BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

Müstəqil və hüquqi dövlət olan Azərbaycanda demokratik prinsiplərin inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə dövlətimiz tərəfindən ardıcıl və sistemli addımlar atılır, islahatlar həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  beynəlxalq hüquq normalarına, eləcə də beynəlxalq təcrübələrə əsaslanaraq, qəbul edilən qanunlar ölkəmizi hüquqi demokratik dövlətə çevirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Zəfər qazanmış Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə aparılan dərin islahatlar bütün sahələri əhatə etdiyi kimi, formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi yeni Qanunun qəbulunua zərurət yaratmış oldu. Bildiyimiz kimi, 1992-ci il 3 iyun tarixində qəbul edilmiş "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunundan artıq 30 il zaman ötürdü. Əlbəttə ki, bu illər məsafəsində Azərbaycan  sürətlə inkişaf edərək dünya birliyində yüksək nüfuza sahib olub, müasir, modern dövlət olaraq numunəyə çevrilib.  Belə bir şəraitdə siyasi partiyaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması da zamanın tələbidir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş "Siyasi partiyalar haqqında" qanun, ölkəmizdə siyasi mühitdə və qanunvericilik sahəsində həyata keçirilən islahatların təzahürüdür. "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanması zamanı demokratik prinsiplərin qorunmasına üstünlük verilib və müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Sözügedən  Qanun layihəsinin hazırlanması zamanı qabaqcıl dünya ölkələrinin təcrübəsinə nəzər salınıb və 30 il əvvəl qəbul edilmiş Qanundan fərqli olan məqamları özündə əks etdirir.

Qeyd edək ki, Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub. Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə keçirilib.

Müstəqil və demokratik bir dövlətdə hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.

Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsi, bir çox  üstünlüklər Azərbaycanda siyasi partiyalara göstərilən diqqət və qayğının nəticəsidir.  Azərbaycanın hüquqi demokrtik dövlət olduğu bir daha diqqət çəkir.

"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi prioritet vəzifələrdən biridir və Qanuna əsasən, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri də dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcək.

Yeni Qanun siyasi partiyaların təsis edilməsində və fəaliyyətində də qarşıya ciddi vəzifələr qoyub. Yeni Qanuna əsasən, siyasi partiyaların Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi, həmçinin terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, o cümlədən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması məqsədilə təsis edilməsinə yol verilmir.

Sözsüz ki, bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı, onu xarici təsirlərdən qoruyur.   Siyasi partiyalar haqqında qəbul olunmuş yeni Qanun müasir dövrün tələblərinə uyğun olaraq, reallıqlarını özündə əks etdirir. Bir sözlə, "Siyasi partiyalar haqqında" yeni Qanun Azərbaycanda siyasi münasibətlər sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir. 

 

 

Aslan Mehdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər