BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyevin Albaniya səfəri iki dövlətin əlaqələrinin güclənməsinə yeni təkan verəcək 

 Bu gün, xüsusən Avropa dövlətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Avropa dövlətlərini daha çox Azərbaycanın artan gücü, enereji təhlükəsizliyi baxımdan bir sıra beynəlxalq layihələrdə aparıcı rol oynaması cəlb edir. Bu mənada Albaniya Respublikası da Azərbaycanla iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlıdır. Xatırladaq ki, gələn il Azərbaycan-Albaniya diplomatik əlaqələrinin 30 illiyidir. Hazırda Azərbaycanın Albaniyada səfirliyi Yunanıstanda, Afina şəhərdə yerləşir. Albaniyanın Azərbaycanda səfirliyi Türkiyədə, Ankara şəhərində yerləşir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyaya rəsmi səfəri zamanı aparılan müzakirələrdə əməkdaşlığın yeni yollarının açılması, həmçinin diplomatik, parlamentlərarası əlaqələrin daha da genişlənməsi üçün bir sıra əhəmiyyətli təkliflər irəli sürülüb. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatdıqdan sonra hər iki dövlətin Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatlarda iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər, eləcə də regional inkişaf və dünyanın gündəliyində olan başlıca məsələlərin müzakirə edildiyi vurğulanıb. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, Azərbaycanla Albaniyanın qtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir: “Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri”.

Bu gün Azərbaycanın enerji strategiyası xalqımızın gələcəyinə xidmət edir. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Məhz buna görə də Prezident İlham Əliyev bəyanatında “Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir”,-deyə vurğulayıb. Prezident bəyanatında Avropa Komissiyası ilə bu il imzalanan əməkdaşlığa da toxunub: “Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır”.

Bu bəyanat bir daha göstərir ki, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Artıq Azərbaycan bir çox ölkələrdə, eləcə də bir sıra beynəlxalq layihələrdə investor olaraq çıxış edir. Cənab Prezident Azərbaycanın Albaniyada da enerji təchizatı sahəsində investor olaraq çıxış edə biləcəyini bəyan edib: “Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər”.

Azərbaycanın həyata keçirdiyi çoxtərəfli xarici siyasət nəticəsində dövlətimiz regionun ən güclü və suveren aktoruna çevrilib. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Prezidentimizin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Cənab Prezident Tiranda bu mövqeyini bir daha bəyan etdi: “İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir”.

Həyata keçirilən praqmatik xarici siyasət strategiyası Azərbaycana beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Qlobal təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə rəvac edib. Bu baxımdan cənab Prezidentin bu səfəri Azərbaycan-Albaniya ikitərəfli əlaqələrinə yeni təkan verməklə ölkəmizin beynəlxalq əməkdaşlığının güclənməsinə xidmət edəcək.   

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər