BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycandakı əmin-amanlıq, təhlükəsizlik, sabitlik ildən-ilə möhkəmlənir

Azərbaycan dövləti müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Dövlətimiz müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir. Bununla yanaşı, Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik yükəsk səviyyədə qorunur və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirir. Artıq Azərbaycandakı sabitliyə əcnəbi qonalar belə, heyran qalırlar. Paytaxt Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Məhz buna görə də Azərbaycan dünyada sabit və təhlükəsiz ölkə olaraq tanınıb. Bütün bu göstəricilərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı günü-gündən artıb. Ölkə başçısının əmir və göstərişləri vaxtında və zamanında həyata keçirilir. Bütün bunlara əsasən ölkəmizdə il ərzində bir çox beynəlxalq tədbir və konfranslar təşkil olunur, idman yarışları keçirilir. 25 noyabr tarixində Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransı da bu qəbildən olan tədbirlərdəndir. Prezident İlham Əliyev konfransda çıxışında deyib ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir: “Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir”. Prezident qeyd edib ki, güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb: “Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”

Ümumiyyətlə, Azərbaycanın uğurlu inkişafının təməlində sabitlik dayanır. Azərbaycandakı əmin-amanlıq, təhlükəsizlik, sabitlik ildən-ilə möhkəmlənir. Bu da dövlətin düşünülmüş düzgün siyasətinin nəticəsidir. Eyni zamanda, xalq tərəfindən dövlətin siyasətinə dəstək verilir. Ümummilli məsələlərdə xalq-iqtidar birliyi özünü hər zaman büruzə veririr. Xüsusən, Vətən müharibəsi günlərdində məhz bu birlik və həmrəylik dövlətin gücünü daha da artırdı. 

Hazırda istənilən dövlət digər dövlətlə əməkdaşlıq edərkən təhlükəsizlik məsələsinə önəm verir. Cənab Prezidentin qeyd etdiyi kimi, indi təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir: “Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz”. İldən-ilə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənir. Prezident İlham Əliyevin həmkarları ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda keçirdiyi görüşlər bunun bariz nümunəsidir. Azərbaycan regionda çox çevik və çoxşaxəli xarici siyasəti ilə diqqət çəkir. Buna görədir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq tanınır. Bu gün Azərbaycana, Cənab Prezidentin sözünə inanırlar. Çünki  dövlətimizin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Biz bunu istər aparılan daxili, istərsə də xarici siyasətdə müşahdə edirik.

Bu gün dünyada geosiyasi vəziyyət gərgin olaraq qalır. Dünyanın görünməyən qüvvələri tərəfindən məqsədli şəkildə yeni qarşıdurmalar yaradılır. Bu qarşıdurmalar da bir çox hallarda münaqişə ocaqlarına çevrilir. Və təəəssüf ki, aiddiyyəti beynəlxaq qurumlar bu kimi halların aradan qaldırılmasına deyil, əksinə daha da güclənməsinə şərait yaradırlar. Qarabağ münaqişəsini məhz buna görə də 30 il məqsədli olaraq uzadırdılar. BMT-nin qəbul etdiyi qətnamələrə belə, məhəl qoyulmurdu. Faydasız ATƏT-in Minsk qrupunu yaradaraq münaqişəni dondurmğa çalışırdılar. Prezident çıxışında haqlı olaraq qeyd edib ki, vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, xalqımız və siyasi iradəmiz oldu: “Müasir dövrdə ölkələr güclü olmalıdır. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri, bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur”. Buna görə də Azərbaycan özü mümkün olan xarici risklərdən daha da ciddi qorunurdu. “Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq” deyən Prezident bir daha açıq şəkildə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Bununla, cənab Prezident konfransdakı əcnəbi qonaqlara, eləcə də beynəlxalq aləmə artıq Qarabağ münaqişəsinin tarixə qovuşduğu mesajını verib. Bu mesaj münaqişəni yenidən alovlandırıb gərginləşdirmək istəyənlərə yerində verilmiş cavabdır. 

Azərbaycan bu gün xarici və daxili risklərdən, təhlükələrdən tam olaraq özünü qoruyur. Prezident İlham Əliyev xalq tərəfindən seçilən və xalq tərəfindən də dəstəklənən bir liderdir. Azərbaycan rəhbərliyi balanslaşdırılmış siyasət yürüdür və heç bir dövlətin daxili işinə qarışmadan, digərlərinin də bizim daxili işimizə qarışılmasına imkan vermir. Dövlətimiz dünya dövlətləri ilə sağlam şəkildə əlaqə yaratmağa, iqtisadi əlaqələrin güclənməsinə önəm verir. Çox müsbət haldır ki, Azərbaycan dövləti tərəfindən xalqımızın rahat həyat şəraiti təmin edilib. Bu, bundan sonra da belə olacaq.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər