BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına bir növ ənənə halını alan növbəti geniş müsahibəsini verdi. Artıq ölkə ictimaiyyəti, bütövlükdə xalqımız dünyada baş verən proseslərə, ölkəmizlə bağlı narahatlıq doğuran məqamlara münasibəti ən etibarlı mənbə kimi qəbul etdikləri birinci şəxsin dilindən eşitməyə vərdiş ediblər. Təbii ki, dövlət başçımız xarici kütləvi informasiya vasitələrinə olduğu kimi, yerli mediaya da tam açıqdır və gündəmi dəyişdirən siyasi, iqtisadi, mədəni hadisələri nəzərə alaraq tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edir, bütün vacib mövzularla bağlı rəy və fikrini bildirir, təkliflərini verir. Bütün vətəndaşlarımız dövlət başçısının geniş müsahibələrini intizarla gözləyir və diqqətlə dinləyirlər. Bu müsahibədə də xalqımızı haqlı narahat edən çox məsələlərə aydınlıq gətirildi, belə demək mümkündürsə, dostlara da, düşmənlərə də açıq mesajlar verildi.
Bu fikirləri Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Fikirlərinin davamı olaraq deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ölkənin gələcək inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirməklə yanaşı,  ölkəmizə qarşı anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə qarşı açıq mesajları özündə ehtiva edirdi.  Dövlət Başçısının söylədiyi fikirlər dövlətin həyata keçirdiyi yüksək səviyyəli siyasi kursun keyfiyyət göstəricilərini Azərbaycan xalqının nəzərinə çatdırdı. Şübhəsiz ki, bütün bunlar vətəndaşın dövlətə inamının daha da güclənməsində və xalq-dövlət birliyinin, həmrəyliyinin möhkəmlənməsində mühüm amillərdən biridir. 
“Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir. Beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda, şübhəsiz ki, bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib, yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qədər mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsində, ölkəmizin dünya siyasi səhnəsində nüfuzunun günü-gündən daha da artmasında Prezident İlham Əliyevin sarsılmaz şəxsiyyəti, Liderliyi mühüm əhəmiyyət kəsb edir”, deyə millət vəkili xüsusilə vurğulayıb.
Cənab Prezidentin müsahibəsində ilk qeyd edilən məsələ böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yarımçıq qalan bəzi məsələlərin tədricən yoluna qoyulması ilə bağlıdır. Cənab Prezident  xüsusi vurğuladı ki, müharibə bitsə də, mübarizəmiz başa çatmayıb və savaşdan sonra görülən işlər, atılan addımlar bu ali məqsədimizə çatmağa hesablanıb. Söhbət, təxminən, 20-25 minə yaxın erməni vətəndaşlarımızın toplum yaşadığı və Rusiya sülhməramlılarının yerləşdiyi Xankəndi və ona bitişik bir çox kənd və şəhərlərdə dövlət nəzarətimizin bərpa olunması, ərazilərimizin ermənilərin qanunsuz silahlı birləşmələri və revanş xülyası ilə yatıb-duran separatçılardan tamamilə təmizlənməsindən gedir. Ancaq görünən odur ki, post müharibə dövründə bir çox güc mərkəzlərinin, dövlətlərin Azərbaycanla bağlı oynadıqları ikili oyunlardan həvəsə düşən ermənilər imza atdıqları kapitulyasiya aktı ilə götürdükləri öhdəlikləri yerinə yetirmək istəmirlər. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan III Qarabağ müharibəsinin olmasını istəmir. Çünki biz döyüşlə işimizi tam bitmiş hesab edirik, bundan sonrakı məsələlər siyasi yolla həll olunmalıdır.
Deputat qeyd edib ki, yerli televiziya kanallarına müsahibəsində ölkə Başçısı bir çox mühüm məsələlərə toxunmuşdur. Dünyada getdikcə dərinləşməkdə olan iqtisadi böhrana və inflyasiyaya diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, “...İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın...”.  İnflyasiyanın təsirlərinin yumuşaldılması məqsədilə bu yaxınlarda ölkə Başçısının imzaladığı geniş əhatəli Sərəncam bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Hamıya bəllidir ki, dövlət büdcəsində əsas xərclər Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına, eləcə də, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, ardıcıl olaraq, sosial islahatlar paketinin icra olunması bir daha onu göstəriri ki, dövlətin siyasətinin mərkəzində vətəndaşı amili və onun rifah halının daha da yaxşılaşdırılması dayanır. 
Dövlət Başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Zəngəzur dəhlizi ilə əlaqədar olmuşdur. Cənab Prezident bir daha vurğulamışdır ki, Zəngəzur dəhlizinin reallığa çevrilməsi tarixi zərurətdən irəli gəlir. Bu haqda ölkə Başçısı qeyd edib: Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Artıq görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.
Tamam Cəfərovanın fikrincə, Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə əlaqədar söylədiyi fikirlər bir daha onu deməyə əsas verir ki, bu mövzu Azərbaycanın milli kimliyinin qorunması, tarixi ədalətin bərpa olunması istiqamətində görülən işlərin tərkib hissəsi və eləcə də növbəti mərhələnin başlanğıcıdır. Məlumdur ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Artıq  Qarabağ problemi tarixdə qaldığına görə, Azərbaycan  tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarıb. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Bu haqda cənab Prezident xüsusilə qeyd edib ki, “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın marağındadır. Bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün”. 
Əminliklə deyə bilərik ki, bir vaxtlar Qarabağ mövzusu Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi və bu birlik sayəsində tarixi torpaqlarımız düşmən tapdağından azad olundu. İndi də “Qərbi Azərbaycan” mövzusu xalqımızı bir məfkurə, bir ideya ətrafında yumruq kimi birləşdirəcək və Qərbi Azərbaycandan olan soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar.

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər