BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Cənubi Qafqazı sülh və rifah məkanına çevirmək təşəbbüsünə sadiqdir. Azərbaycan Prezidentinin beynəlxalq hüququn normalarına söykənən beş təməl prinsipi əsasında Ermənistana təklif etdiyi sülh sazişi də elə bu niyyətdən irəli gəlir. Dövlətimizin başçısı noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən qonaqların diqqətinə məxsusi olaraq bunları çatdırdı: “Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu, dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin”.

Lakin müharibədən ötən dövr aydın şəkildə göstərir ki, Ermənistan müxtəlif bəhanələrlə sülh prosesini yubatmağa çalışır. Onun sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə törətdiyi təxribatlar da, atəşkəsin bilərəkdən pozulması da, Ermənistan rəhbərliyinin dünən dediyindən səhəri gün imtina etməsi də yalnız bu məqsədi güdür.

Bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Sədaqət və cəsarət həyatda mükafatsız qalmır” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ermənistan hakimiyyətinin müstəqil qərarlar verə bilməməsi və bu səbəbdən Paris-Moskva-Tehran siyasi üçbucağında çabalaması da sülhü əngəlləməyə xidmət edir. Əgər Ermənistan rəhbərliyi, həqiqətən, müstəqil qərar vermək iqtidarında olsaydı və əgər məlum xarici dairələr erməniləri nələrəsə ümidləndirməsəydi, heç şübhəsiz ki, onların süni manevr imkanları xeyli məhdudlaşar və sülh sazişi qısa müddətdə imzalanardı. Prezident İlham Əliyev elə bu səbəbdən xüsusi elçi ilə görüşündə Moskvanın Xankəndidə həyata keçirdiyi emissar siyasətinə qətiyyətlə etiraz edərək bunları bildirdi: “Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi”.

Fransa Senatının noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu, beynəlxalq hüquqa zidd olan növbəti qətnaməsi də sübut etdi ki, cəmiyyətimizin bu ölkənin sülh təşəbbüslərindəki səmimiyyətinə şübhə ilə yanaşması, əsla, əsassız deyil. Prezident İlham Əliyev Sədri olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə noyabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə etdiyi çıxışında Fransanın ölkəmizə qarşı qərəzli mövqeyini ifşa edən başqa bir təşəbbüsünü də ictimailəşdirdi: “Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir... Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı”.

Ermənistanın maraqlarını özünün “qırmızı cizgisi” hesab edən, daha irəli gedərək məhz Qafanda konsulluq açan İran İslam Respublikasının ermənipərəst davranışını da bu siyahıya əlavə etdikdə, torpaqlarımızın işğalının niyə bu qədər uzun sürməsinin və ermənilərin “məğlubedilməz” mifinin haradan qaynaqlandığının əlavə şərhinə ehtiyac qalmır. Elə bütün bunlara görə, işğalçı Ermənistan üzərində tarixi Zəfərin əldə olunması, ilk növbədə, bu cür xarici amillərin zərərli təsirinin əhəmiyyətli dərəcədə zəiflədilməsinə nail olmağı zəruri edirdi. Prezident İlham Əliyevin iqtidar partiyasının yubiley tədbirində həmin məqama xüsusi diqqət yetirməsi, əsla, təsadüfi deyildi: “Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik”.

Bu mürəkkəb vəzifənin həllinə nail olmaq üçün Azərbaycan uzun bir yol qət etdi. Əgər 1993-cü ilin iyununda dövlət müstəqilliyimizi ikinci dəfə məhv etmək, xalqımızı vətəndaş müharibəsinə sürükləməklə Azərbaycanı parçalamaq istəyənlərin qarşısını Heydər Əliyev fenomeni almasaydı, hansı acı aqibətlə üzləşə biləcəyimizi indi yalnız təxmin etmək olar. Dəqiq olan budur ki, heç onda ən əlverişli zaman seçiminə ehtiyac qalmaya da bilərdi. Ulu Öndərin siyasi iradəsi və fədakarlığı sayəsində ölkəmizdə ictimai-siyasi və sosial sabitlik təmin olunmasaydı, vətəndaşların hakimiyyət institutlarına və öz dövlətinin gələcəyinə inamı bərpa edilməsəydi, Azərbaycanın siyasi müstəqilliyini və gücünü şərtləndirən iqtisadi müstəqilliyinin təməli məhz o dövrdə qoyulmasaydı, nə qaçqın və məcburi köçkünlərin ağır sosial durumunu yüngülləşdirmək, nə də Müzəffər Ordu quruculuğuna başlamaq mümkün olmayacaqdı. Qırx dörd günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin bünövrəsi də Ulu Öndərin elə o dövrdə həyata keçirdiyi müstəqil dövlət quruculuğu prosesində qoyulurdu. Heydər Əliyev nəhəng dövlət xadimi kimi hər kəsdən yaxşı bilirdi ki, milli-mənəvi dəyərlərimizin yaşaması, dövlət müstəqilliyimizin qorunması, milli ləyaqətimizin təntənəsi üçün başladığı taleyüklü işlər məntiqi sonluğa çatdırılmalıdır. Ulu Öndər elə bu səbəbdən 2003-cü ilin Prezident seçkiləri öncəsi xalqımıza etdiyi tarixi müraciətində böyük Qələbəmizi gerçəkləşdirə biləcək siyasi liderin ünvanını dəqiqliklə göstərmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həyat sübut etdi ki, Ulu Öndər siyasi varis seçimində də zərrə qədər yanılmayıb. Prezident İlham Əliyevin bu illər ərzində imza atdığı tarixi nailiyyətlər isə təsdiq edir ki, inam, sədaqət və cəsarət həyatda heç vaxt mükafatsız qalmır. Dövlətimizin başçısı yubiley tədbirindəki çıxışında əqidə sadiqliyinin nə qədər önəmli olduğunu xüsusi vurğuladı və əldə etdiyimiz tarixi Zəfərin təməlində də məhz Heydər Əliyev siyasi irsinin dayandığını bir daha qeyd etdi: “Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm... Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.

Ulu Öndər Heydər Əliyevin Xilaskar missiyası Prezident İlham Əliyevin rəhbərliyi dövründə ədaləti və milli ləyaqətimizi təcəssüm etdirən elə bir tarixi Zəfərlə nəticələnib ki, o, daha böyük hədəflər üçün yeni imkanlar yaradır. Müstəqilliyimizin ilk illərində kim təsəvvür edə bilərdi ki, 30 il sonrakı Azərbaycan Türk dünyasının aparıcı qüvvələrindən birinə çevriləcək və öz mövqeyini, maraqlarını cəsarətlə müdafiə edə biləcək. Onlardan biri də Azərbaycan Prezidenti tərəfindən noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının lX Zirvə Görüşündə səsləndirilən bu fikirlərdir: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Bu cür cəsarətli mövqenin açıq şəkildə nümayiş etdirilə bilməsi də bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin siyasi dəst-xəttinin Azərbaycana gətirəcəyi yeni qələbə və uğurlar hələ qarşıdadır.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər