BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizdə kadr islahatlarını uğurla davam etdirir. Prezidentin 2022-ci il 25 iyul tarixli sərəncamları ilə Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçıları təyin edilib. Təyinat münasibətilə yeni icra başçılarını qəbul edən Azərbaycan Prezidenti bir daha ölkəmizdə aparılan islahatların, xüsusən kadr islahatlarının davam edəcəyini qətiyyətlə bildirib və islahatların əsas hədəflərini bəyan edib, yeni kadrlardan gözləntilərini açıq və birmənalı surətdə ifadə edib.

Azərbaycan Prezidenti bəzi kadrların, o cümlədən bir neçə rayonun icra hakimiyyəti başçısının onlara göstərilən etimadı doğrultmadıqlarını, işlərində ciddi nöqsanlara yol verdiklərini və üzərilərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiklərini diqqətə çatdırıb. Bir neçə belə icra başçısı məsuliyyətə cəlb olunmuş, barələrində cinayət işi qaldırılmış və məhkəmə hökmü verilmişdir. Rüşvətxorluq və korrupsiya əməllərinə yol verən kadrlara qarşı barışmaz mübarizə aparılır. Cinayət məsuliyyətinə cəlb edilmiş kadrlar və icra başçıları da buna nümunədir. Bununla belə, bəzi məmurlar yenə də qanunsuzluqlara yol verir və dövlətimizin başçısının xəbərdarlıqlarına baxmayaraq köhnə vərdişlərindən əl çəkmirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.

A.Əliyev bildirib ki, qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Prezidenti Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarına və onların simasında digər məmurlara öz tapşırıq və tövsiyələrini verib, mənfi hallara yol verilməməsi, korrupsiya və rüşvətxorluğun bağışlanılmaması barədə bir daha xəbərdarlıq edib. İcra başçılarına verilən əsas tövsiyələrdən biri onların təyin olunduqları rayonların ərazisində, xüsusən kənd yerlərində vətəndaşlarla müntəzəm təmasda olmaq, onların problemləri ilə yerində və yaxından maraqlanaraq həlli istiqamətində çalışmaq idi. Prezident onu da vurğulayıb ki, rayonun imkanları xaricində olan problem və məsələlərin həlli üçün Prezident Administrasiyası, Nazirlər Kabineti və digər qurumlara müraciət edilməlidir. Amma, ilk növbədə, çalışmaq lazımdır ki, problemlər yerində və mümkün qədər rayonun daxili imkanları hesabına həll olunsun. Bu da yerli icra hakimiyyəti orqanlarından işə məsuliyyətlə yanaşmaq və can yandırmaq tələb edir.

“Prezidentin digər tövsiyəsi icra hakimiyyəti başçılarının öz fəaliyyətlərində sosial ədalət prinsipinə riayət etmələri barədədir. Sosial ədalət, ümumiyyətlə, ədalət prinsipləri cəmiyyətdə əsas prinsiplərdən biridir. Ədalətin hökm sürdüyü yerdə isə sağlam cəmiyyət formalaşır. Sosial ədalət cəmiyyətimizdə həmrəyliyin möhkəmlənməsi baxımından da zəruri şərtdir. Sosial ədalət olmadan cəmiyyətdə tam həmrəyliyə nail olmaq mümkün deyildir. Çox sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyətində həmrəylik hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Daxilimizdə olan bu möhkəm həmrəylik beynəlxalq miqyasda mövqelərimizin güclənməsi və xarici siyasətimizin uğurlu olması üçün ciddi təməl kimi çıxış edir və münbit zəmin yaradır”, - deyə parlament sədrinin müavini əlavə edib.

Vurğulanıb ki, məhz ölkə daxilində möhkəm həmrəylik, iqtidar-xalq birliyi və uğurlu xarici siyasət sayəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz 44 günülük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla bağlı dövlətimizin başçısı qeyd etdi: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”. Təəssüf ki, müharibə itkisiz olmur, Vətəni şəhid vermədən azad etmək, qorumaq olmur. Ona görə də canını Vətən uğrunda fəda edən şəhidlərimizin ailələri, sağlamlıqlarını itirmiş qazilər və müharibə əlilləri daim hər bir vətəndaşımızın, dövlət məmurlarının və xüsusən də rayon icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olmalıdırlar.

“Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlamağı rayon icra hakimiyyəti başçıları üçün bir daha prioritet istiqamətlərdən biri olaraq müəyyən edib, onlara öz fəaliyyətlərində vətəndaşlarla sıx təmasda olmaq, sosial ədalət və şəffaflıq prinsiplərinə riayət etmək, korrupsiya və rüşvətxorluqla mübarizə aparmağı qətiyyətlə tapşırıb”, - deyə Adil Əliyev qeyd edib.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər