BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır”

Konstitusiya dövlətin əsas qanunu olaraq hər bir vətəndaşa hüquq və azadlıq verir. İnsanların konstitusion hüququ ən üstün və ali hüquqi dəyər, demokratik haqqıdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Konstitusiyanın qəbul edilməsi ilə müstəqil  Azərbaycan Respublikası da öz vətəndaşlarına bu hüququ verib. Qeyd edək ki, müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridır. Ulu Öndər Heydər Əliyev deyib: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Bəli, xalq öz iradəsini ifadə edərək Konstitusiyanın qəbuluna səs verib. Artıq 1996-cı ildən 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd edilir.

Konstitusiya vətəndaşların əsas hüquq və azadlıqlarını müəyyən edən ali sənəddir. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilib. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edir. Zaman-zaman Kostitusiyaya əlavə və dəyişikliklər edilib. Bu da dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə baş verib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Bu məsələlərin aktuallığı ona görə diqqəti çəkir ki, Azərbaycan dövlətinin, məhz son 20 ildə iqtisadi, siyasi inkişafı gündən – günə artıb. Nəticədə isə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Əgər bir neçə il əvvəl Azərbaycan yalnız regionda söz sahibi idisə, indi artıq dövlətimiz Avropanın enerji təminatçısı kimi qəbul edilir.

Xüsusən, Prezident İlham Əliyevin daxili siyasətindəki çox ciddi uğurlar ölkə vətəndaşlarının sosial vəziyyətini birmənalı olaraq yaxşılaşdırıb. Açılan yeni iş yerləri Azərbaycanın iqtisadi inkişafının miqyasını göstərir.

Ölkə büdcəsindəki yüksək artımlar da artıq ənənəvi hal alıb.

Ən başlıcası isə Azərbaycanda iqtisadi inkişafla bərabər, siyasi təsisatların da inkişafı davam edir. Ölkəmizdə demokratik cəmiyyətin qurulması üçün Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli addımlar atılb, islahatlar aparılıb.

Bütün bu inkişafı və uğurları görən Azərbaycan xalqı özünə lider seçəndə həmin meyarları və həqiqətləri görüb dəyərləndirir. Konstitusiya islahatları haqqında Prezident İlham Əliyev belə deyib: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir”. Ümumiyyətlə, Konstitusiya dəyişiklikləri dünyanın bir çox qabaqcııl ölkələrində baş verib. Əslində, Konstitusiyaya dəyişikliklər inkişafla, ölkənin iqtisadi və siyasi gücünün artması ilə, eyni zamanda, demokratik təsisatların cəmiyyətdə tədricən bərqərar olması ilə gerçəkləşir. Ən əsası bütün bunlar xalq hakimiyyətinin əsas atributu olan demokratik prinsiplərə tam uyğun olaraq edilir.

Refrendum yolu ilə edilən bu dəyişliklərə xalq öz səsini verib və yeni zamana uyğun Konstitusiya formalaşıb. Konstitusiya islahatları zərurətdən yaranıb. Ölkənin siyasi gündəmində sosial sifariş kimi qəbul edilən bu dəyişikliklər həm də xalqın mövcud hakimiyyətə, Prezident İlham Əliyevə  olan inamının bariz nümunəsi kimi diqqəti çəkir. Bununla Azərbaycan xalqı demokratikləşmə proseslərinə həssas münasibət göstərdiyini nümayiş etdirib.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər