BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb.

 

Bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev qeyd edib ki, NATO Parlament Assambleyası Rusiyanın təcavüzü ilə bağlı xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb və bu ölkəni terrorçu dövlət kimi tanıyıb.

NATO-nun 30 ölkəsinin hamısı bu təkliflə razılaşıb və dəstəkləyib. Qətnamə NATO üzvü olan bütün ölkələrin hökumətlərinə və parlamentlərinə ünvanlanacaq. Qətnamədə Ukraynanın digər istəkləri də yer alıb.

Belə ki, bura Ukraynaya silah tədarükünün artırılması, Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret addımların hazırlanması, Ukraynaya dəymiş ziyana görə Rusiya Federasiyasından kompensasiyaların alınması mexanizminin yaradılması və s. digər məsələlər yer alıb.

"Xeber 7" məlumat verir ki, politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açqılamasında bildirib ki, NATO-nun Parlament Assambleyasında Rusiyanın terrorçu dövlət olaraq tanınması, gələcəkdə yeni müharibələrin və münaqişələrin baş verməsinə gətirib çıxaracaq. Belə ki, bu qətnamə ilə münasibətlər daha da gərginləşəcək.

“Biz artıq 2023-cü ildə yeni müharibələrin, yeni münaqişələrin olacağını indidən görməkdəyik və bu olacaq. Rusiya hazırda öz gücünü və dünyada öz nüfuzunu qorumağa çalışır. Buna görə də hansısa Rusyadan zəif olan ölkələrlə münaqişəyə girməkdən çəkinməyəcək. Çünki Rusiya istəyir ki, münaqişəyə daha da böyük başqa dövlətləri qatsın. Müəyyən dövlətlər qarışacağı təqdirdə Rusiya gücünü tam olaraq istifadə etməyə çalışacaq. Buna cəhd edəcək”,- deyən politoloq hesab edir ki hazırda Vladimir Putin sadəcə olaraq, dünyada öz gücünü qorumağa cəhd edir.

Bu səbəbdən də, hər hansı bir ölkənin Rusiya ilə, müəyyən mənada münaqişəyə qoşulması böyük bir fəlakətə gətirib çıxaracaq.

Rusiya və Rusiyanın müttəfiq olan, dost olan ölkələr var ki, onlar da həmin müharibəyə müdaxilə edəcək.

Belə olan halda NATO-nun ölkələri tam olaraq Rusiya ilə müharibəyə girməyəcək.

“NATO-da olan bəzi ölkələrin Rusiya ilə münasibətləri yaxşıdır. Məsələn, Türkiyənin özünün Rusiya ilə münasibətləri çox yaxşıdır. Bilirsiniz ki, Türkiyə Rusiya və Ukrayna münasibətlərində bitərəf mövqe sərgiləyir.  Müharibənin və münaqişənin dayanmasını istəyir.

“Taxıl dəhlizinin” açılmasında Türkiyənin böyük xidmətləri oldu.

“Bütün bunları nəzər alaraq, hesab edirəm ki, digər ölkələrin Rusiya ilə müharibəyə qoşulma cəhdi növbəti fəlakətlərə gətirib çıxaracaq. Üçüncü Dünya müharibəsinin baş verməməsi üçün buna getmək olmaz”,- deyə Ramiz Alıyev vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər