələbə xalqımızın milli yaddaşının qızıl fonduna həkk olunub. Bu Qələbə ilə regionda yeni geosiyasi reallıq yaranıb. Azərbaycan regionda öz mövqeyini bildirdi, işğalla barışmazlığını sübut etdi. Artıq dünya azərbaycanlıları “Qalib xalq” düşüncəsi ilə alını açıq gəzir. Eyni zamanda Vətən Müharibəsində tarixi qələbədən sonra Azərbaycana qarşı dünya dövlətlərinin baxışı dəyişib. Azərbaycanın əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyini, dövlət müstəqilliyini daha da möhkəmləndirib. Azərbaycan Zəfər qazanan ölkə olaraq dünyada tanınır. Bu baxımdan Cənab Prezidentin Şuşada qalib ölkənin Ali Baş Komandanı, müzəffər sərkərdə olaraq çıxışı qürurvericidir.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər