BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Hər dəfə Azərbaycana səfər edərkən mən, ilk növbədə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həlak olanların xatirəsini yad edirəm. Şəhidlər xiyabanında bir çox məzarın üstündə eyni ölüm tarixi yazılıb. Otuz üç il keçməsinə baxmayaraq, azərbaycanlıların ağrısı hələ də davam edir və bu yara heç vaxt sağalmayacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində tanınmış litvalı ekspert, hərbi jurnalist, Birinci Qarabağ müharibəsinin iştirakçısı Riçardas Lapaytis deyib.“Bakıya sovet qoşunlarının gətirildiyi 1990-cı il yanvarın 20-nə qədər biz SSRİ tarixində hələ heç vaxt eşitməmişdik ki, hava hücum briqadaları, elit hava qüvvələri, motoatıcı alay dinc şəhərə hücum etsin. Sovet ordusunun on minlərlə hərbi qulluqçusu Bakıya müxtəlif istiqamətlərdən daxil olaraq, şəhərdə dəhşətli vəhşiliklər törətməyə başladılar. Onların cinayətləri dinc sakinlərə qarşı yönəlmişdi. Hərbi əməliyyat nəticəsində müxtəlif məlumatlara görə 150 dinc vətəndaş qətlə yetirildi. Bəs onlar necə həlak oldular? Ondan əvvəl belə qəddarlığı o vaxtın heç bir sovet şəhəri görməmişdi! Tanklar tırtılları ilə təcili yardım maşınlarını, ümumiyyətlə, hərəkət edən istənilən nəqliyyat vasitəsini əzirdilər, Bakı sakinlərinin evlərinin pəncərələrinə atəş açır, süngülərlə insanları öldürürdülər…”, - deyə Riçardas Lapaytis xatırlayır.Onun sözlərinə görə, cəsarətlə demək olar ki, 20 Yanvar Sovet İttifaqının dağılmasının başlanğıcı oldu. SSRİ Azərbaycanı - İkinci Dünya müharibəsi dövründən bəri ən vacib müttəfiqini itirdi. Azərbaycan xalqı qətiyyətlə azadlıq və müstəqillik yoluna qədəm qoymaq qərarına gəldi. O zaman heç bir ultimatum Azərbaycan xalqının iradəsinə təsir edə bilməzdi. 1990-cı il yanvarın 20-si azərbaycanlıların birləşməsi və həmrəyliyi günü hesab oluna bilər.Bu hadisələrin Qarabağdakı proseslər fonunda baş verdiyini xatırladan Lapaytis o dövrü Azərbaycanın tarixində “qara səhifə” kimi xarakterizə edib.Litvalı ekspert vurğulayıb: “O vaxt təkcə yanvar qara deyildi. Bu, Azərbaycanın tarixində ardıcıl hadisələrin qara zolağı idi. O vaxta qədər Ermənistandan 200 min azərbaycanlı artıq qovulmuşdu. Hər kəs açıq-aydın dərk edirdi ki, bu namərd akt SSRİ-nin digər xalqlarına nümunə olması üçün Azərbaycan xalqının azadlıq və ədalət əzmini qırmaq üçün Mixail Qorbaçov başda olmaqla, ovaxtkı fərsiz sovet rəhbərliyi tərəfindən törədilib. Bir ildən sonra - 1991-ci il yanvarın 13-də əhaliyə qarşı bu cür qəddarlıq və zorakılıq aksiyası Vilnüs küçələrində təkrarlandı. Bütün Litva çox gözəl başa düşürdü ki, Azərbaycan xalqı tərəfindən başlanılmış proses iz qoymadan keçməzdi. Vilnüs küçələrində Azərbaycan bayraqları dalğalanırdı. Biz bir idik. İnanıram ki, belə də qalmışıq”.Faciənin hüquqi qiymətləndirilməsindən danışan hərbi jurnalist qeyd edib: “Təəssüf ki, bir çox xarici siyasətçilər bunu Sovet İttifaqının daxili işi hesab edirdilər. Moskva sovet ordusunun qəddarlığına bəraət qazandırmağa çalışaraq, onun qoşunlarının guya Bakı və Sumqayıtda ermənilərə köməyə gəldiyi ilə bağlı yalan məlumatlar yayırdı. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlarda cəsarətin olmaması və avropalı siyasətçilərdə siyasi iradənin çatışmazlığı səbəbindən Litvada və Azərbaycanda cinayət törətmiş şəxslər hələ də cəzalandırılmayıb. Xüsusilə 20 Yanvar hadisələrinin əsas baiskarları - Qorbaçov və Yazov kimilər cəzasız qaldılar. Azərbaycan xalqına, bütün Azərbaycana vahid və bir olmağı arzulayıram. Bu keyfiyyətlər İkinci Qarabağ müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. Qoy ölkəniz inkişaf etsin və Qanlı Yanvar kimi dəhşətli faciə bir daha heç vaxt təkrar olunmasın! Qanlı Yanvar şəhidləri “azadlıq” sözünü Azərbaycan tarixinə öz qanları ilə yazıblar. Azadlıq Azərbaycan xalqının inamında və qanındadır”.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər