BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

"Dünyada gedən proseslərin fonunda, eləcə də Azərbaycanın hazırda regionda yaratdığı yeni reallıq və çağırışlar dövlətimizin büdcəsi, maliyyə siyasəti qarşısında bir çox mühüm vəzifələr qoyur. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərdə bərpa - quruculuq işlərinin aparılması, Vətən Müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, pensiya sisteminin dayanıqlığı nəzərə alınıb. Gözənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaqdır". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə 2023-cü ilin Dövlət Büdcəsinin müzakirəsi zamanı etdiyi çıxışda bildirib. Onun sözlərinə görə, burada qaldırılan  məsələlər öz real həllini tapacaq: "Biz görürük ki, bir çox sahələrdə, o cümlədən ailə, qadın və uşaq məsələləri ilə bağlı büdcədə artım var. Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalan şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və digər tədbirlərin həyata keçirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində yeddi tam onda bir milyon manat vəsait nəzərdə tutulub. Bu da 2022-ci il müqayisədə 3 dəfə çoxdur. Əlbəttə ki, bu bizi sevindirir. Ona görə ki, biz keçən dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələlərin aktuallığını qeyd etmişdik. Və gələn ilin büdcəsində həmin təkliflərin bir hissəsinin nəzərə alınmasını çox müsbət qarşılayırıq. Hökumətin bu mövzulara həssaslığını alqışlayırıq. Ümid edirəm ki, iqtisadi imkanlar çoxaldıqca, bu sahəyə ayrılan xərclər yenidən nəzərdən keçiriləcəkdir".

Komitə sədri çıxışı zamanı bir sıra təkliflər də səsləndirib: "İnertnat evlərindən məzun olan uşaqların ev, iş və təhsillə bağlı məsələyə diqqəti çəkmək istərdim. Bildiyimiz kimi, ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Məzun evi” tikilib və onların istifadəsinə verilib. Eyni zamanda analoji olaraq digər müsbət təcrübələr də var. Məsələn qardaş Türkiyədə uşaq evində böyüyən uşağın təhsil aldığı müəssisə dövlət tərəfindən müəyyən güzəştlər əldə edir. Və ya özəl sektorda belə uşaqları işlə təmin edən şirkətlər vergidən azad edilir Belə nümunələr çoxdur. Biz bu uşaqların öz həyatlarını və sağlam gələcəyini qurmaq üçün müxtəlif proqramlar həyata keçirə bilərik. Yaxşı olardı ki aidiyyəti olan dövlət qurumları bu problemlərlə bağlı proqramlar hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin və bu proqramların həyata keçirilməsi büdcədə öz əksinin tapsın Xahiş edirəm ki, bu məsələni imkan daxilində büdcədə nəzərə alasınız".

H.Hüseynova onu da qeyd edib ki, təmsil etdiyi 41 saylı Sumqayıt birinci seçki dairəsinin bəzi sosial məsələlərini diqqətə çatdırıb: "Sumqayıt şəhərinin Corat qəsəbəsində kanalizasiya xətlərinin çəkilməsi, ümumiyyətlə, orada belə bir xətt mövcud deyil. Şəhərin bir çox hissələrində insanların istiliklə təminatında problemlər mövcuddur. Qeyd etmək lazımdır ki, bu ərazilərdə həm şəhid ailələri, qazi və onların ailələri, aztəminatlı və digər həssas təbəqədən olan əhali yaşayır. Bu həm də onların probleminin həll olunması deməkdir. bu baxımdan Sumqayıtda olan bu kimi problemlərin həlli üçün müvafiq qayda büdcədə nəzərdə tutmağınızı xahiş edirəm".

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər