BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Həmkarım, Milli Məclisin deputatı Erkin Qədirlinin bir açıqlaması gündəm olub, sosial şəbəkələrdə müzakirələrə yol açıb. Ona verilən “Mənə Milli Məclisdə oturan bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur” sualına cavab verib ki, “onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı”.

Əlbəttə, hər bir vətəndaş kimi, həmkarım da fikir və qənaətlərində azaddır. Ancaq fikrimcə, tək özü deyil, başqaları, konkret olaraq Milli Məclisdə təmsil olunan bütün deputat həmkarları adından belə bir açıqlama verməsi düzgün deyil. Bu, ən azı bir sıra suallara yol açır. Məsələn, əgər seçki qeyri-demokratik keçirilirsə və həmkarım da seçicilərinin səsini qazanıb-qazanmadığını bilmirsə, onda nədən 3 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur? Üstəlik, Erkin bəy nəinki qanunverici orqanda deputat kimi seçicilərini, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlarda və dostluq qruplarında da Milli Məclisi təmsil edir. Yaxud, əgər həmkarım həqiqətən seçicilərinin səslərini qazanıb-qazanmadığını bilmirsə, bu ona dəlalət edirmi ki, bu qənaətə bütün deputatlara münasibətdə gələ bilər və ya heç bir deputat xalqın səsini qazanmayıb?

Açığı təmsil olunduğum 17 saylı dairə ilə “qonşum” olan həmkarımdan belə cavab gözləmirdim. Ona görə gözləmirdim ki, biz ikimiz də eyni rayondan seçilmiş deputatlarıq, müxtəlif tədbirlərdə birgə iştirak edirik, ən azı seçicilərlə keçirdiyimiz qəbullarda müxtəlif şikayətlər, problemlərlə müraciət edən sakinlərin qaldırdıqları məsələləri icra orqanları ilə həll etməyə çalışırıq. Və bu zaman məhz millət vəkili statusumuzdan istifadə edirik. Seçilmiş deputat olaraq. Qəbulumuza, yanımıza gələn həmin sakinlər də məhz deputat olduğumuz üçün bizə müraciət edirlər. Belə çıxır ki, o, qeyir-demokratik yolla seçilib və bundan istifadə edib legitim icra orqanları ilə seçicilərin problemlərini həll edir?

Mən 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı olaraq seçildiyim ilk gündən seçicilərimin problemləri və qayğıları ilə yaxından maraqlanmağa və onların həlli işində dəstək olmağa çalışmışam, bu gün də bu işi davam etdirirəm. Dairədə gördüyüm işlər barədə sosial şəbəkələrdəki hesablarım vasitəsilə mütəmadi məlumat paylaşıram. O cümlədən, ilin ilk yarısı və sonunda fəaliyyətim barədə geniş hesabatımı bölüşürəm. Ancaq düşünürəm ki, hələ seçicilərimin istək və arzularını tam yerinə yetirə bilməmişəm. Bu baxımdan, təbii ki, hər bir deputat yalnız öz dairəsi, seçiciləri ilə bağlı nəyisə yəqin söyləməlidir. Ona səs verən seçicilərini tanımalı, onların problemləri ilə maraqlanmalıdır. Bunun üçün seçiciləri ilə daim ünsiyyətdə olmalı, onların qayğıları ilə ilgilənməlidir. Bu halda əminliklə seçildiyini, ya seçilmədiyini də bəyan edə bilər. Çünki həmin münasibəti seçicilərindən görür və gördüyü münasibət də onun əminliyinin başlıca şərtidir.

Demokratiyanı şübhə altına salan həmkarımdan fərqli olaraq mən düşünürəm ki, hər kəs öz mövqeyində, söylədiklərində və dünyagörüşündə azaddır. O cümlədən, təmsil etdiyi orqanı belə demək mümkündürsə, bəyənmirsə, yenə də qərarı özü verməlidir. Biz sadəcə olaraq təəssüf edə bilərik.

Elnur Allahverdiyev
Milli Məclisin deputatı

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər